"Azərbaycan TDT-nin aktiv üzvü kimi təşkilat daxilində siyasi dialoqun və əməkdaşlığın artırılmasında mühüm rol oynayır" - DEPUTAT
"Azərbaycan Türk Dövlətləri Təşkilatının qurulması və inkişafında mühüm rola malikdir".
Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı bildirib.
Deputat qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Türk dilli ölkələr arasında birliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş bir platformadır:
"Ölkəmizin xarici siyasət vektorunda türk dövlətləri və birgə fəaliyyət göstərdiyimiz TDT çərçivəsində əlaqələri genişləndirmək əsas prioritetlər sırasında qərarlaşır.
Bu səbəbdən cənab Prezident İlham Əliyevin Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatının dövlət başçılarının 11-ci zirvə toplantısında iştirak etməsi və səsləndirdiyi fikirlər Azərbaycanın təşkilat çərçivəsində yüksələn mövqeyini müəyyənləşdirir. Respublikamızın təşkilatdakı rolunu bir neçə istiqamət üzrə şərh etmək olar.
1.Siyasi və diplomatik əməkdaşlıq:
Azərbaycan TDT-nin aktiv üzvü kimi təşkilat daxilində siyasi dialoqun və əməkdaşlığın artırılmasında mühüm rol oynayır. Bu tərəfdaş ölkələr arasında regional təhlükəsizlik, iqtisadi inkişaf, mədəni mübadilə və birgə layihələrin həyata keçirilməsi üçün zəruridir.
Azərbaycan TDT-nin aktiv üzvü kimi təşkilat daxilində siyasi dialoqun və əməkdaşlığın artırılmasında mühüm rol oynayır
2.İqtisadi İnkişaf:
Türk dövlətləri arasında ticari və iqtisadi əlaqələrin inkişafı Azərbaycanın iqtisadi strateji maraqlarına uyğundur. Mərkəzi Asiyanın zəngin təbii ehtiyatları və enerji potensialı regionu qlobal güclərin diqqət mərkəzinə çevirib. Təbii ki, burada Azərbaycanın coğrafi mövqeyi və tranzit imkanları ön plana çıxır. Xüsusilə Orta Dəhlizin inkişafı ölkəmizin regional iqtisadi gücünü artıracaq.
3.Gələcək perspektivlər:
Türk Dövlətləri Təşkilatının fəaliyyəti beynəlxalq müstəvidə yeni bir güc mərkəzinin yaranması kimi xarakterizə olunur.
Ona görə də, təşkilatın daha da güclənməsi, həmçinin üzv ölkələr arasında daha sıx və birgə əməkdaşlığın, yeni təşəbbüslərin yaranması gözləniləndir.
Nəticə etibarilə Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı rolu siyasi əlaqələrin qurulması ilə yanaşı, iqtisadi, mədəni və sosial sahələrin kompleks inkişafını təmin etməklə, regionda sabitlik və əməkdaşlığı genişləndirmək məqsədi daşıyır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
91 yaşlı sabiq deputat vəfat etdi
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə