Bu şəxslər 6 min manat CƏRİMƏLƏNƏCƏK
Bəzən xidmət və iaşə obyektlərində post terminalın işləməməsi əsas gətirilir. Bu halda satıcılar adətən alıcılardan ödənişi ya nağd verməyi, ya da karta atmalarını istəyirlər. Baxmayaraq ki, bu qanun pozuntusudur. Qanunun tələbinə əsasən istehlakçının tam hüququ var ki, ödənişi etmək üçün satıcıdan posterminal tələb etsin.
BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən də "Xəzər Xəbər"ə bildirilib ki, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminallar vasitəsilə deyil, "kartdan karta" köçürülməklə aparılması həm qanunvericiliyin, həm də istehlakçıların hüquqlarının pozulması deməkdir. Bu konkret olaraq alıcının alqı-satqı zamanı bəzi əsas hüquqlarını məhdudlaşdırır.
Dövlət Vergi Xidməti nəzərə çatıdırır ki, bu qanun pozuntusu əsasən vergidən yayınmaq məqsədi daşıyır.
Bildirilib ki, qeyd olunan əməliyyatlara yol verən sahibkarlara qarşı vergi orqanı tərəfindən əlavə vergilər, faizlər hesablana və maliyyə sanksiyaları tətbiq oluna bilər.
Sahibkarlar təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat, ikinci dəfə yol verildikdə 3000 manat, üç və daha çox hallarda yol verildikdə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1628 Tarix: 15 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Paytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrBakıda 27, rayonlarda 32 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər
25 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabrSimonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"
Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni
26 sentyabrSabah hava necə olacaq? - Açıqlandı
Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur
26 sentyabr