Saxta xəbərdarlıqlara qarşı DİQQƏTLİ OLUN

Saxta xəbərdarlıqlara qarşı DİQQƏTLİ OLUNSon vaxtlar sosial şəbəkələrdə yayılan bəzi saxta və mənbəyi bəlli olmayan xəbərdarlıqlar diqqət çəkir və istifadəçiləri təşvişə salır. Bunlardan bir növü də telefonunuza zəng edirlər və deyirlər ki, əgər peyvənd olunmusunuzsa, 1 düyməsinə basın. Belə xəbərlər yayılır ki, 1 düyməsinə basıldıqda smartfon bloklanır və şəxsi məlumlatlar qarşı tərəfə ötürülür.

Bu cür məlumatlar sanki təəssürat yaradır ki, istifadəçilər təşvişə düşməlidir. Həmçinin, deyirlər ki, bank kartlarınız da telefona bağlıdır, buna görə də ehtiyatlı olmaq lazımdır və s.

Bəs kimi hallardan necə qorunaq?

Mövzu ilə bağlı Milli.Az-a informasiya texnologiyaları üzrə mühəndis-tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev açıqlama verib.

O açıqlamasında bildirib ki, texnoloji prosesdən xəbəri olmayan insanları qorxutmaq məqsədi daşıyan bu cür mənbəsiz məlumatlara inanmaq lazım deyil.

"Heç bir əlaqədar dövlət qurumu bizim peyvənd olunub-olunmadığımızı öyrənmək üçün bizdən soruşmaz. Əgər bu məlumatlar dövlətə lazım olarsa, bizdən soruşmağa ehtiyac yoxdur. İstifadəçilərin qeyri-dəqiq olaraq verə biləcəyi məlumat da əsas götürülə bilməz. Bu rəy deyil ki, zəng edilib fikir öyrənilsin.Məlumatlar yalnız dəqiq verilənlər əsasında toplanır.

Eyni zamanda, texnoloji baxımdan zəng əsnasında hansısa düyməyə basaraq qarşı tərəfə müraciət etmək mümkündür, amma geriyə müraciət mümkün deyil. Yəni, bizə zəng edib "1 düyməsinə basın" deməklə heç bir nəticə alınmaz. Bəlkə sadəcə ekranda "1" yazısı görünə bilər. Bu məntiqsiz olduğuna görə, belə bir zəngin kiməsə gəldiyinə inanmaq çətindir.

Bu ssenaridə kiminsə başına hər hansı bir hadisənin gəlməsi də şübhəlidir. Gizli nömrələrdən gələn zənglərdən ehtiyatlı olmaq lazımdır. Buna görə də zəngin nömrəsinə, mövzusuna və məzmununa diqqətlə yanaşmaq vacibdir. Əgər az da olsa şübhə yaranarsa və ya məntiqi əsası yoxdursa, dərhal əlaqədar qurumun qaynar xətti ilə dəqiqləşdirmək lazımdır. Daimi maariflənmə bizə bütün risklərdən uzaq durmağa kömək edəcəkdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 903   Tarix: 17 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

"Bakcell"də hədiyyə mövsümü başladı

"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl

24 sentyabr
.

Simonida Kordiç: "Azərbaycan Monteneqronun ən mühüm investorlardan biridir"

Azərbaycan Monteneqrodakı ən mühüm investorlardan biridir. "Report" xəbər verir ki, bunu Monteneqronun turizm naziri Simonida Kordiç Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan International Investment Forum - AIIF 2026) bildirib. Onun sözlərinə görə, ölkəni

26 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Bakıda 27, rayonlarda 32 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 26-da havanın əsasən yağmursuz olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şər

25 sentyabr