"YAP-ın bugünkü fəaliyyət proqramı ölkənin rifahının yüksəldilməsi və beynəlxalq arenada nüfuzunun artırılması məqsədi daşıyır" - DEPUTAT

"YAP-ın bugünkü fəaliyyət proqramı ölkənin rifahının yüksəldilməsi və beynəlxalq arenada nüfuzunun artırılması məqsədi daşıyır" - DEPUTAT"1990-cı illərin əvvəlində Azərbaycanın bir dövlət olaraq mövcudluğu sual altında idi. O dövrdə Azərbaycan müstəqilliyini bərpa etsə də, bu, formal xarakter daşıyırdı. Respublikamızı düşdüyü bu ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev xilas edə bilərdi. Bu reallığı ziyalılar, mütərəqqi düşüncəli insanlar dərk edirdilər. 1992-ci il noyabrın 21-də məşhur "91-lərin" müraciəti əsasında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyası (YAP) təsis edildi. Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı bütün bəlalardan xilas etdi, ölkəmizi inkişaf və tərəqqi yoluna çıxardı".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Mahir Süleymanlı bildirib.

Deputat qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkənin siyasi sabitliyini və inkişafını təmin etmək məqsədilə fəaliyyətə başlamışdır :

"Dahi Lider Heydər Əliyev, həm partiyanın ideoloji lideri, həm də Azərbaycanın müasir dövlət quruculuğunun memarı olaraq, YAP-ı xalqın gələcəyi naminə güclü bir baza kimi inkişaf etdirdi.

Yeni Azərbaycan Partiyası öz mövqeyi ilə seçilən və təsis edildiyi gündən etibarən dövlətin və xalqın maraqlarını müdafiə edən bir siyasi güc kimi tanınır. Partiya "Dünənin, bu günün və gələcəyin partiyası" kimi təsvir edilərək, onun həm tarixi irsi, hazırkı dövrdəki əhəmiyyəti, həm də gələcək nəsillərə təsiri vurğulanır.

Dahi şəxsiyyət Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası Azərbaycanın ən güclü siyasi qüvvəsi olaraq dövlətin demokratik inkişafını təmin etmiş, iqtisadiyyat güclənmiş, xarici siyasətdə ölkəmizin mövqeyini möhkəmlətmək və ərazi bütövlüyünü bərpa etmək məqsədi ilə əhəmiyyətli işlər görülmüşdür.

Bu gün, cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası özünün ən mütərəqqi dövrünü yaşayır. Bu müddət ərzində YAP həm də xalqın müxtəlif təbəqələrini təmsil edən güclü bir siyasi təşkilat olaraq öz nüfuzunu daha da artırmışdır. Həmçinin, sosial-iqtisadi inkişafın təmin edilməsi, demokratiyanın gücləndirilməsi və Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində bir sıra proqramlar hazırlanmışdır. Bu proqramlar həm yerli, həm də beynəlxalq səviyyədə ölkəmizin nüfuzunun artırılmasına xidmət etmişdir. 2020-ci ilin Vətən müharibəsi zamanı Prezident, Ali Baş Komandan İlham Əliyev həm siyasi, həm də hərbi müstəvidə milli həmrəyliyi təmin etmiş və ölkənin qələbəsini təmin edən mühüm addımlar atmışdır.

Partiyanın idarəetmə strukturlarında YAP-ın daha gənc və dinamik üzvlərinin siyasi həyatın müxtəlif sahələrində fəal iştirakı təmin edilmişdir. Bu, partiyanın gələcəyinə dair əminlik yaratmışdır. YAP-ın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar, yalnız daxili siyasətdə deyil, həm də Azərbaycanın dünya siyasətindəki mövqeyini gücləndirərək, ölkə üçün yeni müttəfiqlər qazandırmışdır. Bu, həmçinin Azərbaycanın iqtisadi inkişafını stimullaşdırmış, xarici investisiyaların ölkəyə cəlb edilməsinə səbəb olmuşdur. Bütün bunlar partiyanın ölkənin siyasi həyatında həlledici rol oynamasına və Azərbaycan xalqının rifahının yüksəlməsi, dövlətin inkişafına yönəlmiş bir çox islahatın həyata keçirilməsinə şərait yaratmışdır".

Deputat vurğulayıb ki, partiyanın gücü, həm də onun sıralarındakı vətəndaş dəstəyinin yüksək olmasında təzahür edir:

"Bu dəstək, YAP-ın həyata keçirdiyi islahatlarla daha da artmış, eyni zamanda, partiya öz nüfuzunu artıraraq Azərbaycan xalqının birliyinin simvoluna çevrilmişdir. YAP-ın 5 mart 2021-ci il tarixli VII qurultayı və digər mühüm mərhələlərdəki addımlar da partiyanın yeni zirvələrə yüksəlməsinə və Azərbaycanın gələcək uğurlarına xidmət etmişdir.

YAP-ın VII qurultayı Azərbaycanın davamlı inkişafı və müasir dövrün çağırışları kontekstində partiyanın qarşısına yeni vəzifələri müəyyən etmişdir. Cəmiyyətin və dövlətin müxtəlif sahələrini əhatə edən islahatların aparılması, yeni siyasi konfiqurasiyanın yaradılması və siyasi dialoqun dərinləşməsində yaxından iştirak etmək partiya üzvlərindən yüksək fəallıq tələb edir.

Dövlətin siyasi prioritetləri və beynəlxalq əməkdaşlıq vektoru milli maraqlar əsasında müəyyən olunur. Beynəlxalq müstəvidə fəal mövqe və qlobal təşəbbüslər Azərbaycana çoxlu sayda tərəfdaş qazandırmışdır. Siyasi dialoqun inkişafı dövlət siyasətinin prioritetlərindən biridir. Ölkəmizdə aparılan siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul olunmuş qərarlar partiyanın məhz "iqtidar-xalq" modelinin real işə düşdüyünü, milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını nümayiş etdirdi. Hazırda YAP-ın fəaliyyət proqramı ölkənin rifahının yüksəldilməsi, hüquqi dövlətin daha da möhkəmləndirilməsi və beynəlxalq arenada nüfuzunun artırılması məqsədi daşıyır. Partiya, xalqın dəstəyini qazanaraq ölkədəki islahatların və modernizasiyanın əsas təşəbbüskarı Qismində çıxış edir.

Hakim partiyanın hər bir üzvü YAP-ın proqram və prinsiplərinə uyğun olaraq qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlir. Bütün bunlar partiyanın bugününə və gələcəyinə olan inamın göstəricisidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1105   Tarix: 20 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Əhaliyə sel və daşqınlarla bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. həmin müraciəti təqdim edir:. "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın iki gün ərzində respublikanın bəzi ərazilərində arabir güclü külək əsəcəyi, intensiv yağış yağacağı

24 sentyabr
.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha TEZ PENSİYAYA ÇIXACAQ

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

26 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Azərbaycanda vulkan püskürdü - FOTO/VİDEO

Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind

26 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr