"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər" - DEPUTAT
"İrəvanda təbrizli azərbaycanlının döyülməsi və Ermənistan dövlət orqanları tərəfindən bu məsələyə münasibət bildirliməməsi çoxlu suallar yaradır. Ermənilər türkü özünün düşməni hesab edirlər".
Bu gün Sonxeber.az-a danışan deputat Azər Badamov bildirib.
Deputat qeyd edib ki, ona görə də Azərbaycan vətəndaşı olmayan azərbaycanlıların da Ermənistana getməsi təhlükəlidir:
"İran azərbaycanlıları Ermənistana yanacaq və digər yüklərin daşınmasına qarşı etiraz etməlidirlər. Amma təəssüf ki, bunun əksi baş verir. Yəni İran azərbaycanlıları öz soydaşının müdafiəsinə qalxıb etirazlarını bildirmirlər. Lakin azərbaycanlını türk olduğuna görə döyülməsi digər iranlı azərbaycanlılar üçün də dərs olmalıdır. Bu məsələni cənubi azərbaycanlılar İran dövləti qarşısına qaldırmalıdır. Yəni məsələnin üstündən sükutla keçirsə gələcəkdə İrandan İrevana gələcək azərbaycanlıların təhlükəsizliyi ilə bağlı böyük problemlər yaranacaqdır".
Deputat vurğulayıb ki, ermənilər azərbaycanlıları tarixən öz-özünü düşmənləri hesab edirlər:
"Ona görə də 80-ci illərin sonlarında Qərbi Azərbaycanda yaşayan 250 min azərbaycanlı deportasiya olundu. Ermənistan bu gün monoetnik dövlətdir. Biz sülhdən və birgə yaşayışdan danışsaq da onlar bizimlə birgə yaşamayacaqlar. Ermənilər azərbaycanlılara qarşı öz çirkin niyyətlərini ifadə etmək üçün fürsət axtarırlar. Əllərinə fürsət düşən kimi düşmənçiliyi davam etdirirlər. Ona görə də iranlı azərbaycanlılar Ermənistana səfər edəndə yaxşı düşünməlidirlər. Biz isə hər zaman öz üstünlüyümüzü qoruyub saxlamalıyıq və erməniyə başını qaldırmağına imkan verməməliyik".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 6175 Tarix: 22 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı
Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrAzərbaycanda vulkan püskürdü - FOTO/VİDEO
Qaradağ rayonu ərazisində vulkan püskürməsi olub. Bu barədə -ın sorğusuna cavab olaraq AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Zəlzələlərin tədqiqatı bürosundan bildirilib. Qeyd olunub ki, vulkan püskürməsi yerli vaxtla saat 07:32-də qeydə alınıb. 08:13. Qaradağ rayonu Lökbatan qəsəbəsind
26 sentyabrYağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
Sentyabrın 24-ü axşam Quba-Qusar bölgəsinin, 25-i günün birinci yarısında isə bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli intensi
23 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabr2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında
24 sentyabr