Ermənistan mövcud reallığı qəbul etməli, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir" - DEPUTAT

Ermənistan mövcud reallığı qəbul etməli, qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir" - DEPUTAT"Qərbi Azərbaycan məsələsi ilə uydurma "Qərbi Ermənistan" anlayışı arasında müqayisə aparmaq cəhdi absurtdur. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur. Ermənilərin "Qərbi Ermənistan" dedikləri ərazi isə Türkiyənin suveren ərazisidir. Ermənistanın konstitusiyasında və digər sənədlərində yer alan bu anlayış Türkiyəyə qarşı ərazi iddiasını özündə ehtiva edir, bu qəbuledilməzdir".

Bunu Sonxeber.az-a danışan Milli Məclisin deputatı Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, ermənilərin "Şərqi Ermənistan" dedikləri Qərbi Azərbaycan ərazisi də tarixi Azərbaycan torpağıdır və bütün tarix boyu burada azərbaycanlılar yaşayıb:

"Ermənilər bu ərazilərə XIX əsrdə köçürülüb. 1828-1931-ci illərdə İrandan 8249, Osmanlı dövlətindən isə 14044 erməni ailəsi, ümumilikdə 150 min nəfərdən çox erməni köçürülüb Qərbi Azərbaycan və Qarabağ ərazilərində yerləşdirilib. Sonrakı illərdə gerçəkləşən erməni köçləri hesabına bu ərazilərin etnik tərkibi süni şəkildə dəyişdirilib.
1917-ci il məlumatına görə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşayırdı. 1918-ci ildə İrəvan bölgəsində erməni dövləti yaradılan zaman Ermənistan hökuməti digər öhdəliklərlə yanaşı, İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öz üzərinə götürdüyü halda, bu öhdəliklərin heç birini yerinə yetirmədi. Azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirdi".

Deputat vurğulayıb ki, Sovet hakimiyyəti dövründə Moskva hökuməti tərəfindən Azərbaycan ərazilərinin böyük bir qismi xalqın iradəsinə zidd olaraq onun əlindən alınaraq Ermənistana hədiyyə edilib və məhz bu torpaqlar hesabına Ermənistanın SSR-in ərazisi 9000 kvadrat kilometrdən 29743 kvadrat kilometrə çatdırılıb:

"Sovet Ermənistanı da azərbaycanlılara münasibətdə daşnak Ermənistanının siyasətini davam etdirib. 1948-1953-cü illərdə 150 min, 1988-1991-ci illərdə 300 min nəfər azərbaycanlı dədə-baba yurdu olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya edilib. Bu gün Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların özlərinin bugünkü Ermənistanda qalan yurd yerlərinə, evlərinə, sülh şəraitində dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur. Qərbi azərbaycanlıların öz yurd yerlərinə qayıdışı məsələsi beynəlxalq hüququn bütün norma və prinsiplərinə uyğundur. Hesab edirəm ki, Ermənistan hökuməti Qərbi Azərbaycan məsələsini qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə uğursuz əlaqələndirmək cəhdlərindən əl çəkməli, mövcud reallığı qəbul etməli və beynəlxalq hüququn norma və prinsiplərinə riayət edib Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışını təmin etməlidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1158   Tarix: 24 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev Cəmil Əliyevi "İstiqlal" ordeni ilə təltif edib

Azərbaycan Prezidenti İlham Əliyev Cəmil Əliyevin "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:. "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:. Azərbayca

29 mart
.

FAO Azərbaycana balıqçılıq təsərrüfatının inkişafı üzrə beşillik plan hazırlamağı təklif edib

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycana ekosistem yanaşması prinsiplərinə əsaslanan akvakultura sektorunun inkişafı üzrə beşillik milli plan hazırlamağı tövsiyə edir. "Report"a istinadla xəbər verir ki, bu barədə FAO-nun "Azərbaycanda akvakultura və balıqçılıq təsərrüfatını

29 mart
.

Məşhur bitki dərinin qocalmasını dayandıra bilər

Alimlər müəyyən ediblər ki, qara jenşen ekstraktı iltihabı azaltmaq və kollagenin parçalanmasına təsir edən molekulyar mexanizmləri zəiflətməklə dərinin qocalma prosesini ləngidə bilər. bu bitki ilə bağlı məlumatları təqdim edir:. Alimlər dərinin qocalmasını ləngitməyin təbii üsulunu aşkar ediblər. Alimlə

28 mart
.

NİİM: Yağışa görə svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz diqqətdə saxlanılır

Hazırda davam edən intensiv yağıntı ilə əlaqədar paytaxtda svetoforlar və onların idarəetmə qurğuları fasiləsiz olaraq diqqətdə saxlanılır. "Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumat yayıb. Qeyd olunub ki, hava şərait

28 mart
.

Elektromobillərin batareyaları ilə bağlı XƏBƏRDARLIQ

Vaxtında enerji ilə doldurulmadıqda tez sıradan çıxır. Hətta qısaqapanma yarana bilər ki, bu da bəzi hallarda avtomobillərin yanmasına səbəb olur. Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət elektrikli avtomobillərdən gedir. Elektrik avtomobillərinin əsas hissəsi sayılan batareyaların istehsal olunduğ

27 mart
.

Meta 375 milyon dollar cərimələndi

ABŞ məhkəməsi "Facebook" və "İnstagram"ın ana şirkəti olan Metanı 375 milyon dollar məbləğində cərimələyib. xəbər verir ki, cərimənin şirkətin uşaqların təhlükəsizliyi ilə bağlı tədbirləri barədə istifadəçiləri çaşdırdığına görə tətbiq olunduğu bildirilir. Məhkəmə Metanın öz platformalarınd

27 mart
.

Azərbaycanda "Yer saatı 2026" beynəlxalq kampaniyası qeyd edilib

"Yer saatı" beynəlxalq kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyinin və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə "Yer saatı 2026" (Earth Hour 2026) beynəlxalq kampaniyasına həsr olunmuş kütləvi aksiya keçirilib. IDEA-da

29 mart
.

Yağıntılı hava BU TARİXƏ KİMİ DAVAM EDƏCƏK

Hazırda ölkə ərazisində intensiv xarakterli yağıntılı hava şəraiti davam edir, dağlıq ərazilərə - Kəlbəcər, Laçın, Şahdağ, Xınalıq və Qrıza isə qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasında düşən yağıntını

28 mart
.

Azərbaycan ali təhsildə tarixi uğura imza ATDI

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb. xəbər verir ki, 2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub. Beləliklə, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminə

25 mart