"Paşinyanın Qərbi Azərbaycan məsələsi ilə uydurma "Qərbi Ermənistan" anlayışı arasında paralel aparmaq cəhdi absurddur" - DEPUTAT

"Paşinyanın Qərbi Azərbaycan məsələsi ilə uydurma "Qərbi Ermənistan" anlayışı arasında paralel aparmaq cəhdi absurddur" - DEPUTAT"Nikol Paşinyan sərsəm açıqlamaları ilə sülh müqaviləsi ilə bağlı danışıqların vaxtını uzatmağa və regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışır".

Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, bu gün Ermənistan hakimiyyəti havadarlarının sifariş əsasında addımlar atır:

"Ermənistanın baş naziri Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi ilə uydurma "Qərbi Ermənistan" anlayışı arasında paralel aparmaq cəhdi savadsız və absurd yanaşmadı. Paşinyanın bu əsassız yanaşması qəbuledilməzdir. Ermənistan tarix boyu qonşu ölkələrə qarşı hər zaman işğalçı siyasəti yürüdür, "Qərbi Ermənistan" ifadəsi Ermənistanın Konstitusiyası və digər əsas sənədlərində, siyasi addımlarında öz əksini tapmış əsassız ərazi iddiasıdır. Qərbi Azərbaycan məsələsi isə fərqlidir. Burada söhbət etnik təmizləməyə məruz qalmış azərbaycanlıların Ermənistana dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları Ermənistan rəhbərliyi unudur ki, bu dövlətin özü belə vaxtı ilə azərbaycanlıların sıx yaşadığı, tarixi Azərbaycan torpaqlarında qurulub".

Deputat söyləyib ki, ermənilər tarixi Azərbaycan torpaqlarına XIX əsrdə köçürülüb:

"1828-1931-ci illərdə İrandan 8249, Osmanlı dövlətindən isə 14044 erməni ailəsi, ümumilikdə 150 min nəfərdən çox erməni köçürülüb Qərbi Azərbaycan və Qarabağ ərazilərində yerləşdirilib. Sonrakı illərdə gerçəkləşən erməni köçləri hesabına bu ərazilərin etnik tərkibi süni şəkildə dəyişdirilib.1917-ci il məlumatına görə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlı yaşayırdı. 1918-ci ildə İrəvan bölgəsində erməni dövləti yaradılan zaman Ermənistan hökuməti digər öhdəliklərlə yanaşı, İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində qalan müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öz üzərinə götürdüyü halda, bu öhdəliklərin heç birini yerinə yetirmədi. Azərbaycanlılara qarşı soyqırım və etnik təmizləmə siyasəti həyata keçirdi".

Sovet hakimiyyəti dövründə isə Moskva hökuməti tərəfindən Azərbaycan ərazilərinin böyük bir qismi xalqın iradəsinə zidd olaraq onun əlindən alınaraq Ermənistana hədiyyə edilib. Nəticədə bizim torpaqlar hesabına Ermənistanın SSR-in ərazisi 9000 kvadrat kilometrdən 29743 kvadrat kilometrə çatdırılıb.

"Sovet Ermənistanı da azərbaycanlılara münasibətdə daşnak Ermənistanının siyasətini davam etdirib. 1948-1953-cü illərdə 150 min, 1988-1991-ci illərdə 300 min nəfər azərbaycanlı dədə-baba yurdu olan Qərbi Azərbaycandan (indiki Ermənistandan) deportasiya edilib. Ona görə də bu gün Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların özlərinin bugünkü Ermənistanda qalan yurd yerlərinə, evlərinə, sülh şəraitində dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışına xidmət edən insan hüquqları mövzusudur".

Deputat vurğulayıb ki, bizim insan hüquqlarına əsaslanan haqq işimizi Paşinyanın ərazi iddiası ilə müqayisə etməsi yolverilməzdir:

"Qərbi Azərbaycan İcması dəfələrlə Ermənistan hökumətinə müraciət edərək, Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən dövlətlərin ərazi bütövlüyü və suverenliyinə tam riayət olunmaqla dialoq başlatmağı təklif edib. Amma digər məsələlərdə olduğu kimi Ermənistan rəhbərliyi danışıqlar sərsəm açıqlamaları ilə dünya ictimaiyyətinin diqqətini əsassız ərazi iddialarına yönəltməyə çalışır. Paşinyanın bu cəhdi Ermənistanın növbəti işğalçı siyasətidir və bu qətiyyən yolverilməzdir. Ermənistan hökuməti qərbi azərbaycanlıların təhlükəsiz qayıdışını təmin etməli, Konstitusiyası və digər sənədlərdən Azərbaycana və digər qonşu dövlətlərə qarşı ərazi iddialarını dərhal və qeyd-şərtsiz çıxarmaq üzərində işləməli və təhlükəli militarizasiya siyasətinə son qoymalı, Azərbaycanın şərtləri ilə hazırlanan sülh müqaviləsini imzalamalıdır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1092   Tarix: 25 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

Bank kartları ilə bağlı - Daha bir qadağa

Azərbaycanda bir sıra banklar eyni kateqoriyaya aid kartın vətəndaşlara birdən artıq satışına qadağa qoyub. -a istinadən xəbər verir ki, bununla bağlı banklara təlimatlar göndərilib. Bəzi banklar eyni kateqoriyaya aid kartı vətəndaşlara birdən artıq satmır. Banklardan bəziləri bu məhdudiyyəti tətbi

24 sentyabr
.

Sumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO

Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə

25 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr