"Bakı COP29-un iqlim maliyyələşməsi və gələcək fəaliyyət planı ilə bağlı üzərinə düşən missiyanı uğurla yerinə yetirdi" - Bəhruz Quliyev

"Bakı COP29-un iqlim maliyyələşməsi və gələcək fəaliyyət planı ilə bağlı üzərinə düşən missiyanı uğurla yerinə yetirdi" - Bəhruz Quliyev"COP29-un Azərbaycanda keçirilməsi böyük etimaddır və əldə edlən uğurlar isə göstərilən etimadın məntiqi nəticəsidir. Prezidentimiz İlham Əliyevin dediyi kimi, COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün həqiqətən böyük şərəfdir. Beynəlxalq tədbirin Bakıda sayca 29-cu tədbiri bir çox özəllikləri ilə yadda qaldı. Əvvəla, ilk dəfə olaraq "Troyka" qrupu yaradıldı ki, bu da əldə edilən qərarların, gəlinən nəticələrin növbəti COP tədbirində davamlılığını, ardıcıllığını təmin edəcək. İkincisi, COP29-da ilk dəfə olaraq dünyanın inkişaf etməkdə olan ölkələrində ekoloji problemlərin həlli, yaşıl enerjiyə keçid, alternativ enerji mənbələrinə çıxışın təmin edilməsi üçün nəzərdə tutulan büdcənin maksimum həddə çatdırılması mümkün oldu. Bəli bu, evsahibi olaraq Bakını gördüyü işlər sayəsində mümkün oldu".

Bunu Sonxeber.az-a açıqlamasında SƏS Media Qrupun rəhbəri, siyasi analitik Bəhruz Quliyev deyib.

Siyasi analitik qeyd edib ki, "Yaşıl dünya naminə həmrəylik" şüarını rəhbər tutan Azərbaycan müzakirə və danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı:

"Azərbaycan inkişaf etməkdə olan ölkələrin ehtiyaclarını nəzərə alaraq nəticə əldə etməyə hesablanmış addımlar atdı, həmin ölkələrin təhlükələrlə üzləşdiyini və bunun hər keçən gün daha da şiddətli xarakter aldığını bütün tədbir boyu çıxışlarda müzakirə edilməsinə çalışdı və istəyinə nail oldu. Müstəmləkə idarəçiliyinin yaratdığı problemlər də diqqətdən qaçmadı, dənizaşırı ada dövlətləri ilə həmrəylik nümayiş etdirdi. O da xüsusi olaraq qeyd edildi ki, bəşəriyyət iqlim dəyişmələri, təbiətin məhvi, havanın, suyun və torpağın həddindən çox çirkləndirilrməsindən yaranan ekoloji fəlakət mərhələsindədir.

Dünya ölkələri bunun qarşısını almasa, "yaşıl enerji"yə keçidi təmin etməsə daha acınacaqlı vəziyyət yarana bilər. Azərbaycanın yaratdığı unikal şərait Tərəflər Konfransının 29-cu sessiyasında gələcək addımların, yeni hədəf və mexanizmlərin müəyyənləşdirilməsində bökyük rol oynadı və nəticədə gözlənilən qərarlar qəbul edildi. Belə ki, COP29-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi, 1,3 trilyon ABŞ dolları yeni iqlim maliyyəsi hədəfi seçildi, bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edir, hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar. Beləliklə, rəsmi Bakı COP29-un iqlim maliyyələşməsi və gələcək fəaliyyət planı ilə bağlı bütün tərəflərdə aydın təsəvvür yaratdı, üzərinə düşən missiyanı çox yüksək səviyyədə yerinə yetirdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1517   Tarix: 26 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

Uşağın şəxsiyyət kimi formalaşması: gələcəyin insanı bu gündən yetişir

Cəmiyyətin gələcəyi bu gün böyüyən uşaqların necə insan kimi formalaşmasından birbaşa asılıdır. Uşağın təhsil alması, müxtəlif biliklərə yiyələnməsi, peşə bacarıqları qazanması mühüm əhəmiyyət daşısa da, onun şəxsiyyət kimi formalaşması daha geniş və mürəkkəb prosesdir. Şəxsiyyət yalnız yaxşı qiymətlər

23 sentyabr
.

"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət

Demokratiya və İnsan Hüquqları Komitəsi" İB-nin sədri Çingiz Qənizadəmin oğlu Elgiz Qənizadə barəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət edilib. -a müraciət edən Pəri Cəfərova bildirib ki, Elgiz Qənizadə ondan 500 min manat pul alıb. Vətəndaşın saytımıza müraciətini olduğ

25 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Qadını güllələyən TANINMIŞ İŞ ADAMININ NƏVƏSİ sərbəst buraxıldı

Ağdaşda tanımış iş adamının nəvəsinin tir tüfəngi ilə qonşuluqda yaşayan qadını yaralaması ilə nəticələnən hadisənin bəzi detalları məlum olub. "Teleqraf" xəbər verir ki, hadisə zamanı xəsarət alan 51 yaşlı qadın xəstəxanadan evə buraxılıb. TƏBİB-dən bildirilib ki, 17.09.2026-cı il tarixind

23 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr