"COP29 Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, diplomatik gücünü və beynəlxalq nüfuzunu bir daha sübut etdi" - DEPUTAT

"COP29 Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, diplomatik gücünü və beynəlxalq nüfuzunu bir daha sübut etdi" - DEPUTATAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi ki, Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkədir və bu təkcə coğrafiya ilə bağlı deyil: "Biz müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib". Azərbaycan Prezidentinin bu fikirlərini, COP29 sammiti real nəticələrlə təsdiq etmiş oldu".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, bir il bundan öncə COP29-un Bakıda keçirilməsi barədə qərar qəbul edilən andan anti-Azərbaycan qüvvələr tərəfindən ölkəmiz əleyhinə kütləvi qarayaxma, böhtan kompaniyası başlanıldı:

"Konfransların keçirildiyi ərəfədə kompaniyası daha da şiddətləndi. Məsələnin kökündə, bəzi qlobal güclər üçün Azərbaycanı təsir və təzyiq altında saxlamaqla, öz geosiyasi maraqlarını təmin etmək, ermənipərəst qruplar üçün isə, Bakı həbsxanasında cəzalarını çəkən separatçıların ,,liderlərinin,, həbsdən azad olunmasına nail olmaqdır. Hər iki qrup, məqsədlərinə çatmaqdan ötrü pulla satın alınmış siyasətçilərin, jurnalistlərin imkanlarından maksimum istifadə etdilər. Boykot çağırışlarından tutmuş, nüfuzlu kütləvi informasiya vasitələrində Azərbaycan əleyhinə piar-kampaniyaya qədər, tərəflər arasında razılaşmaların baş tutmaması üçün əllərindən gələni etdilər. Bu gün biz qürurla deyə bilərik ki, COP29-da əldə olunan nəticələr, həmin qüvvələri məyus etdi. 200-ə yaxın ölkədən 70 mindən artıq nümayəndə heyəti, 80 ölkədən dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri Sammitin işində iştirak etdi. İki həftədən artıq müddətdir ki, Bakı dünyanın ən iri kütləvi informasiya vasitələrinin, rəsmi qurumların müzakirə predmetinə çevrildi. Bakı sammiti, nüfuzlu televiziya kanallarının, çox milyonluq tirajla çıxan qəzet və jurnalların xəbər portallarında əsas yerləri tutdu. Dünya, bir daha Azərbaycanın yüksək təşkilatçılıq qabiliyyətini, diplomatik gücünü, beynəlxalq nüfuzunu gördü".

Deputat vurğulayıb ki, müstəqillik illərində paytaxtımız bir çox beynəlxalq tədbirlərə ev sahibliyi etmişdi:

"Lakin, tam məsuliyyətlə deyə bilərəm ki, COP29-da olduğu qədər, heç zaman belə iri miqyasda təbliğ olunmamışdır. COP29 əldə olunmuş nəticələri ilə tarixə düşdü. 10 ildən artıq bir müddətdə müzakirə və mübahisə predmetinə çevrilmiş Paris sazişinin 6.2, 6.4 və 6.8 bəndləri bir-birinə əks qütblərə məxsus, böyük dövlətlər tərəfindən razılaşdırıldı. İlik dəfə 2035-ci ilə qədər, illik 300 milyard ABŞ dolları ayrılması ilə bağlı öhdəlik götürüldü. Baxmayaraq ki, ilkin hədəf 200 milyard dollar idi. İnkişaf etməkdə olan ölkələrə hər il 1,3 trilyon dollar həcmində iqlim maliyyəsini təmin etmək üçün Bakı Maliyyə Məqsədi razılaşması elan edildi. Müqayisə üçün, Dubayda keçirilən COP28-də cəmi 100 milyard dolların ayrılması planlaşdırılmışdı. ABŞ prezidenti Co Bayden COP 29 sammitinin uğurla nəticələnməsi ilə bağlı təbrik bəyanatı göndərdi. Mühüm razılaşmaların əldə olunmasında, yüksək səviyyəli təşkilatçılıqda, Azərbaycanın beynəlxalq iqlim siyasətində fəal rolunu və qlobal müzakirələr mərkəzinə çevrilməsini xüsusi rolunu qeyd etməsi isə, bədxahlara verilmiş cavabdır. COP29 müstəqil Azərbaycan tarixinə əlamətdar hadisə kimi düşdü. Ölkəmizlə fəxr etməliyik. Azərbaycan şərəfli tarix yazmaqda davam edir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1218   Tarix: 27 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı

Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını

23 sentyabr
.

Paytaxtın iki böyük bağı birləşdirildi

"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi

23 sentyabr
.

Sabah hava necə olacaq? - Açıqlandı

Sentyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumatına əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

26 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Dərman qəbulundan sonra ağır allergik reaksiya verdi

Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy

23 sentyabr
.

Vergi yükündə dəyişiklik: Vətəndaşların ailə büdcəsinə necə təsir edəcək?

2027-ci ildən gəlir vergisi dərəcələrində dəyişikliklərin tətbiqi müxtəlif gəlir qruplarına aid vətəndaşların əldə etdiyi real gəlirə və ailə büdcəsinə təsir göstərə bilər. Vergi yükündə baş verəcək dəyişikliklərin xüsusilə aşağı və orta gəlirli şəxslərin gündəlik xərclərinə, sosial vəziyyətinə və yaşayı

24 sentyabr