"Bu ilin sonuna qədər özünəməşğulluq proqramı çərçivəsində 92 min ailə üçün mikro təsərrüfatlar yaradılacaq" - Sahil Babayev
Bu il Azərbaycandakı məşğulluq mərkəzləri vasitəsilə 130 min şəxs işlə təmin edilib.
Sonxeber.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
"Növbəti il üçün planımız bu rəqəmi 150 minə qədər qaldırmaqdır. İşlə təminatın ana məqsədi Azərbaycanın mövcud insan resursları ilə əmək bazarı arasında bir körpü olmaq, insan resurslarımızın keyfiyyətinə uyğun əmək bazarında onlara iş yerləri tapmaq və onların işə düzəlməsini təmin etməkdir", - deyə o qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, bu ilin sonuna qədər özünəməşğulluq proqramı çərçivəsində 92 min ailə üçün mikro təsərrüfatlar yaradılacaq.
"Növbəti ildə də 8 min ailənin nazirlik yanında İşsizlikdən Sığorta Fondu vasitəsilə, 1 500 ailənin isə Dünya Bankının layihəsi vasitəsilə dəstəklənməsi planlaşdırılır. Yəni, 100 mindən çox ailənin bu proqramda dəstəklənməsi nəzərdə tutulur. Bu, 100 min mikro təsərrüfatın yaradılması deməkdir, iqtisadiyyatı, məşğulluğu və əmək bazarını inkişaf etdirmək üçün çox önəmli bir addımdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 722 Tarix: 27 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr