"Məqalə və kitablara yazılan qonorarlardan vergini ləğv etmək lazımdır" - Deputatdan TƏKLİF
Təbii ki, 2021-ci ilin sonunda ədəbiyyat adamları kitab üzərindən 18 faiz əlavə dəyər vergisinin götürülməsini böyük məmnunluq hissi ilə qarşıladı. Bu, ilk növbədə, naşirlər üçün çox önəmli bir hadisə idi. Onlar uzun müddət 18 faiz əlavə dəyər vergisinin götürülməsini istəyirdilər, dəfələrlə kitab və kağız üzərindən əlavə dəyər vergisinin götürülməsi barədə məsələ qaldırırdılar.
Sonxeber.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.
Deputat bildirib ki, humanitar sahəyə daha çox diqqət ayrılmalı, güzəştlər tətbiq olunmalıdır: "Ədəbi orqanlarda çap olunan məqalələrə yazılan qonorarlardan 29 faiz vergi tutulur. Bu qədər vergi tutulandan sonra da yaradıcı adama boş əziyyətdən başqa heç nə qalmır. Onsuz da bu sahədə çalışanların maaşı azdır. Qələm adamı üçün bir məqalənin hasilə gəlməsi o qədər də asan proses deyil və bunun qarşılığı qəpik-quruş olmamalıdır. Mədəniyyət Nazirliyinin hər hansı mövzu ilə bağlı verdiyi sifariş əsasında kitablar ərsəyə gətirilir. Müəllif bir kitabın hasilə gəlməsi üçün araşdırma aparır, tədqiqat xarakterli mətn ərsəyə gətirir. Nəticədə yaxşı qonorar da yazılır. Amma yaxşı yazılan bu qonorardan o qədər vergi tutulur ki, verilən əməyə insanın heyfi gəlir. Yaradıcı şəxs öz əziyyətinin qarşılığını layiqincə almalıdır ki, onda stimul yaransın. Bu mənada, təklif edirəm ki, məqalə və kitablara yazılan qonorarlardan tutulan vergini maksimum azaltmaq, yaxud ləğv etmək lazımdır və bu ölkənin qələm sahiblərinə xeyli dəstək olar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 991 Tarix: 27 noyabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə
24 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda dənizdə batan tələbələrin FOTOSU
19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd
25 sentyabrHərbçilərinin əməkhaqları 22,8% artacaq
Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları
25 sentyabrFlorian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"
Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa
26 sentyabr