"COP29 Azərbaycanın iqlim diplomatiyasındakı nailiyyətləri ilə yadda qaldı" - DEPUTAT

"COP29 Azərbaycanın iqlim diplomatiyasındakı nailiyyətləri ilə yadda qaldı" - DEPUTAT"Bir il əvvəl beynəlxalq ictimaiyyətin yekdil dəstəyi ilə COP29-a ev sahibliyi Azərbaycana verildi. Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirdi və tədbirin ən yüksək səviyyədə keçirilməsinə nail oldu".

Bunu Sonxeber.az-a deputat Vasif Qafarov bildirib.

Deputat qeyd edib ki, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu:

"COP29-da 80-dən çox dövlət və hökumət başçısı, 76 min nəfərdən çox qonaq iştirak etdi. Bu cür geniş iştirakçılıq tədbirin yalnız formal bir tədbir olmadığını, həmçinin qlobal iqlim siyasətinə ciddi təsir göstərəcəyini sübut edir.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 bir sıra mühüm iqlim diplomatiyası və coğrafi əməkdaşlıq uğurları ilə yadda qaldı. COP29-da Azərbaycanın liderliyi və səyləri, iştirakçı ölkələrin dəstəyi ilə İtki və Zərər Fondunun tam işlək vəziyyətə gətirilməsi təmin olundu. Bu fond, iqlim dəyişikliklərinin fəsadlarına görə inkişaf etməkdə olan ölkələrə maliyyə və texniki dəstək verəcək. Bu, iqlim dəyişikliyi ilə bağlı təhlükə ilə üzləşən kiçik ada dövlətləri və ən az inkişaf etmiş ölkələr üçün böyük əhəmiyyət kəsb edir".

Deputat vurğulayıb ki, Bakıda keçirilən COP29-da əldə olunan Yeni Kollektiv Kəmiyyət Məqsədi 2035-ci ilə qədər 300 milyard ABŞ dolları məbləğində maliyyə resursunun inkişaf etməkdə olan ölkələrə ayrılmasını nəzərdə tutur:

"Bu razılaşma iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmaq üçün kritik əhəmiyyət kəsb edir.
COP29 iqlim dəyişiklikləri ilə mübarizədə çoxtərəfli əməkdaşlığın vacibliyini bir daha təsdiqlədi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülər qurulması və qlobal əməkdaşlığın gücləndirilməsi sahəsində liderlik nümayiş etdirdi. Bu yanaşma yalnız iqlim hədəflərinə çatmağa deyil, həm də qlobal təhlükəsizlik, iqtisadiyyat və sosial ədalət sahələrində daha geniş işbirliklərinin təməlini qoydu. COP29 Azərbaycanın iqlim diplomatiyasındakı nailiyyətləri ilə yadda qaldı. COP29 iqlim diplomatiyasında mühüm dönüş nöqtəsidir. Bu uğurlar, gələcəkdə iqlim siyasətinin daha ədalətli, bərabərhüquqlu və səmərəli şəkildə həyata keçirilməsini təmin etmək üçün əsas olacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1918   Tarix: 27 noyabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Bakıda dənizdə batan tələbələrin FOTOSU

19 sentyabrda Sabunçu rayonunun Bilgəh qəsəbəsində iki tələbə dənizdə batıb. faciəli şəkildə həyatını itirən Qusar rayon sakini, 2008-ci il təvəllüdlü Elmin Əmirəliyev və Bərdə rayon sakini, 2008-ci il təvəllüdlü Əlipaşa Əlizadənin fotolarını təqdim edir:. Qeyd edək ki, onlar Milli Aviasiya Akademiyasınd

25 sentyabr
.

Hərbçilərinin əməkhaqları 22,8% artacaq

Müdafiə Nazirliyinin bütün hərbçilərinin əməkhaqları vergilər və digər icbari ödənişlər çıxıldıqdan sonra orta hesabla 22,8% artacaq. APA-nın xəbərinə görə, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsində müzakirəyə çıxarılan "Vergi Məcəlləsində, "Hərbi qulluqçuları

25 sentyabr
.

Florian Zenqstşmid: "Bölgələrdə yeni turizm mərkəzləri formalaşdırılır"

Azərbaycanın bölgələrində yeni turizm mərkəzləri formalaşdırılır. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (2nd Azerbaijan Internationa

26 sentyabr
.

Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər Türkiyədə sosial media platformaları vasitəsilə Azərbaycan əleyhinə aparıldığı bildirilən informasiya kampaniyasını araşdırıb. xəbər verir ki, bu barədə komissiyanın açıqlamasında bildirilib. Qeyd olunub ki

26 sentyabr
.

"Təhlükəsizlik artıq yalnız sərhədlərin qorunmasından ibarət deyil" - Əli Nağıyev

Sentyabrın 22-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı və beynəlxalq təşkilatların, eləcə də 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərlərinin və yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarş

24 sentyabr
.

"Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya keçirilib

25-26 sentyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Kritik xammal və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda panel sessiya təşkil olunub. Panel sessiyada Azərbaycan Respublikasını

26 sentyabr