Bu gündən Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdi
Bu gündən "Həzi Aslanov" stansiyasında qatarların dönmə kamerasının əsaslı təmiri və yenidən qurulması ilə əlaqədar Bakı metropoliteninin "yaşıl" və "qırmızı" xətlərində qatarların hərəkət qrafikinə dəyişiklik edilib.
Sonxeber.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin yaydığı məlumata görə, təmir müddətində qatarlar "qırmızı" xətt üzrə ("İçərişəhər" stansiyasından) və "yaşıl" xətt üzrə ("Dərnəgül" stansiyasından) "Əhmədli" stansiyasına qədər hərəkət edəcəklər.
İş günlərində qatarların hərəkəti ilə bağlı texniki cəhətdən mümkün ən sıx hərəkət qrafiki qüvvədə qalacaq.
Günün pik saatlarında (07:00-10:00 və 17:30-19:30) "28 May" - "Əhmədli" sahəsində qatarların hərəkəti 2 dəqiqəlik intervalla tənzimlənəcək. Həmin sahədə qatarların hərəkət intervalı şənbə günləri səhər 7:00-dan 21:00-a qədər 2.5 dəqiqə, bazar günləri isə eyni vaxtda 3 dəqiqəyə bərabər olacaq.
"Bakmil" istiqamətində hərəkət edən qatarların hərəkət cədvəli də bu gündən dəyişdirilib.
"Həzi Aslanov" stansiyası istiqamətində hərəkət edən sərnişinlərin maraqları nəzərə alınaraq, dönmə kamerasında əsaslı təmir işləri başa çatana qədər stansiyanın sərnişindaşıma fəaliyyəti dayandırılmayacaq. Bu stansiyadan qatarların hərəkəti yalnız "Əhmədli" stansiyasına və geri olmaqla təşkil olunacaq. "Əhmədli" və "Həzi Aslanov" stansiyalarından qatarların hərəkət intervalı 10 dəqiqə olmaqla təşkil ediləcək.
Yaşıl xəttin "Xətai" - "Cəfər Cabbarlı" mənzili və "bənövşəyi" xətdə qatarların hərəkət qrafikinə dəyişiklik edilməyəcək.
Nazirlər Kabinetinin qərarı ilə elan edilən qeyri-iş, habelə bayram günləri ilə bağlı sərnişinlərə əlavə məlumatlar təqdim ediləcək.
Məsələ ilə bağlı "Bakı Metropoliteni" QSC sərnişinlərə müraciət edib:
"Bakı metropoliteninin digər stansiyaları istiqamətində hərəkət etmək istəyən sərnişinlər "Əhmədli" stansiyasında qatardan enərək digər yoldan "İçərişəhər" və "Dərnəgül" qatarları ilə hərəkət etməlidirlər.
"İçərişəhər" və "Dərnəgül" stansiyaları istiqamətindən "Həzi Aslanov" stansiyasına getmək istəyən sərnişinlər "Əhmədli" stansiyasında qatarı tərk etməli və digər yoldan gələn qatarı gözləməlidirlər. Qatarların yeni hərəkət qrafiki, iki stansiya arasında intervalı nəzərə alaraq, "Həzi Aslanov" stansiyasından istifadə edən sərnişinlərimizdən səfər planlarını qurarkən mövcud interval fərqlərini nəzərə almalarını xahiş edirik.
Sərnişinlərdən "Əhmədli" stansiyasında da diqqətli olmağı xahiş edirik. Stansiyada mobil cihazlardan mümkün qədər az istifadə etmək, marşrut tablolarında istiqamət göstəricilərindəki məlumatları nəzərdən qaçırmamaq vacibdir. Həmçinin stansiyada veriləcək elanlara, növbətçinin məlumatlarına diqqət yetirmək, hərəkət ediləcək istiqamət üzrə yanlışlığa yol verməmək üçün qulaqlıqlardan mümkün qədər az istifadə edilməsi tövsiyə olunur".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
Dünyanın ən xoşbəxt turizm şəhəri açıqlandı - Avropada yerləşir
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA