Folqaya bükülən yeməyin təhlükələri: tənəffüs əzələlərinin iflici...
Bir çox insanlar qidadan qalanları alüminium folqaya bükərək saxlamağa öyrəşiblər. Lakin bu saxlama üsulu sağlamlıq üçün ciddi risklər yarada bilər.
Sonxeber.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ-dən olan biokimyaçı və qida təhlükəsizliyi eksperti Zakari Kartrayt xəbərdarlıq edib.
Onun sözlərinə görə, folqa, hermetik qablardan fərqli olaraq, təhlükəli bakteriyaların çoxalmasının qarşısını almaq üçün lazım olan hermetikliyi təmin etmir.
"Qapaqları olan hermetik qablar, qidanın oksigenlə təmasını məhdudlaşdırmaq üçün nəzərdə tutulub. Oksigen "S. aureus" (stafilokok) və "Bacillus cereus", "Clostridium botulinum" və "Listeria monocytogenes" daxil olmaqla əksər təhlükəli patogenlərin çoxalması üçün vacibdir. Bu mikroorqanizmlər qida zəhərlənməsi simptomlarını - qızdırma, qusma, qarın ağrısı və ishalı yaradan toksinlər istehsal edir. "Clostridium botulinum" və "Listeria monocytogenes" ən təhlükəlisidir, çünki onların bioloji mənşəli zəhəri tənəffüs əzələlərinin iflicini və listeriozu (limfoid toxuma və sinir sisteminin zədələnməsi ilə xarakterizə olunan yoluxucu xəstəlik) törədə bilər", - deyə ekspert izah edib.
Kartraytın sözlərinə görə, plastik qablar və yapışqan qida plyonkasından fərqli olaraq, folqa qida məhsulunu xarici mühitdən təcrid edə bilmir.
"Bundan əlavə, onun hazırlandığı alüminium, turş və duzlu məhsullarla reaksiyaya girə və qida qalıqlarına, məsələn, acı tomat sousuna keçə bilər. Orqanizmə alüminiumun tez-tez daxil olması neyrotoksik inkişaf pozğunluqları, həmçinin böyrək, qaraciyər və sümüklərin zədələnməsi ilə əlaqələndirilir", - deyə ekspert sözlərini yekunlaşdırıb.
Sonxeber.az
Telegramda izləyin
Sağlamlıq Baxılıb: 1202 Tarix: 01 dekabr 2024
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Diabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrİdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrGöz linzası ilə bağlı ən çox verilən sual cavablandı
"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, oftalmoloq İmran Cərullazad
11 oktyabrOftalmoloq: Bu qidalar göz sağlamlığını qorumağa kömək edir
"Qidalanma göz sağlamlığına təsir göstərir. Yaşıl və sarı rəngli tərəvəz və meyvələr, balıq və qoz-fındıq gözlərin sağlamlığı üçün faydalı qidalar sırasındadır". xəbər verir ki, bunu Batıgöz Klinikasının oftalmoloqu Samirə Qələndərli Azərbaycan Sənaye Sığortanın "Ümumdünya Görmə günü"
9 oktyabrHamiləlikdə ürəkbulanma və qanaxma nə zaman təhlükəyə işarədir? - Video
"Baku Med" verilişinin yeni buraxılışında hamiləlikdə ən çox rast gəlinən problemlərdən danışılıb. Davamlı ürəkbulanma nə zaman problem sayılır?. Hamiləlik zamanı qanaxma nə vaxt ciddi siqnal hesab olunur?. Hamiləlik zamanı infeksiyalar hansı fəsadlara səbəb ola bilər?. Hamiləlikdə ağrıkəsiciləri
4 oktyabrƏn faydalı və ən zərərli balıq növləri
Balıq sağlam qidalanma rasionuna daxil edilməsi ən çox tövsiyə olunan məhsullardan biridir. Çünki onun tərkibində yüksək keyfiyyətli zülal, vitaminlər, minerallar və omeqa-3 yağ turşuları var. Bununla belə, bütün balıq növlərinin qida dəyəri eyni deyil. Bəzi növlər əhəmiyyətli miqdarda çirkləndiric
29 oktyabrQapalı məkanlarda yaşamağın gizli qarşılığı: Sağlamlıq üçün 4 risk
İnsanlar həyatlarının təxminən 93 faizini qapalı məkanlarda keçirirlər. Kaliforniyalı həkim və təbii təbabət üzrə mütəxəssis Con La Pumanın fikrincə, bu, sağlamlıq üçün "gizli vergi" adlandırıla biləcək mənfi nəticələrə gətirib çıxarır. O, bu barədə "Qapalı məkanlar epidemiyası" adl
9 oktyabrYaş artdıqca insanlar daha tez oyanırlar: Alimlər maraqlı səbəb açıqladı
Yaşlı insanların gün doğmamış oyanması, yeniyetmələrin isə günortayadək yatmağı sevməsi barədə çoxlu zarafatlar var. Məlum olur ki, bu zarafatlarda müəyyən həqiqət payı var. Orqanizmin təbii olaraq yuxuya getdiyi və oyandığı vaxt yalnız genetika ilə deyil, həm də təbii qocalma prosesi ilə əlaqəlidir
13 oktyabr