ADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLAR

ADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARAzərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının təşkilatçılığı və "İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin əməkdaşlığı çərçivəsində "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin Xarici Ölkələr Ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aynur Sabitova çıxışında Qərbi Azərbaycanın xalqımızın tarixi yaddaşında və mədəniyyətində oynadığı əhəmiyyətli rolu vurğulayıb. "Bu torpaqlar yalnız tarixi abidələrlə deyil, həm də xalqımızın mədəni kimliyi ilə bağlıdır. Ermənilər tərəfindən həyata keçirilən vandalizm aktları təkcə bu abidələrin məhv edilməsi deyil, həm də milli kimliyimizə qarşı yönəlmiş məqsədyönlü siyasətdir," – deyə o qeyd edib.

Sabitova bildirib ki, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq səviyyədə böyük nüfuz qazanıb və bu nüfuz Qərbi Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda mühüm rol oynayır. "Hər birimiz dövlətimizin həyata keçirdiyi siyasətə öz fəaliyyətimizlə dəstək verməliyik. Bu kontekstdə QHT-lərin milli irsimizin qorunması istiqamətində fəaliyyəti çox əhəmiyyətlidir. QHT Agentliyinin dəstəyi ilə həyata keçirilən layihələr, o cümlədən https://qerbiazerbaycanirsi.az ( https://westernazheritage.com )

elektron bazası və "Danışır tarix" filmi, milli irsimizin təbliği və qorunması üçün mühüm addımlardır," – deyə Sabitova əlavə edib.

"İnformasiya və Sosial Təşəbbüslərə Dəstək" İctimai Birliyinin sədri və layihə rəhbəri Cəsarət Hüseynzadə çıxışında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi" layihəsi haqqında məlumat verib. O bildirib ki, bu layihə çərçivəsində https://qerbiazerbaycanirsi.az ( https://westernazheritage.com) adlı elektron baza yaradılıb və "Danışır tarix" filmi hazırlanıb.

"Elektron bazada tarixi abidələr haqqında məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur. Bazada yerləşmə ərazisinə, növünə və əlifba sırasına görə axtarış sistemi mövcuddur. Hazırda 250-yə yaxın abidə haqqında məlumat elektron bazaya daxil edilib," – deyə Hüseynzadə vurğulayıb.

O əlavə edib ki, "Danışır tarix" filmi "Səlim karvansarası," "Təpəbaşı məscidi" və "Əmir Səəd məqbərəsi" kimi abidələrdən bəhs edir. Hüseynzadə Ermənistanın Azərbaycan abidələrini məhv etməsinin milli mədəniyyətimizə və tariximizə vurduğu zərərləri xüsusi qeyd edib. "Bu abidələrin məhv edilməsi milli kimliyin izlərini silmək cəhdidir. Beynəlxalq təşkilatlar bu məsələni daha ciddi diqqətə almalıdırlar," – deyə o bildirib.

Sonra "Danışır tarix" filmi nümayiş etdirilib və iştirakçılar arasında geniş müzakirələr aparılıb.

Tarix elmləri namizədi, BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti Boran Əziz ermənilərin tarixi abidələri saxtalaşdırmaq və dağıtmaq cəhdlərini konkret faktlarla misal çəkərək, bu istiqamətdə daha çox filmlərin və araşdırmaların aparılmasının vacibliyini vurğulayıb.

Tədbirdə Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktoru Nuranə Nuriyeva, Azərbaycan Dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva, Xarici Ölkələr Ədəbiyyatı kafedrasının dissertantı Günay Əliyeva və "Ailələrə və Uşaqlara Sosial Dəstək" İctimai Birliyinin sədri Elnurə Abuşova da çıxış edərək, çıxış edərək, film haqqında fikirlərini bölüşüblər. Onlar Qərbi Azərbaycanla bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılmasında layihələrin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.
ADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLARADU-da "Qərbi Azərbaycan: soyqırıma məruz qalan tarixi-mədəni irsimiz" mövzusunda tədbir keçirilib - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 921   Tarix: 07 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

91 yaşlı sabiq deputat vəfat etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d

25 sentyabr
.

Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)

Dövlət proqramı çərçivəsində Zabrat-Maştağa-Bağlar massivinə sürət qatarının getməsi üçün işlərə başlanıb. Ərazidə plana düşən evlər sökülür, qaz xətlərinin yeri isə dəyişdirilir. Beləliklə, Maştağada illər sonra qatar səsinin gəlməsi üçün hazırlıqlar görülür. Hazırda burada həm xəttin keçəcəyi ərazilə

24 sentyabr
.

Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video

Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v

24 sentyabr
.

"Uşaqlarda aqressiya: səbəblər, valideynlərin səhvləri və problemin həlli yolları

Uşaqlarda aqressiv davranışlar son illərdə valideynləri, müəllimləri və uşaq psixoloqlarını narahat edən məsələlərdən birinə çevrilib. Uşağın tez-tez əsəbiləşməsi, qışqırması, əşyaları atması, həmyaşıdları ilə mübahisəyə girməsi və ya qaydalara qarşı kəskin müqavimət göstərməsi ətrafdakılar tərəfində

24 sentyabr
.

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının sentyabrın 25-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Bildirilib ki, bununla respublika üzrə bütün sosial ödənişlər yekunlaşdırılmış olacaq

24 sentyabr
.

Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB

"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Lənkəranda zorakılığa məruz qalan uşağın anasının valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

"Atalığı tərəfindən döyüldüyü bildirilən uşaqla bağlı məlumat daxil olan kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları prosesə cəlb olunublar". Bu barədə -a Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Sərvər Abdullayev məlumat verib

25 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr