Müasir Azərbaycan Parlamenti inkişaf strategiyasının qəbul edilməsində müstəsna xidmətlər göstərən ali qurumdur
Bu gün Azərbaycanın müstəqilliyini, demokratiyanı və vətəndaş cəmiyyətinin inkişafını simvolizə edən
Azərbaycan Parlamentinin, milli qanunvericilik orqanın yaradılmasını böyük məmuniyyətlə qeyd edirik.
1918-ci il Dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyətinin ilk müstəqil Parlamentinin əsası qoyuldu. Parlamentin yaranması ölkənin siyasi, iqtisadi və sosial strukturlarının formalaşmasında mühüm rol oynadı və Azərbaycanda müasir, hüquqi, dünyəvi dövlətçilik ənənələrinin təməli qoydu. Bununla yanaşı,
Cümhuriyyətimizin Parlamenti qadınların seçki hüququnu tanımaqla müsəlman şərqində ilk, dünyada isə azsaylı parlamentlərdən biri kimi tarixə düşdü.
Müasir Azərbaycan Parlamenti cəmiyyətimizin problemlərini müzakirə edib, onun həlli yollarını müəyyənləşdirən, dövlətimizin qanunvericilik bazasını formalaşdıran və ölkəmizin inkişaf strategiyasının qəbul edilməsində müstəsna xidmətlər göstərən ali qurum kimi xalqın iradəsini nümayiş etdirir.
Ulu Öndər Heydər Əliyevin müasir dövlətçilik qarşısında ən böyük xidmətlərindən biri də Azərbaycanda müasir parlamentarizmin əsaslarını yaratmaq və onun inkişafında əvəzsiz xidmətlər göstərməsidir.
Ümumilli Lider Heydər Əliyevin siyasi irsinə və dövlətçilik konsepsiyasına söykənən cənab Prezident İlham Əliyevin siyasi kursunda Azərbaycan Parlamentinin fəaliyyətinin yüksək səviyyədə qurulmasına, onun dünya Parlametləri arasında nüfuzunun artmasına göstərdiyi diqqət öz bəhrəsini vermiş və Milli Məclisimiz dünyanın aparıcı Parlametlərindən birinə çevrilmişdir.
Etiraf edək ki, Milli Məclisin işinin təşkilində, onun dünyanın ayrı-ayrı parlamentləri ilə əlaqələrinin genişlənməsində və ölkə Prezidenti cənab İlham Əliyevin xarici siyasətinin tərkib hissəsi kimi Parlament diplomatiyasının yüksək səviyyəyə qaldırılmasında Milli Məclisinin sədri, dəyərli Sahibə xanım Qafarovanın xidmətləri danılmazdır.
Bu əlamətdar gün münasibətilə hörmətli xanım sədr Sahibə Qafarovanı və bütün həmkarlarımı təbrik edirəm. Əminəm ki, Azərbaycan Respublikasının Milli Məclisi dərin kökləri olan parlamentarizm ənənələrini bundan sonra da uğurla davam etdirəcək və Azərbaycan dövlətçiliyinə öz əhəmiyyətli töhfələrini verəcəkdir.
Dəyərli deputatlar, Günümüz mübarək!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bank kartları ilə bağlı - Daha bir qadağa
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Gənc oğlanın 17 yaşında başladığı məşqlərdən 3 il sonrakı halını görənlər inanmır - VİDEO
Sel fəlakətindən 5 il sonra evin yalnız damı torpaqdan görünür