"İsveçrə parlamentinin qəbul etdiyi qətnamə qərbin ölkəmizə başlatdığı qarayaxma kampaniyasının tərkib hissəsidir" - DEPUTAT
"Bu gün qərb özünü elə aparır ki, sanki biz torpaqlarımızı Ermənistanın deyil, onların işğalından azad etmişik".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib
Deputat qeyd edib ki, bu gün qərbin Azərbaycana qarşı qərəzli mövqeyi və apardığı qarayaxma kampaniyası 30 il ərzində ölkəmizə qarşı aparılan "ikili standart" siyasətinin davamıdır:
"Ölkəmizə qarşı qərəzli kampaniyalara erməni lobbiçilərinin maliyyələrdən bəhrələnin "siyasətçi"lər dayanır. Son 4 ilə nəzər saldıqda görərik ki, qərbin ermənipərəst ölkələri, Avropa Parlamenti kimi beynəlxalq təşkilatların Ermənsitanın Azərbaycan torpaqlarının iyirmi faizini işğal altında saxladığı otuz ilə yaxın müddətdə hər zaman işğalçını dəstəkləyiblər.Ermənistanın apardığı işğalçılıq siyasətinə, dəhşətli cinayətlərinə, azərbaycanlılara qarşı həyata keçridiyi qətliamlara, soyqırımlara göz yuman ölkələrin, təşkilatların bu gün insan haqlarından danışması sadəcə gülüncdür".
Deputat vurğulayıb ki, Fransa və Niderlanddan sonra İsveçrə də Azərbaycana qarşı riyakar mövqe nümayiş etdirdi:
"İsveçrə parlamentinin aşağı palatasında "Dağlıq Qarabağ: Sülh Konfransı" adlı qətnamə qəbul edilib. Bu qərəzli qətnamənin müəllifi deputat Erix Fontobeldir. Müzakirələrdə bu ölkənin xarici işlər naziri İqnazio Kassis də iştirak edib. Qətnaməyə 96 nəfər "lehinə", 80 nəfər "əleyhinə" səs verib, 16 nəfər isə bitərəf qalıb. İsveçrənin də Azərbaycana qarşı "binokl şousu"na qoşulması bizi təəssüfləndirir. Qərb Dağlıq Qarabağ adlı ərazinin və münaqişənin olmadığını qəbul etmək istəmir. Azərbaycan 4 il öncə Qarabağ münaqişəsinə öz gücü ilə son qoydu. İsveçrə bizə ağıl verməzdən öncə gedib, öz ölkəsinin problemlərini həll etsin. Yaxşı olardı ki, İsveçrə parlamenti Korsika məsələsi ilə bağlı qətnamə qəbul etsin. İsveçrə ermənilərin deyil, Sakit okeanda Fransa müstəmləkəçiliyində əziyyət çəkən və müstəqillik uğrunda mübarizə aparan ada xalqlarının hüquqları haqqında düşünsün. Azərbaycan sadəcə öz BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qəbul etdiyi 4 qətnaməni özü gücü ilə icra edərək 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etdi. İsveçrə parlamentinin aşağı palatasının qəbul etdi bu qərəzli qətnamə Azərbaycan-İsveçrə münasibətlərinə xələl gətirir".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Prezident icra başçısını vəzifəsindən azad etdi
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
3 həftədir sirli qızılgüllər alan müğənni göndərəni axtarır
Dünyanın ən zəngin futbolçularından biri klubsuz qaldı