VALİDEYİNLƏRİN NƏZƏRİNƏ! "Cizgi filmləri uşaqları manipulyasiya edir" - PSİXOLOQ

VALİDEYİNLƏRİN NƏZƏRİNƏ! "Cizgi filmləri uşaqları manipulyasiya edir" - PSİXOLOQSosial mediada valideyinlər tez-tez cizgi filmlərində yayımlanan qeyri-etik görüntülərdən, müharibə səhnələrindən şikayət edir.

Bəs görəsən cizgi filmlərində bu kimi səhnələrin yayımlanması uşaq psixologiyasına necə təsir edir?

Mövzu ilə bağlı psixoloq Gülnar Orucova Sonxeber.az – a açıqlama verib:

"Ümumiyyətlə, cizgi filminə uşaqlar müəyyən yaş dövründə və müəyyən zaman kəsimlərində baxmalıdırlar. Əsasən 2 yaş yarımdan sonra gün ərzində 2 dəfə 20 dəqiqədən çox olmamaqla baxmaq daha məsləhətlidir. Amma bizim valideyinlər saatlarla uşağı cizgi filminin qarşısında saxlayır. Bəzən də sual verilir ki, uşaqlar niyə cizgi filmini bu qədər sevir? Çünki, cizgi filmlərinin kadrları 3 saniyədən bir rəngarəng şəkildə dəyişir. Bu kadrlar da uşaqlara çox maraqlı gəlir.

Cizgi filmləri uşaqları manipulyasiya edir. Bu birtərəfli ünsiyyətdir və çox izləyən uşaqların nitqi inkişaf etmir. Son dönəmlər görürük ki, cizgi filmləri formatını dəyişib. Xəyali obrazların sayı çoxalıb və uşaqlar onları reallıqla ayırd etməkdə çətinlik çəkir. Hətta özünü hörümçək adama bənzədib yüksəklikdən atan uşaqlar da olub. Ümumiyyətlə, uşaq 6 yaşa qədər gördüyü hərşeyi beyninə yazır. Bəzən valideyinlər uşaqlarının yanında mübahisə edir. Bu onlarda travma olaraq qalır və böyüyəndə öz ailələrinə də gördüklərini tətbiq edirlər. Eynən bu, uşaq vaxtı izlədikləri cizgi filmlərinə də aiddir. Orda gördükləri dava, müharibə səhnələri birbaşa psixologiyalarına təsir edir. Davranış pozulur, əsəbi və gərgin olur, hərəkətlərini idarə etməkdə çətinlik çəkir, dərslərə adaptasiya ola bilmir. Bundan başqa, cizgi filmində qeyri-etik səhnələri görüb onları təkrar etmək istəyə bilərlər. Buna görə valideyin özü də cizgi filminə baxmalıdır ki, uşağına nəzarət edə bilsin".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1894   Tarix: 19 dekabr 2024  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çoxmərtəbəli binalarda təhlükəsizlik necə təmin edilir? - AÇIQLAMA

Çoxmərtəbəli binalarda sakinlərin təhlükəsizliyinin təmin olunması həm tikinti mərhələsində, həm də binanın istismarı dövründə bir sıra tələblərə əməl edilməsini tələb edir. Xüsusilə yanğın, zəlzələ və digər fövqəladə hallar zamanı insanların binanı təhlükəsiz şəkildə tərk edə bilməsi, təxliyə yollarını

25 sentyabr
.

Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)

Abşeron rayonunun Masazır kəndində fəaliyyət göstərən restoranlardan birində gecə saatlarında yüksək səslə musiqi səsləndirilməsi sakinlərin narazılığına səbəb olub. Bildirilir ki, səs ətrafdakı yaşayış evlərinə yayılır və insanların istirahətinə mane olur. Şikayət edən vətəndaşlar qeyd ediblər ki, bəz

23 sentyabr
.

Bakıda dişi çəkilən qadın öldü (VİDEO)

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı

25 sentyabr
.

Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA

Son dövrlər taksi xidmətlərinin qiymətlərində dəyişikliklər müşahidə olunur. Gedişhaqqının formalaşmasına yanacaq və texniki xidmət xərcləri, sürücülərin gəlir tələbləri, platforma komissiyaları, eləcə də bazardakı tələb və təklif kimi müxtəlif amillər təsir göstərə bilər. Bakıda nəqliyyat sıxlığını

24 sentyabr
.

Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq

Türk dövlətləri arasında vətəndaşların yalnız şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlərinin təmin olunması məsələsi gündəmdədir. -a istinadla xəbər verir ki, Türk dünyasında inteqrasiya proseslərinin dərinləşdirilməsi çərçivəsində Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər dövlətlə

24 sentyabr
.

2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda minimum əməkhaqqı hazırda 400 manat təşkil edir. Eyni zamanda, 2026-cı ilin fevralında Əmək Məcəlləsinə edilən dəyişikliklə minimum əməkhaqqına ildə azı bir dəfə yenidən baxılması qanunvericilikdə təsbit olunub. Ölkədə orta aylıq nominal əməkhaqqı isə 2026-cı ilin yanvar-iyul aylarında

24 sentyabr
.

Bakıda yeni park salınır - 35 MİLYON MANAT AYRILDI

Bakı şəhərində yeni parkın salınması ilə bağlı hazırlıqlar başlayıb. Ölkə.az-a istinadən xəbər verir ki, layihə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Bakı Şəhər Əsaslı Tikinti və Təmir" MMC tərəfindən təsdiqlənib. Belə ki, Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsindən Xətai rayonu

23 sentyabr
.

Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA

Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına

24 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr