"Bu Konstitusiyamızda əks olunan Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşıb" - DEPUTAT
Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin "Konstitusiya və
Suverenlik İli" kimi elan olunması ciddi tarixi əhəmiyyət kəsb edir. Bu il Ulu Öndərimiz Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 30 ili tamam olur.
1993-cü ildə xalqımızın təkidi ilə yenidən hakimiyyətə qayıdan dahi rəhbər, ilk növbədə ölkədə baş verən hərc-mərcliyə, hakimiyyətə zorakılıqla gəlmək hallarına son qoydu və effektiv reformlar keçirməyə start verdi.
İlk növbədə müstəqil dövlətimizin Konstitusiyanın hazırlanmasına başlanıldı. Ümumilli Lider Heydər Əliyevin rəhbərliyi ilə komissiya formalaşdırıldı və
Konstitusiya üzərində intensiv iş aparılaraq 1995-ci ilin Noyabr 12-də ümumxalq səsverməsi ilə qəbul edildi. Ulu Öndərimizin şah əsərlərindən olan yeni Konstitusiya dünyəvi, hüquqi və demokratik Azərbaycan dövlətinin idarə olunmasının bütün tərəflərini özündə ehtiva etdi. Beləliklə, 12 Noyabr 1995-ci il dövlət tariximizə qızıl hərflərlə yazıldı.
2002, 2009, 2016 - cı illərdə Konstitusiyamıza edilən əlavələr və aparılan dəyişikliklər onu yeni dövrün tələblərinə uyğun olaraq təkmilləşdirdi.
2025-ci ilin Konstitusiya ili elan olunması Azərbaycanın beynəlxalq müstəvidə hüquqi dövlət prinsiplərinə sadiqliyinin göstəricisidir.
Bununla yanaşı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazanılan tarixi Zəfərimizdən artıq 5 il ötür. Azərbaycan ordusu 44 günlük "Dəmir Yumruq" əməliyyatı və 2023-cü il 23 saatlıq antiterror tədbirləri ilə 30 illik işğala son qoydu, torpaqlarımız üzərində suverenliyimizi bərpa etdi. Beləliklə, Konstitusiyamızda əks olunan Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü tam reallaşdı.
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 920 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabr