"Qazın və işığın bahalaşmasının nə iqtisadi, nə də sosial əsası var" - AÇIQLAMA
Azərbaycanda qaz və işıq bahalaşıb. Bu barədə Tarif Şurası qərar qəbul edib.
Əvvəl bir kilovat saat elektrik enerjisi üçün əhali azı 8 qəpik ödəyirdisə, indi 5 faiz daha çox, yəni 8.4 qəpik ödəyəcək.
Aylıq istehlak həcmi 200 kilovatt saatdan 300 kilovatt saatadək olanlar üçün qiymətlər 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə qaldırılıb.
Bir ay ərzində 300 kilovattdan çox elektrik enerjisi istifadə edənlər isə 2 qəpik daha çox ödəməli olacaqlar.
Qaz da bahalaşıb. Əvvəl əhali bir kub metr qaz üçün azı 12 qəpik ödəyirdisə, indi bu, yarım qəpik daha çox olacaq.
Əhali üzrə illik istehlak həcmi 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpiyə qaldırılıb.
İldə 2500 kub metrdən çox qaz işlədənlər üçün isə qiymıt 5 qəpik bahalaşıb. İndi onlar bir kub metr üçün 25 qəbik yox, 30 qəpik ödəmıli olacaqlar.
Qiymət artımı ilə bağlı bu qərar 2 yanvar tarixindən qüvvəyə minib.
Bəs görəsən bu artımın səbəbi nədir?
Mövzu ilə bağlı sosioloq Elçin Bayramlı Sonxeber.az – a açıqlama verib:
"Kommunal xidmətlərin növbəti bahalaşması əslində gözlənilən idi. Baxmayaraq ki, bunun üçün heç bir əsas yox idi. Yəni, bu artımın nə iqtisadi, nə də sosial əsası var. Sadəcə bu, ölkədəki real infilyasiya tendensiyasının elementlərindən biridir. Planlı şəkildə belə bir sistem qurulub ki, hər şey davamlı olaraq bahalaşmalıdır. Qiyməti eyni qalan heç bir məhsul, xidmət yoxdur. Keçən ilki illik infilyasiya ortalama 50 faiz civarındadır. Baxmayaraq ki, hökumət bunu 5 faiz olaraq göstərir. Yəni 10 dəfə azaldır. Keçən ilki qiymətlərlə bu ilkiləri müqayisə etsəniz bunu özünüz də görə bilərsiniz. Bu o deməkdir ki, əhalinin vəziyyəti iki dəfə ağırlaşıb. Yaşayış şərtləri çətinləşib. Bir tərəfdən sosial problemlər ağırlaşır, digər tərəfdən dövlət bunu kompensasiya etmək əvəzinə daha da ağırlaşdırır.
Kommunal xidmətlərin istehsal olunması üçün maya dəyəri artmayıb. Məsələn qazın ildən-ilə istehsal həcmi artdıqca maya dəyəri aşağı düşür. Bu da o deməkdir ki, qiymət ucuzlaşmalıdır. Elektrik istehsalı da həmçinin ildən-ilə artır və maya dəyəri aşağı düşür. Lakin burda da qiymət ucuzlaşmır, əksinə bahalaşır. Bütün bunları nəzərə alsaq, qazın və işığın qiymətinin artmasının heç bir iqtisadi əsaslandırılması olmadığını görərik".
Çiçək Sadatova
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3527 Tarix: 06 yanvar 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
"Bakcell"də hədiyyə mövsümü başladı
"Bakcell" abunəçilərinə minlərlə hədiyyə qazandıran hədiyyə mövsümünə start verib. "Bakcell" tətbiqində aktiv olan VIP Çarxı çevirən hər kəsi hədiyyələr gözləyir. Çarxın super prizi isə "Sea Breeze"də mənzildir. Hədiyyə mövsümündə abunəçilər müxtəlif kateqoriyalar üzrə dəyərl
24 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrHərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Müddətli hərbi xidmətə çağırılan şəxslərin kredit öhdəlikləri ilə bağlı güzəştlərin tətbiqi onların hərbi xidmət müddətində maliyyə yükünün azaldılması baxımından mühüm məsələdir. Bu istiqamətdə nəzərdə tutulan dəyişikliklərin kredit ödənişlərinin təxirə salınmasına, faiz və digər öhdəliklərin hesablanmasına
24 sentyabr91 yaşlı sabiq deputat vəfat etdi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq deputatı Zərifə Nəcəfova vəfat edib. "Qafqazinfo" xəbər verir ki, 91 yaşlı Z.Nəcəfova xəstəlik səbəbindən həyatını itirib. Qeyd edək ki, Əməkdar müəllim olan Zərifə Nəcəfova uzun illər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində d
25 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabrBakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrPulsuz metro tıxacları azaldacaq?
Bu gündən etibarən Bakı metrosunun "Avtovağzal" və "Xocasən" stansiyalarına giriş pulsuzdur. -ın məlumatına görə,"Bakı Metropoliteni" QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov jurnalistlərə açıqlamasında bildirib ki, bu addım sərnişin axınının optimallaşdırılmas
23 sentyabr