Peruda tapılan üçbarmaqlı mumiyalar kimə aiddir?
Alimlər Naska səhrasında tapılan üçbarmaqlı mumiyaların yad varlıqlara aid olduğunu iddia ediblər.
Lent.az xəbər verir ki, Peruda tapılan mumiyalar alimlər arasında mübahisələrə səbəb olub.
Bir qrup yadplanetlilərlə bağlı iddiaları əsassız adlandırarkən, digər bir qrup tədqiqatçı mumiyaların bioloji cəhətdən real olduğunu və onlardan birinin hətta hamilə olduğunu iddia edib.
Ölkənin ən məşhur bölgələrindən biri olan Naska səhrasında tapılan üçbarmaqlı mumiyalar bəzi elm adamları tərəfindən yadplanetlilər kimi qiymətləndirilir.
Bununla belə, bəzi ekspertlər mumiyaların qeyri-insani varlıqlara aid olması fikrini rədd edərək, yadplanetlilər iddiasının tam bir saxtakarlıq olduğunu iddia ediblər.
Meksika Donanmasının Tibb Departamentinin keçmiş direktoru Xose Zalce 21 mumiyalanmış cəsədi araşdırdığını və bunların 100 faiz bioloji orqanizm olduğunu deyib.
Mumiyaların yadplanetlilər olduğunu düşünən Zalce, DNT analizi və rentgen müayinəsi nəticəsində bəzi nümunələrin hamilə olduğunu belə təyin etdiklərini bildirib.
Qeyd edək ki, mumiyalar ilk dəfə 2023-cü ildə Meksika Konqresinə mübahisəli NUO tədqiqatçısı Jaime Maussan tərəfindən təqdim edilib.
Maussan bu canlıların yer üzündəki təkamül prosesinin bir parçası olmadığını və onların genetik quruluşunun 30 %-nin hələ də məlum olmadığını iddia edib.
Bəzi ekspertlər mumiyaların insana bənzər xüsusiyyətləri olduğunu, lakin üç barmağı, uzun kəllələri və üz cizgiləri ilə naməlum hominin növünə aid ola biləcəyini irəli sürürlər.
Digər tədqiqatçılar mumiyaların müasir yapışdırıcılarla birlikdə saxlanılan heyvan sümüklərindən hazırlanmış saxta artefaktlar olduğunu da söyləyirlər.
Araşdırma zamanı mumiyaların bəzi yerlərində qızıl, gümüş və kadmium kimi metallar olan polimetal lövhələr tapılıb. Mütəxəssislər qeyd edirlər ki, bu materiallar müasir peyk texnologiyasında istifadə olunur. Lakin bu implantların hansı məqsədlə yerləşdirildiyi hələ də bəlli deyil.
Peru hökuməti bildirib ki, mumiyaların mənşəyini müəyyən etmək üçün əlavə genetik və məhkəmə-tibb ekspertizasına ehtiyac var. Tədqiqatçılar yeni testlərin sirri həll edə biləcəyini düşünürlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
Bakıda dənizdə batan tələbələrin FOTOSU
Prezident ona "general-leytenant" ali hərbi rütbəsi verdi
Pensiyalar 10 FAİZ ARTDI : Bəs pensiyaçılara nə qədər pul qalır?
"Məndən 5 min manat aldı, pulumu qaytarmadı" - Prezidentə Çingiz Qənizadə oğlu Elgiz Qənizadə ilə bağlı müraciət
Şagirdlərin məktəbdə aldıqları qiymətlərlə imtahan nəticələri niyə üst-üstə düşmür? - AÇIQLAMA
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Supermodeel Bakıda keçmiş nişanlısı ilə görüşdü (FOTO)
İlham Əliyev bəzi hərbçiləri təltif etdi - SƏRƏNCAM
Pula görə orqanlarını satmaq istəyirlər: Yalnız bu halda MÜMKÜNDÜR
Mal ətinin qiyməti niyə BAHALAŞIR? - AÇIQLAMA
Bakıdakı Formula 2-də kütləvi qəza - Yarış dayandırıldı
Hərbçilərinin əməkhaqları 22,8% artacaq
Xalqımıza baş ucalığı gətirən Şanlı Qələbə