Özünü öldürmək istəyən Həsən Kürün son vəziyyəti ilə bağlı AÇIQLAMA - Dostu danışdı
"Hazırda orqanizm cavan olduğu üçün özü mübarizə apara bilir. Məsələn, beyindaxili hematomanı yeni tomoqrafiya etdilər, irəliləyiş var".
Bunu Oxu.Az-a açıqlamasında şair Həsən Kürün dostu, həkim Əmrah Əliyev deyib.
O bildirib ki, ümumilikdə Həsən Kürün vəziyyətini həkimlər ağır olaraq qiymətləndirirlər:
"Beyin daxilində periferik hissələrdə çox sayda hematoma ocaqları var. Tam komatoz vəziyyətdə olduğunu demək olmaz. Oyana bilməsə də, tərpənir. Birinci dərəcəli koma vəziyyətindədir. Həkimlər tam oyatmağa qoymurlar".
Ə.Əliyevin sözlərinə görə, ağır travma olduğuna görə, nə qədər müddətə ayıla biləcəyi ilə bağlı həkimlər vaxt deyə bilmirlər:
"Bu beş gün də çəkə bilər, bir ay da. Hər orqanizm fərdi olduğu üçün gedişata fərqli reaksiya verir. Hazırda ağır kəllə-beyin travması aldığı üçün süni tənəffüs aparatına qoşulub".
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Həsən Kürün hazırda müalicəsi cərrahi profilli reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağır stabildir.
Qeyd edək ki, H.Kür fevralın 22-də saat 19:10-da Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Ona qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu qoyulub.
Xatırladaq ki, gənc şair Sabunçu rayonunda yerləşən "Sevinc Mall" ticarət mərkəzinin üçüncü mərtəbəsindən özünü ataraq intihara cəhd edib. İlkin məlumata görə, Həsən Kür maddi problemlərə görə özünü öldürmək istəyib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1280 Tarix: 27 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabr