Sumqayıt məktəbində QALMAQAL - Müavinlər çıxarıldılar, direktor vəzifəsində qaldı
Sumqayıt şəhərindəki Məhəmməd Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində aparılan maliyyə yoxlamalarının nəticələri narazılıqlara səbəb olub.
Oxu.Az xəbər verir ki, bununla bağlı paylaşım sosial şəbəkədə geniş müzakirə mövzusuna çevirib.
Qeyd olunub ki, aparılan yoxlamadan sonra təsərrüfat işləri və təlim-tərbiyə üzrə müavinlər vəzifələrindən azad edilsə də, məktəbin direktoru Elmira Yaqubova vəzifəsində qalıb.
"Məktəbdə dərs bölgüsü və digər səlahiyyətlərin birbaşa direktorun nəzarətində olduğu nəzərə alınarsa, o niyə yoxlama nəticələrindən kənarda qalıb?", - deyə sual olunub.
Edilən paylaşımda məktəbdəki qanunsuz fəaliyyətlər barədə iddialar da gündəmə gəlib.
İddia olunub ki, ikinci növbədə məktəbin yuxarı mərtəbələrində, demək olar ki, dərs keçilmir:
"Qaydalara görə, II, III, IV, V, VI və VII siniflər ikinci növbəyə salınmalı olduğu halda, bəzi siniflər maddi maraq qarşılığında birinci növbəyə keçirilib. Nəticədə məktəbin ikinci və üçüncü mərtəbələrində olan siniflər həmin məktəbdə işləyən və işləməyən müəllimlərə repetitorluq fəaliyyəti göstərmələri üçün icarəyə verilib. Həmin müəllimlər isə öz növbəsində bu məktəbin şagirdləri ilə yanaşı digər məktəb şagirdlərinə də orada həmin siniflərdə repetitorluq edirlər".
Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məktəbdə hər hansı maliyyə yoxlaması aparılmayıb.
"Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta ümumtəhsil məktəbində idarə tərəfindən maliyyə yoxlanılması aparılmayıb. Bununla yanaşı, idarənin fəaliyyət planına uyğun olaraq məktəblərdə təlim-tərbiyə prosesinin təşkilinin monitorinqi həyata keçirilib, sözügedən məktəbin direktor müavinləri ilə bağlanmış əmək müqaviləsinə təhsil müəssisəsinin rəhbəri tərəfindən xitam verilib.
Müraciətdə qeyd edilən digər iddialar üzrə konkret fakt Abşeron-Xızı Regional Təhsil İdarəsinə təqdim olunarsa, dərhal araşdırma aparılacaq və hüquqi addımlar atılacaq", - deyə məlumatda vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Prezidentdən məktəblərlə bağlı mühüm FƏRMAN
Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq
Bakıda 200-dən çox ev plana düşdü: Kompensasiya ödəniləcək (VİDEO)
2027-ci ildə minimum əmək haqqı 700 AZN ola bilər - İQTİSADÇIDAN AÇIQLAMA
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Pünhan Priyevin toyunda 4 min qonaq olub? - Tamadadan açıqlama
Bank kartları ilə bağlı - Daha bir qadağa
Azərbaycan vətəndaşlarına ŞAD XƏBƏR: Bu ölkələrə pasportsuz getmək mümkün olacaq
Hərbi xidmətdə olanlara bu şərtlərlə GÜZƏŞT EDİLƏCƏK - AÇIQLAMA
Prezident icra başçısını vəzifəsindən azad etdi
Taksi qiymətləri BAHALAŞIR: Səbəb NƏDİR? - AÇIQLAMA
Çingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Əməkdar artist Aygün Bəylərlə küsülülüyünün səbəbini açıqladı: "Xətrini çox istəyirdim, amma..."
Bu bölgəyə qar yağdı: Yüksək ərazilər ağ örpəyə büründü
Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi