Bu gün 7 planetin paradı olacaq - Bir də 15 il sonra görəcəyik
Bu gün ilin növbəti planetlər paradı baş tutacaq.
N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Sonxeber.az-a verilən məlumata görə, paradda 7 planetin hər biri iştirak edəcək.
Bu fenomenal təbiət hadisəsi zamanı planetlər Yer səmasında bir düz xətt üzrə sıralanırlar. Lakin planetlərin konfiqurasiyası isə kosmosda tamamilə fərqli olur.
Məlumat üçün bildiririk ki, Yupiter, Mars və Venera adi gözlə görünsələr də, Uran və Neptun istənilən halda adi gözlə görünmür və onları müşahidə etmək üçün kiçik teleskop və ya durbin tələb olunur. Merkuri və Saturn isə Günəşə çox yaxın yerləşdikləri üçün onları adi gözlə seçmək çətin olur.
Bu axşam baş tutacaq planetlərin böyük paradını Günəş batdıqdan dərhal sonra təxminən bir saatlıq müddət ərzində izləmək olacaq. Belə ki, Bakı vaxtilə Günəş saat 18:31-də batacaq, bunun ardınca isə artıq Saturn, Merkuri və Neptun qərbdə Günəş batdığı yerdə üfüq yaxınlığında olacaqlar. Onlardan fərqli olaraq Uran gecə yarısınadək, Yupiter 02:11-dək, Mars isə bütün gecə boyu görünəcək.
Qeyd edək ki, 21 yanvar paradında Merkuri iştirak etmirdi və 11 avqustda baş tutacaq növbəti paradda da artıq Mars olmayacaq.
Planetlərin səmadakı mövqeyini daha asan tapmaq üçün "Sky Map", "Stellarium" və ya "Sky Tonight" kimi tətbiqlərdən istifadə etmək olar. Martın ilk günlərinədək bir neçə gün ərzində planetləri səmada bir yerdə izləmək mümkün olacaq.
Növbəti dəfə 7 planetin də iştirak edəcəyi parad 2040-cı ildə olacaq.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1031 Tarix: 28 fevral 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda dişi çəkilən qadın öldü (VİDEO)
Bakıda dişini çəkdirən qadın dünyasını dəyişib. Qaynarinfo Baku TV-yə istinadən xəbər verir ki, Cəmilə Mahmudova bacısının həkim məsuliyyətsizliyi səbəbindən vəfat etdiyini iddia edir. Şikayətçinin sözlərinə görə, 1981-ci il təvəllüdlü bacısı Leyla Əhmədova iyulun 23-də diş ağrısı ilə Bilgəh Sağlamlı
25 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrSumqayıtda HƏRBÇİ DƏHŞƏTLİ QƏZADA həlak oldu: Hadisənin təfərrüatı - VİDEO
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub. Sakinlərin sözlərinə görə, ölən şəxs hərbçi olub. Baku TV-nin məlumatına görə, o, yemək üçün hərbi hissənin qarşısındakı kafeyə gedib və geri qayıdarkən avtomobil onu vurub. Sakinlə
25 sentyabr