Azərbaycanın Olimpiya medalı qazanan ilk və yeganə qadın pəhləvanı

Azərbaycanın Olimpiya medalı qazanan ilk və yeganə qadın pəhləvanıAzərbaycan idmanında qadınlar böyük zirvələri fəth etməkdə heç də kişilərdən geri qalmırlar. Hələ uzaq 2000-ci ildə Zemfira Meftahətdinova Sidneydə qızıl medal qazanmaqla Olimpiya çempionu adını qazanmışdı. Sonrakı olimpiadalarda da qızlarımız dəfələrlə fəxri kürsüdə yer aldılar, fərdi növlərdə Avropa və dünya çempionatlarında saysız medallar əldə etdilər, həndbol, voleybol kimi komanda yarışlarında uğurlar qazandılar. Onların arasında biri var ki, ölkəmizdə qadın idmanı dedikdə ağla ilk olaraq məhz o gəlir. Söhbət qadın güləşinin əfsanələrindən olan Mariya Stadnikdən gedir.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ədalətsizliklə başlayan karyera

1988-ci ilin 3 iyununda Ukraynanın Lvov şəhərinin kəndlərindən birində dünyaya gələn Mariya 12 yaşında güləşlə məşğul olmağa başlayıb. O, peşəkar idmançı olmaq fikrindən uzaq olsa da, bacarığını görən məşqçilər belə bir istedadı itirmək istəmirlər. Çoxsaylı təkidlərdən sonra balaca Mariya güləşi özünə peşə seçir. Tezliklə Ukraynanın ən yaxşılarından birinə çevrilən qızcığaz 15 yaşında yeniyetmələr arasında Avropa çempionu olur. Ardınca gənclər arasında dünya çempionatında da hamını üstələyən Stadnik üçün növbəti mərhələ Ukrayna qadın yığması idi. Lakin burada o, ədalətsizliklə üzləşir. Yığmanın baş məşqçisi həm də Mariyanın əsas rəqibi İrina Merleninin şəxsi məşqçisi idi. Təbii ki, seçim də daha bacarıqlı Mariya deyil, məhz Merleni olur. Bu məqamda Azərbaycandan gələn təklif Stadnikin karyerasını da, həyatını da tamamilə dəyişir.

Fantastik karyera

2007-ci ildən Azərbaycan bayrağı altında çıxış etməyə başlayan 19 yaşlı idmançı növbəti il ölkəmizi Pekin Olimpiadasında təmsil edir. Burada o, köhnə tanışı İrina Merleni ilə birgə bürünc medal əldə edir. Dörd il sonra növbəti dəfə onların yolu kəsişir. London Olimpiadasında Azərbaycan idmançısı yarımfinalda İrinaya qalib gələrək, kimin güclü olduğunu bir daha sübut edir. Ölkə tarixinin ən titullu idmançılarından biri olan Mariya ümumilikdə dörd dəfə Olimpiya Oyunlarının medalına sahib olub və bunu bacaran üç qadın güləşçidən biridir. O, iki dəfə finalda uduzubsa, iki dəfə də fəxri kürsünün üçüncü pilləsində yer alıb. Mariya Azərbaycanın Olimpiya medalı qazanan ilk və yeganə qadın pəhləvanı ünvanını özündə saxlayır. Stadnik iki dəfə dünya, 10 dəfə də Avropanın ən güclüsü adını qazanıb, Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında isə ümumilikdə dörd çempionluğu var. Saysız-hesabsız digər uğurlar da əldə edən Stadnik 10 dəfə Azərbaycanda ilin idmançısı seçilib. Onun medal kolleksiyasında çatışmayan yalnız Olimpiya qızılıdır. Belə karyera ilə uzlaşmayan bu məqamı isə sadəcə şanssızlıqla əlaqələndirmək olar.

Diqqətəlayiq xidmət

Stadnikin uzun illər Azərbaycan idmanına şərəflə xidmət etməsi, şübhəsiz, diqqətdən kənar qala bilməzdi. Onun parlaq nəticələri, ölkəmizi beynəlxalq arenalarda layiqincə təmsil etməsi, dəfələrlə bayrağımızı ucaltması dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Mariya Stadnik Prezident İlham Əliyevin imzaladığı sərəncamlarla "Tərəqqi" medalı, "Şərəf", 1-ci dərəcəli "Vətənə xidmətə görə", 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif edilib. İdman nailiyyətlərinə görə Azərbaycanın ən yüksək mükafatlarına layiq görülən güləşçi Azərbaycanı təmsil etməyi və əməyinə görə yüksək mükafatlar almağı özü üçün böyük şərəf hesab etdiyini bildirib. İllər əvvəl ədalətsizliklə üzləşən Mariya həqiqi dəyərini məhz burada görmüş olub. Stadnik əslən azərbaycanlı olmasa da, ölkə ilə bağlı sosial-siyasi məsələlərdə də haqq mövqeyimizi həmişə ifadə etməklə, Azərbaycan insanında özünə sevgi qazanmağı bacarıb.

36 yaşında peşəkar idmanla vidalaşdığını açıqladı

Mariya Stadnik ötən ay 36 yaşında peşəkar idmanla vidalaşdığını açıqladı. Lakin o, güləşdən aralanmayacaq. Mariya Azərbaycan Güləş Federasiyasında qadın güləşi üzrə koordinator vəzifəsinə təyin edilib. O, bundan sonra funksioner kimi fəaliyyət göstərəcək və zəngin təcrübəsini qadın güləşinin inkişafı yolunda istifadə edəcək.

İdmançı kimi yüksək fiziki hazırlığı, nizam-intizamı, peşəkarlığı, mübarizə əzmi və ən əsası - sabitliyi ilə diqqət çəkən Mariyanın qarşısında indi yeni bir missiya var. O, bu keyfiyyətlərini gənc azərbaycanlı qadın güləşçilərə aşılamalıdır. Əslində qızlarımız üçün formul sadədir. Mariya Stadnik qədər inadkar, əzmkar, intizamlı və stabil olmaq. O, gənc güləşçilər üçün canlı nümunədir. Saysız-hesabsız uğurlar qazandıqdan sonra 35 yaşında inadla Avropa çempionatında güləşmək və çempion olmaq - Stadnik məhz bu əzmkarlığın sahibidir. İstedadlı güləşçilərimiz onun bu keyfiyyətlərinə yiyələnə bilsələr, kim bilir, bəlkə də Mariya Stadnikin reallaşdıra bilmədiyi yeganə arzusuna çatacaq, Olimpiya qızılını ölkəmizə gətirəcəklər.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 4205   Tarix: 09 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Nene "Fənərbağça"dan ayrılmaq istəyir

Malidən olan futbolçu Dorqeles Nene Türkiyənin "Fənərbağça" klubundan ayrılmaq istəyir. xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi qış transfer dönəmində İstanbul təmsilçisi ilə vidalaşmaq niyyətindədir. Afrikalı oyunçu artıq bununla bağlı agentin

22 sentyabr
.

2027-ci ildə keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisinin tarixi açıqlandı

"Formula 1" və Beynəlxalq Avtomobil Federasiyası (FIA) Ümumdünya Avtoidman Şurasının təsdiqindən sonra 2027-ci ildə keçiriləcək "Formula 1" üzrə dünya çempionatının təqvimini açıqlayıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, Azərbaycan Qran-prisi sentyabrı

16 sentyabr
.

F1-də qaydalar dəyişir - Məsafə də azaldılacaq

"Formula-1" 2027-ci il mövsümündən etibarən Qran-pri yarışlarının maksimum məsafəsinin 305 kilometrdən 290 kilometrə endiriləcəyini açıqlayıb. "Qafqazinfo" xəbər verir ki, yeni qaydalar yağış və ya insidentlər səbəbindən dayandırılan və ya təxirə salınan yarışlara da şamil ediləcək

22 sentyabr
.

"Şəfa" "İmişli"nin futbolçusu ilə güclənib

"İmişli" Vüsal Qənbərov ilə yollarını ayırıb. verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu "Şəfa" klubuna transfer olunub. Vüsal 2024-cü ildən "İmişli"nin uğurları üçün çalışıb. O, bölgə təmsilçisinin heyətində ümumilikdə keçirdiyi 47 oyund

14 sentyabr
.

"Neftçi" "Qəbələ"yə, "Qarabağ" "Şəfa"ya qarşı

Bu gün Misli Premyer Liqasında 6-cı tura start verilir. "Qafqazinfo" xəbər verir ki, ilk oyun günündə iki matç keçiriləcək. Liderlər qrupunda olan "Neftçi" "Qəbələ" ilə qarşılaşacaq. Bu, "ağ-qaralar"ın Azərbaycan çempionatlarının yüksək dəstəsindəki 100-ci matçıdır

18 sentyabr
.

PSJ Mbappedən 60 min avro təzminat alacaq

"Real Madrid"in hücumçusu Kilyan Mbappe Paris Apellyasiya Məhkəməsinin qərarı ilə PSJ klubuna 60 min avro təzminat ödəməlidir. xəbər verir ki, bu barədə "L’Equipe" məlumat yayıb. Qərar futbolçunun nümayəndələrinin PSJ-nin bank hesablarına tətbiq etdirdiyi təminat tədbiri ilə bağl

16 sentyabr
.

Nəriman niyə bu dəfə milliyə dəvət edilmədi?

Türkiyə superliqa təmsilçisi "Erzurumspor"un hücumçusu Nəriman Axundzadə Azərbaycan millisinin heyətindən kənarda qalıb. -a istinadən xəbər verir ki, 22 yaşlı futbolçu bu gün milli komandanın Tacikistanla yoxlama, Litva və Lixtenşteynlə UEFA Millətlər Liqasının oyunları üçün açıqlanan 30 nəfərli

18 sentyabr
.

İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub

İspaniyanın "Atletik" klubunun forvardı İnyaki Uilyams Qana millisindəki karyerasını başa vurub. "Report" xəbər verir ki, 32 yaşlı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. İdmançı millini təmsil etməkdən böyük qürur duyduğunu bildirib və bu müddətdə ona dəstək ola

12 sentyabr
.

"Sabah"ın 21 yaşlı qapıçısından möhtəşəm seyvlər - Video

"Sabah"ın 21 yaşlı qapıçısı Rəvan Mirzəmmədov çıxışı ilə diqqət çəkir. "Qafqazinfo" xəbər verir ki, o, ötən gün "Şəfa"ya 3:0 hesabı ilə qalib gəldikləri matçda etdiyi seyvlərlə diqqət mərkəzinə düşüb. R.Mirzəmmədov Masazır təmsilçisinin heyətində bu mövsüm 2 oyunda meydan

15 sentyabr