"Ulu babam Azərbaycandandır, amma yığmada oynamaq təklifini qəbul etmədim"

"Ulu babam Azərbaycandandır, amma yığmada oynamaq təklifini qəbul etmədim""Mənim həqiqətən də azərbaycanlı köklərim var. Anamın dediyinə görə, səhv etmirəmsə, ulu babam oradandır".

Milli.Az xəbər verir ki, bunu Rusiyanın "Dinamo Mahaçqala" klubunun futbolçusu Mutalip Alibekov "Sport24.ru" saytına müsahibəsində deyib.

28 yaşlı mərkəz müdafiəçisi Azərbaycan milli komandasının təklifindən imtina etdiyini bildirib: "2014-cü ildə Moskvanın MOİK klubunda olduğum vaxt Azərbaycanın gənclərdən ibarət yığmasına dəvət almışdım. Orada Dağıstandan bir neçə tanışım çıxış edirdi. Yəqin ki, haqqımda nə isə demişdilər. Mənə zəng edib maraqlandılar. Amma bu təklifdən imtina etdim".

Alibekov imtina səbəbini də açıqlayıb: "MOİK-dən Rusiya millisinə gedə biləcəyimi düşünürdüm. Həmin təklifdən sonra transfermarkt-da Rusiya vətəndaşlığından əlavə, Azərbaycan pasportumun da olduğu göstərilir. Amma bu, belə deyil".

Rusiya U-19 yığmasının sabiq üzvü AFFA-ya imtina cavabı verdikdən sonra onunla əlaqənin saxlanılmadığını əlavə edib.

Qeyd edək ki, Mutalip Alibekov karyerası ərzində MOİK və "Dinamo Mahaçqala"dan əlavə, ölkəsinin "Ximki", "Baltika" və Belarusun "Smoleviçi" klublarında çıxış edib.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 1296   Tarix: 24 mart 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda veteran futbolçu vəfat etdi

Azərbaycanın veteran futbolçusu Məmmədnağı Babayev vəfat edib. xəbər verir ki, bu barədə "Neftçi" klubu məlumat yayıb. Babayev 86 yaşında dünyasını dəyişib. "Ağ-qaralar" sabiq oyunçunun vəfatından kədərləndiyini bildirib, mərhumun ailəsinə və Azərbaycan futbol ictimaiyyətinə başsağlığ

9 sentyabr 2021
.

Messi het-trik edərək Pelenin rekordunu qırdı - VİDEO

Argentina yığmasının hücumçusu Lionel Messi 2022-ci il dünya çempionatının seçmə mərhələsində Boliviya ilə oyunda het-trik edib və əfsanəvi braziliyalı futbolçu Pelenin rekordunu qırıb. Bununla da 34 yaşlı futbolçu Cənubi Amerika milliləri arasında öz komandasında ən çox qol vuran futbolçu olub. Hazırd

10 sentyabr 2021
.

Tokio-2020: Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. xəbər verir ki, bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasim

5 sentyabr 2021
.

Azərbaycan idmançısı ermənini nokauta saldı

I MDB Oyunlarında tayboks idman növündə mübarizəyə start verilib. xəbər verir ki, 63.5 kq çəki dərəcəsində yer alan Azərbaycan təmsilçisi Mahir Əsədzadə ilk görüşdə Ermənistandan olan Alen İsraelyanla qarşılaşıb. İlk dəqiqələrdən rəqibinə güclü zərbələr endirən Əsədzadəyə qələbə üçün cəmi 2 dəqiqə 3

5 sentyabr 2021
.

İrlandiya - Azərbaycan matçı - Millimiz qələbəni əldən verdi - YENİLƏNİR

İrlandiya - Azərbaycan matçı 1-1 hesablı bərabərliklə yekunlaşdı. Hər iki komanda bununla qrupda ilk xalını qazandı. *. İrlandiya matçın 87-ci dəqiqəsində hesabı bərabərləşdirdi: 1-1. *. Matçın ilk hissəsinin son dəqiqəsində Emin Mahmudov möhtəşəm qolla millimizi hesabda önə çıxardı: 0-1. *. 20:05

4 sentyabr 2021
.

F1 İtaiya Qran-prisi: Ferstappen və Hemilton yenə toqquşdu, Rikyardo qalib oldu

"Maklaren"in pilotu Daniel Rikyardo Formula 1 üzrə İtaliya Qran-prisinin qalibi olub. " "ya istinadən xəbər verir ki, çempionatın 14-cü mərhələsi lider Ferstappenin ikinci yerdə qərarlaşmış Hemiltonla toqquşaraq yarışı dayandırmaları ilə yadda qalıb. Finişə ikinci çatan qalibin komand

12 sentyabr 2021
.

"Neftçi" - "Qarabağ" matçının hakimləri məlum oldu

Azərbaycan Premyer Liqasında II turun digər iki matçı üçün bütün təyinatlar açıqlanıb. xəbər verir ki, ikinci oyun günündə keçiriləcək "Səbail" - "Sumqayıt" görüşü Vüqar Həsənliyə, "Neftçi" - "Qarabağ" qarşılaşması isə Rəşad Əhmədova tapşırılıb. 12 sentyabr. 18:00

11 sentyabr 2021
.

Şimali Koreya Beynəlxalq Olimpiya Komitəsindən kənarlaşdırıldı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) Koreya Xalq Demokratik Respublikasının Olimpiya Komitəsini cəzalandırıb. Milli qurum Tokio Olimpiya Oyunlarında iştirak etmədiyinə görə, BOK-un sıralarından kənarlaşdırılıb. Bu barədə beynəlxalq təşkilatın rəhbəri Tomas Bax BOK-un icraiyyə komitəsinin iclasının yekunların

9 sentyabr 2021
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

7 sentyabr 2021