Bakıda məktəbin qarşısında azyaşlılar QAÇIRILIBLAR?
Bakıda məktəbin qarşısında atanın hücuma məruz qaldığı, azyaşlı övladlarının avtomobillə qaçırıldığı iddia olunur.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, hadisə Səbail rayonu, 49 saylı "İntellekt" məktəb-liseyinin qarşısında baş verib.
Uşaqların atası Polad Piriyev bildirib ki, o, öz oğlu ilə birgə qardaşı Eyvaz Piriyevin övladlarını da eyni gündə məktəbə gətirirmiş. Uşaqları taksidən düşürdükdən sonra bir neçə nəfər şəxs hücum edərək azyaşlıları onun əlindən zorla alaraq qaçırıb.
Valideyn iddia edir ki, hadisə onun keçmiş qayınanası və həyat yoldaşı tərəfindən təşkil edilib.
Polad və Eyvaz Piriyev qardaşları iki bacı ilə evləniblər. Cütlüklər ayrıldıqdan sonra ailələr arasında uşaqların atada və ya anada qalması ilə bağlı məsələ illərdir öz həllini tapmır.
Polad Piriyevin sözlərinə görə, həyat yoldaşından boşandıqdan sonra məhkəmənin qərarı ilə 2 övladından biri onunla, qızı isə anası ilə qalır. Qardaşı Eyvaz Piriyevin uşaqları ilə bağlı məsələ isə hazırda məhkəmə müstəvisindədir.
Qaçırıldığı iddia edilən azyaşlıların dayısı isə anasının nəvələrini oğurlaması iddialarını rədd edib.
Məsələ ilə bağlı 49 nömrəli məktəb-liseydən bildirilib ki, aprelin 16-da dərsdən öncə məktəbin qarşısındakı küçədə ibtidai sinifdə təhsil alan 2 şagirdin valideynləri arasında münaqişə baş verib.
Münaqişəyə səbəb məhkəmənin qərarı ilə ayrılmış ata və ana arasında övladları ilə bağlı anlaşılmazlıqdan yaranan məsələ olub. Münaqişə zəminində ata hüquq-mühafizə orqanlarına məlumat verib və hər iki valideyn övladları ilə birgə polis bölməsinə aparılıb.
Həmin gündən sonra uşaqlar məktəbə gətirilməyiblər.
Bununla bağlı məktəb rəhbərliyi tərəfindən şagirdlərin valideyni ilə görüş keçirilib. Valideyn isə mayın 1-də məsələyə Apellyasiya Məhkəməsində baxılacağını, uşaqların atada və ya anada qalacağına dair qərarın qəbul ediləcəyini bildirib.
Qeyd edək ki, həmin şagirdlər aprel ayında elektron yerdəyişmə ilə Cəlilabad rayonu, 9 nömrəli məktəbdən 49 nömrəli məktəb-liseyə keçiriliblər.
Rayonda olarkən də ailə münaqişəsi zəminində uşaqların psixoloji təzyiqə məruz qaldığı iddia edilir. Hazırda fakt Səbail Rayon Polis İdarəsində araşdırılır.
Ətraflı süjetdə:
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu