"Ana öləndən sonra hamı qaçıb..." - Ailə həkimləri ittiham edir - Video

"Ana öləndən sonra hamı qaçıb..." - Ailə həkimləri ittiham edir - VideoXəbər verdiyimiz kimi, ötən gün Masallı rayonunda 40 həftəlik hamiləliklə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olan Nərmin Mehbalıyeva və övladı doğuş zamanı vəfat edib.

"Qafqazinfo" Baku TV-yə istinadən xəbər verir ki, ailə yaxınları ana və uşağın ölümünə həkim səhlənkarlığının səbəb olduğunu iddia edirlər.

Vəfat edən qadının əri Bəhruz Mehbalıyev bildirib ki, həyat yoldaşı hamilə olarkən bütün müayinələrdən keçib və müayinə kağızlarının hamısı var: "Doğum evinin müdiri bizim kənddəndir, yoldaşımın sancısı tutanda zəng etdim. Dedi ki, mənim başım ağrıyır, aparın xəstəxanaya, növbətçi həkim var, problem olsa, mən də gələcəyəm. Getdik, İlhamə Nağıyeva adlı həkim öz boynuna götürdü. İçəri girdi, ondan sonra heç bir xəbər olmadı. Sağ qolunda sistem izi var idi. Xəstəxanada heç kim də yox idi, özü də gömgöy idi. Həkim səhlənkarlığından ölüb. Ölümün səbəbini deyən yox, nə vaxt ölüb deyən yox, ölün var burada, gəl götür deyən yoxdur.

"102" qaynar xəttinə zəng elədim, polisdən yardım istədim. Prokurorluq nümayəndəsi gələndən sonra baş həkim gəldi. Uşağa, ümumiyyətlə, heç bir müdaxilə etməyiblər. Ana öləndən sonra hamı qaçıb. Mənim 4 qızım var, bu 5-ci idi, arzumuz ürəyimizdə qaldı…"

Ailənin yaxını Elsevər Mehbalıyev də bildirib ki, ölüm baş verəndən sonra xəstəxana işçilərindən kimsə onlara hansısa məlumat verməyib.

Masallı RMX-nın sözçüsü Ceyhun Hüseynov hadisə ilə bağlı açıqlama verib. O bildirib ki, doğuşa gələn qadınla bağlı bütün zəruri tibbi müayinələr aparılıb: "Doğuşun konservativ gözləyici taktika ilə aparılmasına qərar verilib. Saat 03:00-da xəstənin qəfildən halı pisləşib. Bütün reanimasion tədbirlərə baxmayaraq, ölüm halı qeydə alınıb. Ölümün ilkin səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1268   Tarix: 24 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr