Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?

Azərbaycanda kimlər daha tez pensiyaya çıxacaq?Milli Məclisin yaz sessiyasında "Əmək pensiyaları" haqqında qanuna təklif edilən dəyişikliklə bağlı müzakirələr ictimaiyyətdə müxtəlif fikirlərin yaranmasına səbəb olub.

"Əmək pensiyaları haqqında" Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.

Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Layihə mətbuatda geniş müzakirələrə səbəb olub və bəzi vətəndaşlar tərəfindən pensiya yaşının azaldılması kimi başa düşülüb.

Qanunla bağlı bu fikirlərin yaranmasının səbəbi maraq doğurur. Eləcə də yaxın gələcəkdə pensiya yaşının azaldılma ehtimalının olub-olmadığı diqqətçəkən məqamlardandır.

Modern.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, "Əmək pensiyaları" haqqında qanuna təklif edilən dəyişiklik məhz 5 il daha tez pensiyaya çıxmaq hüququ olan vətəndaşlarımızın pensiyalarının dövlət büdcəsi hesabına ödənilməsini nəzərdə tutur:

"Mövcud qanunvericiliyə əsasən, 5 və daha çox uşağı olan analar və bir sıra hallarda atalar 5 il daha tez pensiyaya çıxırlar. Onların pensiyaları güzəşt müddətində dövlət büdcəsi hesabına ödəniləcək. Pensiya yaşı ilə bağlı mütəmadi təkliflər təqdim olunub, müzakirələr gedib. Bizim təklifimiz pensiya yaşının müəyyənləşdirilməsində kəmiyyət meyarları ilə yanaşı, həm də keyfiyyət meyarlarının istifadə edilməsi ilə bağlıdır. Yəni xüsusən də biz çoxuşaqlı ailə anlayışına baxılması bunun 5-dən 3-ə endirilməsini təklif edirik. Bu da nəticə etibarilə 3 və daha artıq uşağı olan anaların təklif qəbul ediləcəyi halda daha tez pensiyaya çıxmasını təmin edə bilər".

Deputat, həmçinin tək anaların da daha tez pensiyaya çıxmasını təklif edildiyini bildirib: "Ona görə də bir sıra ölkələrdə olduğu kimi pensiya yaşına differensial yanaşma nəticə etibarilə bəzi, xüsusilə də sosial yardıma daha çox ehtiyacı olan vətəndaşlarımızın daha tez pensiyaya çıxmasına səbəb ola bilər".

V.Bayramov vurğulayıb ki, maliyyə qiymətləndirilməsi həyata keçirildikdən sonra müvafiq qərarların verilməsi mümkündür:

"Bu istiqamətdə təbii ki, mütəmadi təkliflər təqdim olunur, müzakirələr gedir. Ona görə də sözsüz, maliyyə qiymətləndirilməsinin aparılması, fiskal gəlirlərimizə uyğun olaraq qərarların qəbul olunması önəmlidir. Amma komitə iclasında müzakirə zamanı çoxuşaqlı ailə anlayışına baxılması, uşaqların sayı nəzərə alınmaqla daha tez pensiya verilməsi ilə əlaqədar təkliflər təqdim olundu. Amma sözsüz təkliflərin dəyərləndirilməsi, xüsusən də maliyyə qiymətləndirilməsi həyata keçirildikdən sonra müvafiq qərarların verilməsi mümkündür".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1382   Tarix: 24 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr