Azərbaycanda tələbələrin "yükünü" azaltmaq üçün hansı tədbirlər həyata keçirilməlidir? - Təqaüdlərlə bağlı AÇIQLAMA

Azərbaycanda tələbələrin "yükünü" azaltmaq üçün hansı tədbirlər həyata keçirilməlidir? - Təqaüdlərlə bağlı AÇIQLAMAAzərbaycanda tələbə stipendiyalarının məbləği illər üzrə artım dinamikası göstərsə də, bu vəsaitin real yaşayış xərclərini qarşılaması ilə bağlı ciddi narazılıqlar qalmaqdadır. Statistikaya əsasən, hazırda bakalavr pilləsində dövlət sifarişi əsasında təhsil alan tələbələrin böyük əksəriyyəti aylıq 100-130 manat arası stipendiya alır, xüsusi fərqlənmə hallarında bu rəqəm 210 manata qədər artır. Lakin Dövlət Statistika Komitəsinin məlumatına görə, Bakı şəhərində bir tələbənin orta aylıq yaşayış xərcləri 400-600 manat arasında dəyişir. Regionlarda bu göstərici bir qədər aşağı olsa da, yenə də stipendiya tələbələrin əsas ehtiyaclarını – qida, nəqliyyat, yataqxana, dərs vəsaitləri və digər gündəlik xərcləri tam ödəməkdən uzaqdır.

Bəs görəsən bu məsələ ilə bağlı hansı addımlar atila bilər ki, tələbələrin "yükü" biraz daha yüngülləşsin?

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Sonxeber.az -a açıqlama verib:

"Azərbaycanda "Təhsil haqqında" Qanunun 20-ci maddəsində qeyd olunur ki, dövlət təhsil müəssisələrində təhsil alan tələbələr üçün sosial müdafiə tədbirləri, o cümlədən maddi təminat formaları (stipendiyalar, güzəştli yataqxanalar və s.) dövlət tərəfindən təmin edilməlidir. Lakin bu tədbirlər tələbələrin faktiki ehtiyaclarını tam əhatə etmir və nəticədə bir çox tələbə ya ailəsinin maddi dəstəyinə, ya da əlavə işlərə ehtiyac duyur. Hətta sorğular göstərir ki, şəhərdə kirayə yaşayan və ailədən kənarda təhsil alan tələbələrin təxminən 60%-i əlavə gəlir əldə etmək üçün yarı-ştat və ya tam-ştat işlərə cəlb olunur. Bu isə, öz növbəsində, onların təhsil prosesinə tam fokuslanmasına mənfi təsir göstərir.

Dünya təcrübəsinə baxdıqda, Avropa İttifaqı ölkələrində, xüsusən də Almaniya, Polşa, Çexiya kimi ölkələrdə tələbələrin yaşayış xərclərini qarşılayan təqaüd proqramları, dövlət və bələdiyyə yataqxanalarında güzəştli yerlər, həmçinin ictimai nəqliyyatdan pulsuz və ya güzəştli istifadə imkanları mövcuddur. Almaniyada tələbələr üçün orta aylıq dövlət təqaüdü (BAföG) 400-900 avro arasında dəyişir və əlavə olaraq yataqxana və nəqliyyat üçün dəstək proqramları tətbiq olunur. Bu isə tələbələrin gündəlik həyat keyfiyyətini və təhsilə fokuslanmasını artırır.

Azərbaycanda da tələbələrin "yükünü" azaltmaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi zəruridir. Əvvəla, stipendiyaların məbləği real inflyasiya və bazar qiymətləri nəzərə alınaraq dövri olaraq yenilənməlidir. Həmçinin, sosial həssas qruplardan olan, valideyn himayəsindən məhrum, regionlardan gələn tələbələr üçün differensial yanaşma tətbiq edilməli, onlara əlavə sosial paketlər təqdim olunmalıdır. Yataqxana yerlərinin sayı və keyfiyyəti artırılmalı, yataqxana xərcləri minimuma endirilməli, ictimai nəqliyyat üçün tələbə kartları vasitəsilə güzəştlər tətbiq edilməlidir. Müxtəlif yerli və beynəlxalq şirkətlər, fondlar və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində əlavə təqaüd və qrant proqramlarının təşkili də vacibdir.

Əgər bu sahədə kompleks addımlar atılarsa, tələbələrin maddi yükü əhəmiyyətli dərəcədə azalacaq, onlar təhsil prosesinə və şəxsi inkişaflarına daha çox fokuslana biləcəklər. Beləliklə, Azərbaycanda tələbələrin rifahı və təhsilin keyfiyyəti yüksələcək, ölkə üzrə insan kapitalının inkişafına və rəqabət qabiliyyətinin artmasına zəmin yaranacaq".

Çiçək Sadatova


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2204   Tarix: 24 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Paytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib

Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar

23 sentyabr
.

Vahid məktəbli forması: sadəcə geyim deyil, məktəb mədəniyyətinin mühüm elementi

Məktəbli forması uzun illərdir təhsil sistemində müzakirə olunan məsələlərdən biridir. İlk baxışda bu mövzu sadəcə şagirdlərin məktəbə hansı geyimdə gəlməsi ilə bağlı texniki qayda təsiri bağışlasa da, əslində məsələ daha geniş məna daşıyır. Vahid məktəbli forması məktəbdə bərabərlik, sosial münasibətlər

22 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması baxımından vacibdir - ŞƏRH

"Vahid məktəbli geyim formasının tətbiqi ümumi sosial bərabərliyin qorunması və inklüzivliyin təmin edilməsi baxımından vacibdir. Hər bir şagirdin vahid geyim formasından istifadə etməsinə diqqət yetirilməlidir. Bəzi şagirdlər dini elementlər daşıyan geyimlərə üstünlük verə bilərlər. Lakin həm "Din

22 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Azərbaycana payız gəldi

Azərbaycanda astronomik payız başlayıb. xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından məlumat verilib. Bildirilib ki, bu an "payız bərabərliyi" adlanır. Beləliklə, Şimal yarımkürəsində astronomik payız, Cənub yarımkürəsində isə astronomi

23 sentyabr
.

Sentyabrın pensiyaları ödənildi

Dövlət Sosial Müdafiə Fondu tərəfindən respublika üzrə sentyabr ayının pensiya ödənişləri yekunlaşdırılıb. Bu barədə -a Fonddan məlumat verilib. Bildirilib ki, sentyabrın 8-də Naxçıvan Muxtar Respublikası, sentyabrın 11-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu, bu gün isə ölkənin bölgələrində qeydiyyatd

22 sentyabr
.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

Havada tozun miqdarı normadan artıqdır

Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid

22 sentyabr