Bakı IATA-nın Aviasiya Enerji Forumuna ev sahibliyi edəcək
Azərbaycan daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək. Belə ki, 13-15 may tarixlərində Bakıda "Azərbaycan Hava Yolları"nın (AZAL) dəstəyi ilə IATA-nın (Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası) Aviasiya Enerji Forumu keçiriləcək.
Sonxeber.az xəbər verir ki, Aviasiya Enerji Forumu (AEF) qlobal aviasiya sənayesinin enerji və dayanıqlılıq məsələlərinə həsr edilən ən nüfuzlu platformalardan biridir.
Tədbir Qafqazda ilk dəfə keçiriləcək və aviasiya sənayesinin mühüm məsələlərinin müzakirəsi, eləcə də gələcək enerji strategiyalarının müəyyənləşdirilməsi məqsədini daşıyacaq. Bununla yanaşı, Azərbaycanın aviasiya və enerji sahələrində beynəlxalq mövqelərinin gücləndirilməsi və əməkdaşlıqların genişlənməsi baxımından önəmli bir addım olacaq. AZAL üçün bu tədbir ölkəmizin aviasiya diplomatiyasını və enerji gündəmini beynəlxalq səviyyəyə çatdırmaq baxımından yüksək əhəmiyyət daşıyır.
Forumun əsas mövzusunu aviasiya sektorunun karbonsuzlaşdırılması, dayanıqlı yanacaq növlərinin tətbiqi və enerji transformasiyası prosesində aviaşirkətlərin rolu təşkil edəcək. Tədbir zamanı təyyarə yanacağının kommersiya və texniki aspektləri, yanacaq tədarükü zəncirinin çətinlikləri, aviasiya sənayesinin vəziyyəti haqqında hesabatlar və digər mövzular ilə bağlı fikir mübadiləsi aparılacaq.
Bundan əlavə, AEF çərçivəsində Azərbaycanın yaşıl iqtisadiyyat strategiyası, tranzit və logistika imkanları, eləcə də enerji diplomatiyası kimi prioritet istiqamətlər xüsusi diqqət mərkəzində olacaq.
Qeyd edək ki, tədbirdə 60-a yaxın ölkənin və 65-dan çox aviaşirkətin nümayəndələri, ümumilikdə 700-ə yaxın qeydiyyatdan keçmiş iştirakçı bir araya gələcək.
Beləliklə, Forumda IATA üzvü olan aviaşirkətlərin nümayəndələri, o cümlədən yanacaq alqı-satqısı menecerləri və dayanıqlı inkişaf üzrə ekspertlər, IATA-nın Strateji Tərəfdaşları, yeni və ənənəvi yanacaq təchizatçıları, yanacaq xidmətləri təminatçıları və yanacaq sektorunun rəhbərləri də iştirak edəcək. Qlobal aviasiya yanacaq cəmiyyətinin aparıcı sənaye tədbiri olan AEF yalnız dəvət olunmuş IATA üzvləri və IATA-nın yanacaq sektorundakı strateji tərəfdaşları üçün nəzərdə tutulub.
AEF çərçivəsində iştirakçılar aviasiya və enerji sahəsində panel müzakirələrində, kommersiya və texniki sessiyalarda iştirak edəcək, sərgi iştirakçıları və sponsorlarla görüşəcək, bilik və təcrübə mübadiləsi apararaq yeni əməkdaşlıq imkanları əldə edəcəklər.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 589 Tarix: 25 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Borca görə ana və oğlunu döyüb - Bunu da etdi - Foto
Şəmkir rayonunda dava nəticəsində iki nəfər xəsarət alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Könüllü kəndində qeydə alınıb. 1994-cü il təvəllüdlü Güləddin Həmzəyev və onun anası 1970-ci il təvəllüdlü Şəlalə Əhmədova döyülmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə
23 martEvlənmək istəyənlərdə ən çox bu xəstəliklər AŞKARLANIR
Azərbaycanda 2025-2026-cı illər üzrə nikah öncəsi müayinələr və prenatal diaqnostika göstəriciləri məlum olub. -a istinadən məlumatlna görə, Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib ki, 2025-ci il ərzində nikah öncəsi müayinələrdən ümumilikdə 100 761 nəfər keçib
21 martSıxlığa görə 3 avtomobil yolu inşa ediləcək
Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-30-cu illər üçün Dövlət Proqramı" çərçivəsində üç yeni avtomobil yolu inşa ediləcək. Axşam.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. Qurumdan bildirilib ki
23 martÖlən şəxsin pensiyası ilə bağlı təklif
"Dünyasını dəyişən şəxslərin pensiya kapitalının bir hissəsinin onun vərəsəsinə ödənilməsinin tərəfdarıyıq". Bunu "Unikal"a açıqlamasında iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, bu, həm pensiya kapitalının toplanması, daha səmərəli istifadə edilməsi, həm də vətəndaşlarımızı
22 martUniversitetlərlə bağlı gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imka
23 martHər gün istifadə edirik, amma heç təmizləmirik
Evimizdə hər gün istifadə etdiyimiz o əşya, əslində bir kif və bakteriya yuvası ola bilər. Aparılan araşdırmalar göstərir ki, xalça və ayaqaltılar kifayət qədər təmizlənmədikdə sağlamlıq üçün ciddi təhlükə yaradır. xəbər verir ki, son tədqiqatlar sübut edib ki, demək olar ki, hər evdə olan xalça, kili
25 martQırğızıstan DİN rəhbəri siqaretə görə - Cərimələndi
Qırğızıstanın daxili işlər naziri Ulan Niyazbekov ictimai yerdə siqaret çəkdiyinə görə cərimələnib. "Qafqazinfo" xəbər verir ki, bu barədə nazirliyin Mətbuat xidməti məlumat yayıb. "Instagram" sosial şəbəkəsində Niyazbekovun Bişkekdəki Toktobolot Abdumomunov adına Dram Teatrının yaxınlığınd
23 martQadınlar niyə ərlərindən BEZİRLƏR?
Məişət mübahisələrinin səbəbləri ilə bağlı maraqlı açıqlamalar verilib. xəbər verir ki, psixoloqların fikrincə, bir çox kişilər qadınların iradlarının səbəbsiz yarandığını düşünsə də, əslində məişət konfliktləri nadir hallarda səbəbsiz olur. Məlumata görə, qadınlar narazılıqlarını daha çox sözlə ifad
24 mart