İş adamı satığı mağazalara görə müştəriyə kompensasiya ödəyəcək - 22 minlik məhsul geri qaytarılmır
"Optimal Elektronika" MMC-dən 22 min manatlıq məhsul alan müştəri məhkəməyə üz tutmalı olub.
Qaynarinfo-nun məlumatına görə, F.D. adlı şəxs "Optimal Elektronika" MMC-nin "28 May" filalından 20679.90 manat məbləğində 1 ədəd "Bosch VBC514CR0" markalı duxovka ankast, 1 ədəd "Bosch PCR9A5B90M" markalı qaz üstü, 1 ədəd "Bosch PRA3A6D70" markalı qaz üstü, 1 ədəd "Bosch CTL636ES1" markalı kofevarka, "Bosch BİC630NS1" markalı sıcaqtutma çəkməcəsi, "Bosch HSG656XS1" markalı duxovka, 1 ədəd "Bosch BEL634GS1" markalı mikrodalğalı soba, 1 ədəd "BOSCH WTW85461BY" markalı paltarqurudan və 1 ədəd "Bosch WAY32862ME" markalı paltaryuyan elektrik avadanlıqları alıb.
Tərəflər müştərinin mənzilində təmir işləri görüldüyündən və həmçinin həyat yoldaşı ilə ABŞ-a getdiyi görə saxlanc pulunu ödəmək şərtilə həmin məhsulları MMC-nin anbarında saxlamaq barədə razılaşıblar. F.D. alınan əşyaların müvəqqəti saxlanc pulunu ödəyəcəyini bildirib və işləri bitdikdən sonra MMC-dən həmin məhsulları mənzilinə gətirib təhvil verməyi istəyib.
2024-cü ildə ABŞ-dan ölkəyə qayıdan F.D. cavabdeh MMC-nin "28 May" şöbəsinə gedərək saxlanc pulunu ödəmək şərtilə aldığı əşyaları təhvil almaq istədikdə mağazanın bağlandığını, şirkətin satıldığını öyrənib. Əlaqə üçün ona verilən mobil telefona zəng etsə də, zənglərinə cavab verilməyib.
Nəticədə şikayətçi şəxs məhkəməyə müraciət etməli olub. O, MMC tərəfindən əşyaların və ya onlar üçün ödənilən pulunn geri qaytarılmaması barədə iddia qaldırıb. Müştəri bildirib ki, problemlə bağlı "Optimal Elektronika" MMC-nin sabiq direktoru Əhəd Əsgərova məktub ünvanlasa da. aldığı cavab onu qane etməyib.
Məhkəmə müştərinin MMC-yə qarşı "alqı-satqı müqaviləsinin predmeti olan əşyaların və ya əşyaların tam dəyəri qismində 20679.90 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi" tələbinə dair iddiasını təmin edib. Vəsaitin Əhəd Əsgərov tərəfindən ödənilməsi qət edilib. Müştəri MMC-nin 37 ay ərzində 4,70 kv metrlik anbarında saxladığı məhsullara görə 5736,15 manat icarə haqqı verəcək.
Qeyd edək ki, iş adamı Əhəd Əsgərova məxsus "Optimal Elektronika" mağazalar şəbəkəsi Gürcüstanın "Elit Elektroniks" şirkətinə satılıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu