"Qanunla tənzimlənmə sui-istifadə hallarından yayınmağa imkan verir " - Deputat

"Qanunla tənzimlənmə sui-istifadə hallarından yayınmağa imkan verir " - DeputatBugün Milli Məclisin Səhiyyə Komitəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Əhalinin sağlamlığının qorunması haqqında", "Özəl tibb fəaliyyəti haqqında" və "Dərman vasitələri haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsinə baxılıb.

Müzakirə olunan qanun layihəsi ilə bağlı Sonxeber.az-a danışan deputat Pərvanə Vəliyeva bildirib ki, hazırkı qanun layihəsi tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı bir çox müsbət dəyişiklikləri özündə ehtiva edir:

"Layihədə əks olunması təklif olunan bəzi məsələlər əvvəllər yalnız Səhiyyə Nazirliyinin qəbul etdiyi normativ sənədlərdə (yəni nazirliyin verdiyi qərarlarla) tənzimlənirdi. Yəni daha aşağı hüquqi qüvvəyə malik idi. Söhbət səhiyyə sahəsində sertifikasiya, verilən kredit ballarından (məsələn, tibbi təhsil və ya davamlı inkişaf üçün toplanan ballar) və onların nə cür yoxlanıldığı və hesablandığından, sınaq imtahanı və s-dən gedir. Bu kimi qaydalar qanunla tənzimlənmirdi. Qanunla tənzimlənmə sui-istifadə hallarından yayınmağa imkan verir və daha aydındır.

Qanun layihəsində beynəlxalq təcrübəyə istinad olunmuşdur. Belə ki, Dünya Tibb Təhsili Federasiyası tərəfindən standartları hazırlanaraq tövsiyə edilən davamlı peşəkar inkişafın (DPİ) tətbiqi təklif olunur.
Qanun layihəsində təklif edilən dəyişiklik və əlavələr içərisində diqqət çəkən bir neçə müsbət məqam var: İxtisas dəyişmə ilə bağlı müddəaların artıq qanundan çıxarılması, sertifikasiyadan keçməyin 2 seçim yolunun təklif edilməsi
Son dövrlərdə həkimlərin ixtisas dəyişdirərək daha çox plastik cərrahiyyə ixtisaslarına yönəlməsinin və bunun ağır fəsadlarının şahidi oluruq. Bu səbəbdən bu hallara sertifikasiya ilə yol verilməməsi məqsədəuyğundur. Şəxs ixtisas dəyişmək istəyirsə, həmin ixtisas üzrə rezidentura keçdikdən sonra bu sahə ilə məşğul ola bilər".

Deputat vurğulayıb ki, sertifikasiyanın həyata keçirilməsi üçün təklif olunan yeni üsulla praktiki tibb fəaliyyəti ilə məşğul olan və olmaq istəyən şəxslər davamlı peşəkar inkişaf (DPİ) üsulu ilə elmi, pedoqoji, tədris fəaliyyətləri həyata keçirməlidir:

"Onlara bu fəaliyyətlərə görə kredit balları veriləcək. Yəni tibb işçisi praktiki tibb fəaliyyəti ilə yanaşı, elmi fəaliyyətlə də məşğuldursa, Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş tədbirlərdə, konqreslərdə iştirak edir, məqalələri elmi jurnallarda dərc olunursa, bu, ona kredit balı qazandıracaq. Həmçinin, ali və ya peşə-ixtisas təhsil müəssisəsində və ya digər mərkəzlərdə pedoqoji və tədris fəaliyyəti ilə məşğuldursa, bunun üçün kredit balı veriləcəkdir.

Beləliklə də, tibb mütəxəssisləri yalnız ixtisasartırma kurslarında iştirakla məhdudlaşdırmayaraq onlara peşəkar inkişaf üçün daha geniş imkanlar yaradılır və onlar daim öz üzərində işləməyə motivasiya edilir. Həmçinin, tibb mütəxəssislərinin beynəlxalq peşəkar mühitə inteqrasiyasına şərait yaradır.

Sertifikasiya üçün təklif olunan ənənəvi üsul isə sertifikasiya imtahanından keçməkdir. Hazırki qanun layihəsi isə sertifikasiya şəhadətnaməsi əldə etmək üçün daha çevik və effektiv yanaşma təklif edir. DPİ üzrə fəaliyyətləri olmayan, elmi, pedoqoji, tədris fəaliyyətləri olmayan və ya bu fəaliyyətlərdən minimum kredit balı toplayan şəxslər də imtahandan keçərək şəhadətnamə ala bilər. Onu da qeyd edim ki, dəyişikliklər orta tibb işçilərinə də şamil edilir.
Qanunda daha bir yenilik isə sertifikasiyadan keçə bilməyən tibb mütəxəssislərinin iş yerinin və vəzifə maaşının qrafik üzrə 6 ay müddətində saxlanılmasıdır ki, bu da tibb mütəxəssislərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinə daxildir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2681   Tarix: 25 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr