Əhalinin batmış kapitalını kim kompensasiya edəcək? - AÇIQLAMA
Hesablama Palatasının apardığı audit nəticəsində məlum olub ki, Dövlət Sosial Müdafiə Fonduna ödənilmiş 117 milyon manatdan artıq məcburi sosial sığorta vəsaiti vətəndaşların fərdi hesablarında əks olunmayıb.
Milli.Az xəbər verir ki, 2006-2016-cı illəri əhatə edən dövrdə bu uyğunsuzluğun əsas səbəbləri sığortaçıların təqdim etdiyi B3 formalarında sosial sığorta nömrələrinin göstərilməməsi və ya ümumiyyətlə bu hesabatların təqdim edilməməsi olub. 2017-ci ildən sonrakı mərhələdə isə əsas problem sığorta hesabatlarının tamamilə təqdim edilməməsidir.
Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, yeni hesabat sisteminə keçid zamanı bəzi şirkətlər sosial müdafiə fonduna edilən ödənişləri əməkdaşların fərdi hesablarında düzgün şəkildə qeyd etməyiblər. Onun sözlərinə görə, bu yanaşma gələcəkdə həmin vətəndaşların 117 milyon manat dəyərində pensiya hüququndan məhrum olması ilə nəticələnə bilər.
Xalid Kərimli eyni zamanda qeyd edib ki, bəzi şirkətlərin işçiləri VÖEN əsasında qeyri-rəsmi şəkildə işlətdiyi hallar qanun pozuntusu sayılır.
Hüquqşünas Hikmət Əliyevin fikrincə isə bu üsulla şirkətlər əmək münasibətlərini rəsmiləşdirmədən gizlətməyə çalışırlar.
"Əgər şəxs müstəqil sahibkarlıq fəaliyyəti ilə məşğul olursa, birbaşa öz adından fəaliyyət göstərirsə, belə olan halda əmək müqaviləsi bağlamağa ehtiyac olmur. Lakin fəaliyyətə işçi cəlb olunarsa, mütləq həmin işçi ilə əmək müqaviləsi bağlanmalıdır. Birinci halda şəxsin fəaliyyəti rəsmiləşdirilir və vergiləri o özü ödəyir.Lakin VÖEN ilə işlədikdə vəziyyət fərqli olur. Bu halda ödəmələr daha aşağı həddə olur. Bu da gələcəkdə pensiya məbləğinin ciddi şəkildə az olması deməkdir".
Məsələ ilə bağlı ƏƏSMN-dən bildirildi ki, qanunvericilikdə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddətləri onların sığorta stajına daxildir. Yəni, bu onların pensiya məbləğinin müəyyən edilməsi zamanı nəzərə alınır. Hesablarına köçürülməmiş pensiya kapitalının bərpası üçün şəxslər çalışdıqları şirkətə və ya məhkəməyə müraciət etməlidirlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu