Yalçın Rəfiyev: COP29 Prezidentliyi Tərəflər Konfransının səmərəliliyini artırmaqdan çox prosesi qorumağı təşviq edir
COP29 Prezidentliyi Tərəflər Konfransının səmərəliliyini artırmaq və ya gücləndirməkdən daha çox prosesin özünü qorumağı təşviq edir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev aprelin 26-da Xankəndidə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Simulyasiya Konfransında danışıb.
Onun sözlərinə görə, hazırda xarici çağırışları nəzərə alaraq prosesi və prosesin irsini qorumaq olduqca vacibdir.
Baş danışıqçı COP29-da qarşıya çıxan əsas problem və əldə olunan nailiyyətlərdən də söz açıb. Y.Rəfiyev bildirib ki, maliyyə məsələsinə gəldikdə dünya iki hissəyə - inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrə ayrılır:
"Maliyyə bir çox şeylər üçün kritik vasitədir. İqlim danışıqlarında, beynəlxalq iqlim sahəsində, iqlim cəmiyyətində maliyyə olmadan iqlim üçün öz ambisiyalarınıza çata, emissiyaları azalda, dəyişən iqlimə uyğunlaşa və infrastrukturunuzu inkişaf edən reallıqlara uyğunlaşdıra bilməzsiniz. Ona görə də COP29-dan inkişaf etməkdə olan dünya üçün müəyyən bir maliyyə rəqəmini təmin etməsi gözlənilirdi".
Nazir müavini vurğulayıb ki, COP29-a qədər iqlim dəyişikliyi ilə mübarizədə inkişaf etməkdə olan ölkələrə ayrılan vəsaitin məbləği 100 milyard dollar təşkil edirdi:
"Bu isə 2009-cu ildə Kopenhagendə prosesin sonunda gələn deklarativ bir rəqəm idi. Bakı COP-unda isə biz məbləğin 2035-ci ilədək azı 300 milyard dollara qədər yüksəldilməsi üzrə razılığa gəldik, yəni irəliyə doğru mühüm razılaşmalara nail olundu. Ancaq qeyd edim ki, 300 milyard yalnız dövlət mənbələrindən ayrılmalı olan vəsaitdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 803 Tarix: 26 aprel 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrMartin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrHəcc ziyarətinə sənəd qəbulu başlayır - Qiymət artımı ola bilər
Sabahdan Həcc ziyarətinə sənəd qəbulu başlayır. Qaynarinfo xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistem rəhbəri Vüsal Cahangiri məlumat verib. "Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə nazirliyinin tövsiyəsi əsasında bu i
23 sentyabrMəktəb mühitində əsas prinsiplərdən biri bərabərlikdir - AÇIQLAMA
"Məktəbli formasına yalnız geyim tələbi kimi yanaşmaq düzgün deyil. Burada əsas hədəf məktəbdə vahid, səliqəli, rahat və təhsil mühitinə uyğun geyim anlayışının formalaşdırılmasıdır. Eyni zamanda, vahid məktəbli geyimi məktəbin ümumi atmosferinə, şagirdlər arasındakı münasibətlərə və onların sosia
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabr