Fiziki tərbiyə müəllimləri də sertifikasiyaya CƏLB EDİLMƏLİDİRLƏR?

Fiziki tərbiyə müəllimləri də sertifikasiyaya CƏLB EDİLMƏLİDİRLƏR?Azərbaycanda yay aylarında müəllimlərin növbəti sertifikasiya imtahanının keçirilməsi nəzərdə tutulub. Sertifikasiyaya biologiya, kimya, coğrafiya, informatika və fizika müəllimləri cəlb olunacaqlar.

2022-24-cü illər ərzində 65 min nəfərə yaxın müəllim sertifikatlaşdırmaya cəlb edilib. İndiyə kimi prosesi uğurla keçmiş müəllimlərin ümumi sayı 55 min nəfər olub.

Nazirlər Kabinetinin qərarına uyğun olaraq, sertifikatlaşdırmada uğur qazanmış 38 min müəllimin əməkhaqqısına 10%, 17 min müəllimin əməkhaqqısına isə 35 faiz əlavə tətbiq edilib. Nəticədə maaşına 10% əlavə olunan müəllimlərin ortaaylıq əməkhaqqısı 980 manat, maaşına 35% əlavə olunan müəllimlərin ortaaylıq əməkhaqqısı isə 1 295 manat təşkil edib. Bu il, təxminən, 27 minə yaxın müəllimin sertifikasiya prosesinə cəlb ediləcəyi gözlənilir.

Qeyd edək ki, məktəblərdə fiziki tərbiyə fənninə olan münasibət və müəllimlərin peşəkarlıq səviyyəsi yenidən gündəmə gəlib. Uzun illərdir ki, bu sahəyə barmaqarası yanaşma, dərslərin formal keçirilməsi və müəllimlərin qeyri-peşəkar fəaliyyəti valideyn və şagirdlərin narazılığına səbəb olur. Təhsil ekspertləri dəfələrlə bu məsələyə diqqət çəkiblər.

Artıq yaxın gələcəkdə fiziki tərbiyə müəllimlərinin sertifikasiya imtahanına cəlb edilməsi planlaşdırılır.

Sonxeber.az xəbər verir ki, Modern.az-a açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri professor Hikmət Əlizadə bildirib ki, zaman-zaman ölkəmizdə pedaqoji fəaliyyətlə məşğul olan bütün işçilər arasında sertifikatlaşmanın həyata keçirilməsi nəzərdə tutulur:

"Qeyd etmək lazımdır ki, sertifikatlaşma dünyanın əksər ölkələrində həyata keçirilir. Müəllimin peşəkarlıq səviyyəsinin müəyyən edilməsi iki mərhələdə (test və müsahibə) həyata keçirilir. Sertifikatlaşma prosesinə hazırlaşan müəllimlər müxtəlif ədəbiyyatlarla tanış olarlar. İnternet resursları müəllimin özünütəhsil imkanlarını artırıb. Öyrəndikləri məsələlərlə bağlı müəllimlər bir-biri ilə fikir mübadiləsinə daxil olurlar. Bunu sertifikatlaşma prosesinə hazırlığın daha mühüm tərkib hissəsi kimi dəyərləndirmək lazımdır. Fikir mübadiləsi, həmçinin müəllimlərin müxtəlif təcrübələri bir-birindən öyrənməsi deməkdir. Bu yollarla müəllimlərin öz bilik və bacarıqlarını təkmilləşdirməsi onların daha səriştəli fəaliyyət göstərməsi üçün böyük imkanlar açır".

H.Əlizadə bildirib ki, sertifikatlaşmanın həyata keçirilməsi müəllimlərin öz işinə münasibətində müsbət dəyişiklik yaranmasını şərtləndirib:

"Bu o deməkdir ki, müəllimlərin daha keyfiyyətli dərs deməsi üçün bütün fənlər üzrə sertifikatlaşmanın həyata keçirilməsi məqsədəuyğundur. Ölkəmizdə sertifikatlaşma prosesinin həyata keçirilməsində humanizm prinsiplərinə üstünlük verilir. Birinci dəfə sertifikatlaşmadan keçməyən müəllimlərə ikinci şans verilir. İkinci dəfə keçirilən sertifikatlaşma imtahanlarının nəticələri göstərir ki, müəllimlər özünütəhsil ilə məşğul olduqda daha yüksək nəticələr əldə edə bilirlər.

Məktəbin fənlərindən biri də fiziki tərbiyədir. Mən fiziki tərbiyə haqqında danışmazdan əvvəl belə bir fikir söyləmək istəyirəm ki, məktəbdə keçirilən fənləri əsas və qeyri-əsas kimi təsnif etmək doğru deyil, onların hər birinin özünəməxsus məqsəd və vəzifələri var. Bu məqsəd və vəzifələr şəxsiyyətin formalaşması və inkişafı baxımından zəruri əhəmiyyət kəsb edir. O cümlədən fiziki tərbiyə fənni. Bu o deməkdir ki, zaman-zaman bütün fənlərdən sertifikatlaşma həyata keçirilməsi nəzərdə tutulur. Lakin bu zaman hər bir fənnin özünəməxsusluqları nəzərə alınmalıdır. Siz tamamilə düz deyirsiniz ki, fiziki tərbiyə fənnini tədris edən müəllimlər həm bu sahədə xüsusi biliklərə, həm də bacarıqlara malik olmalıdırlar. Hesab edirəm ki, onların sertifikatlaşması prosesində fiziki tərbiyə istiqamətində həm biliklərinin, həm də bacarıqlarının yoxlanılması zəruridir".

Şura sədri sonda qeyd edib ki, fiziki tərbiyə həm şəxsiyyətin inkişafı, həm də hərbi vətənpərvərlik tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir:

"Sağlam bədəndə sağlam ruh olar" deyəndə atalar şəxsiyyət yetişdirməyin yolunun insanın fiziki cəhətdən inkişafından keçdiyini nəzərdə tuturdular. Gənc nəsil nə qədər sağlam olarsa, onlar həm öz gələcək fəaliyyətlərində, həm də Vətənin müdafiəsində mühüm rol oynaya bilərlər. Məsələnin belə qoyuluşu fiziki tərbiyə dərslərinin keyfiyyətini artırmağı tələb edir. Düşünürəm ki, fiziki tərbiyə müəllimlərinin sertifikatlaşması onların dərslərinin keyfiyyətinin artmasında mühüm rol oynayacaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1337   Tarix: 26 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr