Mediamızın keçmişinə dəyər, bu gününə dəstək və gələcəyinə işıqsalan sərəncam - NAHİD CANBAXIŞLI YAZIR

Mediamızın keçmişinə dəyər, bu gününə dəstək və gələcəyinə işıqsalan sərəncam - NAHİD CANBAXIŞLI YAZIRXIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş Azərbaycanda həmçinin maarifçilik hərəkatı genişvüsət almışdı. Milli mətbuatın yaranması da məhz bu hərəkatdan doğan bir təşəbbüs, zərurət idi. 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsənbəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi "Əkinçi" qəzetimilli mətbuatımızın ilk qaranquşu, bayraqdarı oldu.

Cəmi iki il fəaliyyət göstərsə də, qəzet maarifçi ideyaların carçısı oldu, cəhalətə və xurafata qarşı kəskin mübarizə apardı, milliözünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfələr verdi. Qəzet dövrünün bir çox ziyalıları üçün əsl tribunaya çevrildi. Həsən bəy Zərdabi ilə yanaşı Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Məhəmmədtağı Əlizadə Şirvani, Mirzə Fətəli Axundzadə kimizi ziyalılar öz məqalələri ilə xalqı maarifləndirirdilər. Onlar"Əkinçi" qəzetində maarifçi və demokratik ideyalar təbliğ edir, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərirdilər.

Açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirən qəzetdə elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiətelmləri ilə bağlı bir-birindən maraqlı yazılar dərc edilirdi. Xalqınmədəni tərəqqisinə çalışan, dini mövhumata, xurafata və cəhalətə qarşı mübarizə aparan mütəfəkkilərin bir araya gəldiyi redaksiya müasirliyi,milli məfkurəni təbliğ edir, obyektiv xəbərçilik prinsiplərini ortaya qoyurdu. "Əkinçi" Azərbaycandan kənarda da – Gürcüstan, Dağıstan və Orta Asiya respublikalarında da yayılırdı.

"Əkinçi"dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər üçün mayak rolunu oynadı.

Azərbaycan ziyalılarının sonradan min bir əziyyətlə ərsəyə gətirdiyi "Ziya", "Kəşkül", "Kaspi", "Şərqi-rus", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik", "MollaNəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi" irsini, ideyasını şərəflə davam etdirdilər.

Ötən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və mətbuat azadlığının, plüralizmin və digər demokratik dəyərlərin bərqərar olmasına etibarlı zəmin yaratdı. Heydər Əliyev mətbuat azadlığının təmin edilməsinə, milli jurnalistikanın formalaşmasına xüsusi diqqət yetirib, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının güclənməsi, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edib. Ulu öndər dövlət – media münasibətlərində sağlam təməllərin əsasını qoymuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Ulu Öndər tərəfindən əsası qoyulan mətbuata dəstək siyasətini bu gün də uğurla davam etdirir.

Mətbuat Şurasının və Media Agentliyinin (Əvvəlki adı KİVDF) yaradılması, jurnalistlərin mənzillə təmin edilməsi, mətbu orqanlara birdəfəlik yardımların ayrılması bunun təsdiqidir. Həmçinin media resurslarına vergi azad oluunmaların tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər addımlar mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsinə xidmət edir.

Dövlətin dəstəyi sayəsində Azərbaycan jurnalistikası milli maraqları qorumaqla yanaşı, söz, fikir azadlığı və plüralizm ideyalarını təbliğ edir.

Prezident İlham Əliyev milli mətbuatın Azərbaycanın ictimai-siyasi və mədəni həyatındakı yerini, mədəniyyətin, maarifçiliyin inkişafında rolunu, müasir cəmiyyət quruculuğu və ölkəmizin beynəlxalq nüfuzunun daha da yüksəldilməsi sahəsində töhfələrini nəzərə alaraq Azərbaycan milli mətbuatının 150 illik yubileyinin ölkəmizdə geniş qeyd olunması haqqında imzaladığı Sərəncam da məhz dövlətin mətbuata göstərdiyi diqqətin bariz nümunəsidir. Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurası ilə birlikdə yubiley tədbirlərinin keçirilməsini təmin edəcək. Nazirlər Kabineti isə yubley tədbirlərinin maliyyələşdirilməsi ilə bağlı məsələləri həlledəcək. Bu sərəncam ölkə Prezidentinin milli jurnalistikamızın tarixinə verdiyi yüksək dəyər, bu gününə isə böyük dəstəyidir.

Sərəncamda 44 günlük Vətən Müharibəsi dövründə mediamız əsl vətənsevərlik, həmrəylik nümunəsi ortaya qoyduğu, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərdiyi qeyd olunur. Birinci Qarabağ müharibəsində həm jurnalist kimi, həm də bir vətəmdaş olaraq iştirak edən media nümayəndələrimizin vətənpərvərlik ənənəsi İkinci Qarabağ müharibəsində də davam etdirildi. Vətən müharibəsində döyüşlərdə iştirak etmiş jurnalistlərimizin də tarixi Zəfərimizə qatqıları oldu. Həmin dövrdə həqiqi hərbi xidmətdə olan jurnalist, ATV-nin keçmiş montajçı-əməkdaşı Davud Qurbanov oktyabrın 5-də şəhid oldu. 6 iyun 2021-ci ildə isə Kəlbəcərdə xidməti vəzifələrini yerinə yetirən AZƏRTAC-ın müxbiri 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov və AZTV-nin operatoru 1989-cu il təvəllüdlü Sirac Abışovu itirdik. 44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan mətbuatının qarşısında yeni vəzifələr dayandı. Zəfərimizdə regionda yaratmış olduğumuz reallıqların dünya ictimayyətinə çatdırılmasında və qəbul etdirilməsində medianın rolu böyükdür.

Yeni dünya düzənin formalaşdığı bir dövrdə medianın bəşəri dəyərləri təbliğ etməklə yanaşı, milli maraqları müdafiəsinə xüsusi diqqət yetirmək missiyasını daşıyır. Müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olan mətbuatımızın beynəlxalq əlaqələri genişlənir, qlobal informasiya məkanına təsir imkanları güclənir. Bu gün Azərbaycan mediasının qarşısında da yeni vəzifələr müəyyənləşib. Qabaqcıl texnologiyalardan istifadə bacarığı, sosial media platformalarında fəallığın artırılmadı, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə qarşıdakı dövrdə mediamızın əsas vəzifələri olacaqdır.

Sonda qeyd edək ki, Prezident İlham Əliyevin "Azərbaycan Milli Mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamı mətbuatımız üçün yol xəritəsidir. Sərəncam jurnalistikamızın tarixi ənənələrinin davam etdirməklə gələcəyə baxış bucağımızı müəyyənləşdirən ciddi bir sənəddir. Əminliklə bildirmək olar ki, bu il Azərbaycan mətbuatı ilə bağlı yadda qalan tədbirlər keçiriləcək, mühüm qərarlar qəbul ediləcəkdir.

Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilən "Jurnalistlərin dostu" mükafatı media nümayəndələrinin mütləq əksəriyyətinin mövqeyini ifadə edir.(vətəninfo.az)


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 528   Tarix: 26 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şəmsi Səmədzadə mal-qara oğurluğuna görə tutuldu - Oğlu da yanında imiş+Yenilənib

Tanınmış iş adamı Şəmsi Səmədzadə (Səmədoğlu) saxlanılıb. " "a istinadən xəbər verir ki, o, Gürcüstan ərazisində tutulub. Azərbaycanlı iş adamı Gürcüstan dövləti tərəfindən mal-qara oğurluğunda ittiham olunur. Yaxın günlərdə onunla bağlı məhkəmə prosesi başlayacaq. Məlumatı Şəmsi Səmədzadəni

4 fevral
.

Bu gecə Bakıya qar yağacaq, yollar buz bağlayacaq

Azərbaycanda fevralın 5-də qar yağacağı, yolların buz bağlayacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 4-dən 5-nə keçə

4 fevral
.

Taxıl yüklü 8 vaqon Ermənistana gedir - Fotolar

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə ümumi çəkisi 560 ton olan 8 ədəd taxıl yüklü vaqon Ermənistana göndərilir. AZƏRTAC-a istinadən xəbər verir ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə 20 min 660 ton taxıl (bugünkü 560 ton da daxil olmaqla) göndərilib

4 fevral
.

Məişət zorakılığı niyə azalmaq əvəzinə artır? - ARAŞDIRMA

Əvvəlki illərlə müqayisədə son illərdə məişət zorakılığı halları artmaqda davam edir. Belə ki, rəsmi statistikaya görə, 2024-cü ildə 1 022, 2025-ci ildə isə 1 137 nəfərdə məişət zorakılığı halları qeydə alınıb. Qeyd etmək lazımdır ki, bu yalnız rəsmi şəkildə bildirilən hadisələrin sayıdır və reallıqd

4 fevral
.

"Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram"

"Oğlumu bıçaqlayan uşağın ailəsini tanıyıram, onlarla heç bir ədavətimiz olmayıb". Bunu "Qafqazinfo"ya ötən gün Ağcabədi rayonunun Aşağı Avşar kəndində 7 yaşlı oğlu bıçaqlanan Rəşad Bəşirov bildirib. O, hadisənin səbəbini bilmədiyini deyib: "Vuran uşağın ailəsi çox gözəl ailədir

5 fevral
.

Şamaxıda ana və iki oğlu dəm qazından zəhərlərnib

Şamaxıda dəm qazından zəhərlənmə hadisəsi baş verib. APA-ya istinadən xəbər verir ki, 1978-ci il təvəllüdlü Miraliyeva Aygun Azadxan qızı, övladları 2002-ci il təvəllüdlü Miraliyev Asif Namiq oğlu və 2008-ci il təvəllüdlü Miraliyev Natiq Namiq oğlu dəm qazından zəhərlənmə diaqnozu ilə rayon mərkəzi xəstəxanasın

5 fevral
.

"Məlhəm" hospitalı ilə yazar ailəsi arasında borc mübahisəsi böyüyür

Yazar Ulucay Akifin bacısı Gülənay Məmmədovanın Bakıda yerləşən "Məlhəm Beynəlxalq Hospital"da dünyaya gətirdiyi körpənin səhhətindəki problemlər kəskin olaraq qalır. Qaynarinfo Ulucay Akifə istinadla xəbər verir ki, körpənin müalicə prosesi hazırda da davam edir. Yazarın verdiyi məlumata görə

5 fevral
.

"Bona Dea" Nigar Köçərlini məhkəmə verdi

"Liv Bona Dea" Hospital "Əli və Nino" kitab mağazasının sahibi Nigar Köçərlini məhkəməyə verib. "Qafqazinfo" xəbər verir ki, bu barədə xəstəxana məlumat yayıb. Buna səbəb kimi hospitalın nüfuzauna xələl gətiriləcək paylaşımların edilməsi göstərilir: "Son dövrlərdə "Li

4 fevral
.

"İdeal" MTK-nın idarəçiliyindən narazılıq: Həm pul yığılır, həm də sakinlər hədələnir

Abbasqulu Abbaszadə küçəsi 51 ünvanındakı çoxmərtəbəli binanın sakinləri "İdeal" MTK-nın idarəçiliyindən cana doyub. Təxminən 500 ailənin məskunlaşdığı 18 mərtəbəli binada vəziyyət kritik həddə çatıb. Sakinlər həm xidmətsizlikdən, həm də komendantın özbaşına tətbiq etdiyi "qaydalardan"

5 fevral