"Azərbaycan və Çin arasında iqtisadi, siyasi bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir" - DEPUTAT

"Azərbaycan və Çin arasında iqtisadi, siyasi bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir" - DEPUTATBeynəlxalq münasibətlər sistemində çətin və mürəkkəb proseslərin getdiyi bir vaxtda ölkəmizin öz mövqeyini gücləndirməsi, həmçinin, geopolitik mərkəzə çevrilməsi Azərbaycanın qlobal siyasi güc olaraq nüfuzunu hər gün daha çox artırır. Dünyanın aparıcı dövlətlərinin Azərbaycanla sıx strateji əlaqələr və əməkdaşlıqlar qurmaqda maraqlı olmaları   bunun bariz nümunəsidir. Bu gün Azərbaycan dünyanın bir çox dövlətləri, aparıcı beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir. Bu baxımdan Çin və Azərbaycan arasında mövcud münasibətlər xüsusi qeyd olunmalıdır. Çin və Azərbaycan arasında dost münasibətlər qarşlıqlı əməkdaşlıq və etimad əsasında formalaşıb. Bunu hər iki ölkənin dövlət başçıları arasında təşkil olunan görüşlər də təsdiq edir.

Bu fikirləri Sonxeber.az-a açıqlamasında Prezident İlham Əliyevin Çinin CGTN televiziya kanalına müsahibəsini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Çin və Azərbaycan arasında əməkdaşlıq üçün çox möhkəm siyasi platforma qurulub. Ötən illər ərzində davam edən siyasi münasibətlər artıq bizim yaxşı tərəfdaş və bir-birinə etibar edən dostlar olduğumuzu nümayiş etdirir. İki ölkənin beynəlxalq təsisatlar çərçivəsində çox yaxşı əməkdaşlığı mövcuddur. Çinə bu dəfəki səfər öz aktuallığı ilə seçilir. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın" imzalanması iki ölkə arasında əlaqələrin inkişafı baxımından həlledici rol oynamaqla yanaşı, əlaqələrin daha da möhkəmlənməsinə zəmin yaradır, siyasi–iqtisadi gündəliyi daha da zənginləşdirir. Azərbaycan və Çin həmişə bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Əlbəttə, bu amil  iki ölkə arasında etibarlı dostluğun əsasında dayanan ən mühüm faktordur. İki ölkə arasında strateji tərəfdaşlığın mühüm istiqamətlərini özündə ehtiva edən Bəyanatın qəbul olunması bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Bu barədə cənab Prezident İlham Əliyev müsahibəsində deyib: "Sədr Si ilə sonuncu dəfə iyul ayında görüşümüz əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı.Elə indi də deyərdim ki, əlaqələr əladır. Altı ildən sonra yenidən səfər edirəm. Lakin bununla belə, mənim bu vaxta qədər bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanım olub. Sonuncu dəfə biz iyul ayında Strateji Tərəfdaşlıq Haqqında Bəyannaməni qəbul etdiyimiz bir beynəlxalq tədbir çərçivəsində görüşdük. Bir sözlə, həmin görüş əməkdaşlığımızın olduqca mühüm tarixinə çevrildi, çünki münasibətlərimiz daha yüksək səviyyəyə qalxdı. Sonuncu görüşümüzdən bir ildən az vaxtın keçməsinə baxmayaraq, bu gün biz Sədr Si ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatı imzaladıq. Beləliklə, münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq. Bununla yanaşı, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalandı. Bir sözlə, mən deyərdim ki, münasibətlər əladır. Səfər də, həmçinin. Nəticələrdən çox razıyam. İlk olaraq, Sədr Si tərəfindən Çinə dövlət səfərinə dəvət edilməkdən çox şərəfləndim. Buradakı mühit, qonaqpərvərlik, dostluq, eləcə də müzakirələrimizin mahiyyəti həqiqətən çox həvəsləndiricidir. Biz münasibətlərimizi daha yüksək səviyyəyə qaldırdıq".

Sevindirici haldır ki, iki ölkə arasında əməkdaşlıq imkanları davamlı olaraq artır. Ötən 32 ildə iki ölkə arasında əməkdaşlıqda yekdil siyasətin olması olduqca önəmlidir. Çin ilə Azərbaycan xalqları arasında böyük tarixə malik olan dostluq münasibətləri nəticəsində Azərbaycan Çinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünə Qafqaz regionunda dəstək verən ilk ölkə olub. Bu baxımdan "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayıb.

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, Azərbaycan və Çin arasında iqtisadi, siyasi bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Həmçinin, Azərbaycan vətəndaşları üçün viza tələbinin aradan qaldırılması da iki ölkə arasında münasibətlərin inkişafında olduqca önəmli faktordur. Cənab Prezidentin dediyi kimi "Bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir." Xatırladaq ki, Azərbaycan tərəfi keçən il birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etmişdi.

Şübhəsiz ki, qazanılan bütün uğurların mərkəzində cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən xarici siyasət kursu, liderliyi  dayanır. Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi xarici siyasət nəticəsində ölkəmiz durmadan inkişaf edir. Dövlət Başçısının şəxsiyyəti və Liderliyi sayəsində ölkəmizin dünyada nüfuzu daha da artmışdır. Artıq, Azərbaycanın  regionda geopolitik mərkəz rolunu oynadığı bir həqiqətdir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 549   Tarix: 25 aprel 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

3-cü kurs tələbəsi əməliyyatda öldü

Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbəsi Fidan Abbaslı vəfat edib. "Qafqazinfo" xəbər verir ki, UFAZ-ın "Kompüter elmləri" ixtisasında 3-cü kursda təhsil alan tələbənin plastik əməliyyat nəticəsində dünyasını dəyişdiyi bildirilib. Məlumata görə, o, burun əməliyyatı zaman

22 sentyabr
.

"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası

Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi

23 sentyabr
.

Xammaldan sənaye gücünə: Azərbaycanın metallurgiya strategiyasında yeni mərhələ

Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas vəzifələrdən biri təbii sərvətlərin yalnız hasilat mənbəyi kimi deyil, yüksək əlavə dəyər yaradan sənaye resursu kimi iqtisadi dövriyyəyə cəlb edilməsidir. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (meta

23 sentyabr
.

Bakıda daşınmaz əmlak alarkən hansı amillərə diqqət etmək lazımdır? - AÇIQLAMA

Bakıda daşınmaz əmlak almaq istəyən şəxs üçün "hansı rayon daha yaxşıdır?" sualından daha vacib məsələ əslində budur: bu gün alınan əmlakın gələcəkdə dəyərinə təsir edə biləcək fundamental amillər hansı ərazilərdə daha çox mövcuddur?. Əmlak məsələləri üzrə ekspert Fərid Cəfərli bu barədə -

23 sentyabr
.

Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil - AÇIQLAMA

"Vahid məktəbli formasının tətbiqi sadəcə xarici görünüşlə bağlı məsələ deyil, bilavasitə pedaqoji, psixoloji və sosial mühitin tənzimlənməsinə xidmət edir. Şagirdlər arasında maddi-sosial fərqlərin vizual şəkildə qabarmasının qarşısını almaqda bu sistem, düşünürəm ki, əsas təsirli mexanizmlərdə

22 sentyabr
.

Sosial şəbəkədə qadınlarla yazışdı, qısqanan arvadını döydü - Məhkəmə qərarı

Masallı rayonunda ailə-məişət zəminində baş vermiş mübahisə zamanı arvadına xəsarət yetirən şəxsə hökm oxunub. Qaynarinfo-nun məlumatına görə, məhkəmənin araşdırması zamanı müəyyən edilib ki, hadisə 2026-cı ildə Masallı rayonunun Lürən kəndində yerləşən, zərərçəkmiş şəxsin mərhum atasına məxsus evd

22 sentyabr
.

Sabah 34 dərəcə isti olacaq

Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd

22 sentyabr
.

Tamstore Marketlər Şəbəkəsində iş imkanları sizləri gözləyir

Azərbaycan pərakəndə satış sektorunun dinamik inkişaf edən şirkəti "Tamstore" marketlər şəbəkəsi komandasını genişləndirir. Şirkət insan resurslarının davamlı inkişafı, dayanıqlı iş imkanları və sağlam korporativ mühit prinsiplərinə uyğun olaraq Bakı və Sumqayıt filialları üzrə işə qəbul ela

23 sentyabr
.

Sabah 35 dərəcə isti olacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi il

23 sentyabr