Özündən 24 yaş böyük sevgilisini narahat etdi - Həbs olundu
Mayın 9-da Bakıda daşıma şirkətlərindən birinin kuryeri olan 2002-ci il təvəllüdlü Nurxan Qədimov həbs edilib.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, o, keçmiş sevgilisi 1978-ci il təvəllüdlü Gülbəniz Əliyevanın (şərti ad-soyadlı) şikayəti əsasında inzibati məsuliyyətə cəlb edilib.
Araşdırmalar zamanı məlum olub ki, G.Əliyeva 2018-ci ildə boşanıb və həmin vaxtdan Nərimanovdakı restoranlardan birində çalışır. Onun təxminən bir il əvvəl restoranda kuryer işləyən Nurxanla münasibəti yaranıb və sevgili olublar. Lakin 1 aya yaxındır ki, Gülbəniz Nurxandan ayrılmaq qərarına gəlib. Buna baxmayaraq, gənc oğlan ondan əl çəkməyərək daim izləməyə, yaşadığı Binə qəsəbəsindəki evinin qarşısında növbə çəkərək qadını və qızını narahat etməyə başlayıb.
Məsələ ilə əlaqədar mayın 9-da Xəzər RPİ-nin 2-ci Polis Şöbəsində inzibati protokol tərtib edilib. Xırda xuliqanlıq əməlində təqsirləndirilən 23 yaşlı oğlan saxlanılaraq Xəzər Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə Nurxan törətdiyi əməldən peşman olmadığını deyib: "5-6 il olar ki, Gülbənizi tanıyıram, bir il olar ki, daha yaxın olub sevgi münasibəti yaşamışıq. Mən Gülbənizə çox bağlanmışam, son 1 ayda o mənimlə münasibəti kəsmək istədi. Lakin mən ondan əl çəkə bilmirəm, daima görmək üçün Gülbənizin iş yerinə və yaxud yaşadığı yerə gedirəm. Bu da onun narahatlığına səbəb olur.
Gülbənizi 4-5 gün görməsəm, danışmasam, elə bilirəm ki, həyatında kimsə var. Ona görə də yaşadığı ünvana, yaxud iş yerinə gedirəm, onun telefonunu götürüb özümdə saxlayıram. Əməlimdən peşman deyiləm. Yenə də Gülbənizin iş yerinə, o işdə olmadığı vaxt isə yaşadığı evə gedəcəyəm. O, istəməsə də belə, gedəcəyəm. Ona görə ki, Gülbənizə bağlanmışam, ayrıla bilmirəm, onu sevirəm. Onun qızının verdiyi izahat da doğrudur".
Qeyd edək ki, G.Əliyeva və qızı izahat verərək Nurxanın məsuliyyətə cəlb olunmasını xahiş ediblər.
Xəzər Rayon Məhkəməsinin qərarı ilə Nurxan Qədimova 5 sutkalıq inzibati həbs verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1080 Tarix: 12 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sosial şəbəkələrdə Azərbaycan Beynəlxalq Bankının (ABB) xidmət səviyyəsi və mobil tətbiqindəki texniki problemlərlə bağlı növbəti şikayət paylaşılıb. "Yeni Sabah" xəbər verir ki, "Facebook" sosial şəbəkəsinin "Müştəriyəm şikayətim var" qrupunda paylaşım edən vətəndaş kredi
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrBakıdakı bəzi dövlət qurumları distant iş rejiminə keçir
Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1"ə yarışması səbəbi ilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək. "Report"a istinadən xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək. Bu iş rejimi "Formula-1" trasının həmi
22 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabr