Nuranə niyə ödürülüb? - Hadisə yerindən (VİDEO)
ARB TV-nin əməkdaşı Sabirabadda öldürülərək Kür çayına atılan 16 yaşlı Nuranənin qətlinin təfərrüatları barədə sujet hazırlayıb.
Seyidrəsul Nuranənin yaşadığı Şirvan şəhərinə gedərək onu Sabirabad rayonunun Kür çayının keçən hissəsinə aparıb. Onlar arasında mübahisə yaşanıb, nəticədə Seyidrəsul əvvəlcə Nuranəni boğub, sonra Kür çayına atıb. Meyit suya atıldığı yerdə ağaca ilişdiyindən elə həmin yerdə aşkarlanıb.
Qətli törətməkdə şübhəli bilinən Seyidrəsulun atası hadisənin başvermə səbəbini Nuranənin sosial şəbəkədə şəkil paylaşmasını ehtimal kimi səsləndirib:
"Hər ailədə söz söhbət olur, istəmirdi ki, həyat yoldaşının o vəziyyətdə şəkli olsun. Kişiyə xas olan hərəkətdir, olmaz, olmaz da. Qadın kişiyə məxsusdur. Kimsə nəyə görə "mayka"da görməlidir? Seyidrəsul ona telefon işlətməyə qadağa qoymuşdu".
Nuranənin anası isə deyilənləri təkzib edib:
"Oğlanın anasıgil balamı yola vermirdi. Bir xəstə baldızı var, balamın üstünə şər atırdı. Qızım heç bir yerdə şəkil paylaşmayıb. Bir səhifə var idi, ər-arvad ikisi bir yerdə işlədirdilər. Dedim ki, Rəsul, telefonu işlətməyə icazə vermirsənsə, gətir mənə, satma. Rəsul qızımın birinci telefonunu da satmışdı".
Qeyd edək ki, Seyidrəsul Talıbzadə mayın 17-si qeyri-rəsmi nikahda yaşadığı 16 yaşlı Nuranəni Kür sahilində qətlə yetirib. Sonra polisə gedərək əməlini etiraf edib və təslim olub.
Ətraflı reportajda:
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2456 Tarix: 23 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Martin Ryan Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxıldı
Fransaya casusluqda ittiham olunan Martin Ryan Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Lənkərandakı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. "Report" xəbər verir ki, bu barədə Penitensiar Xidmət rəisinin müavini general-mayor Oqtay Məmmədov 17 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamını
23 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabrBakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrHavada tozun miqdarı normadan artıqdır
Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur. xəbər verir ki, bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hazırda havada tozun miqdarı normadan 1.2-1.3 dəfə artıqdır. Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupundan verilən məlumata görə müşahid
22 sentyabr