Veysəloğlu Şirkətlər Qrupu "Qida Təhlükəsizliyi Ayı" elan etdi
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 7 iyun tarixi "Ümumdünya Qida Təhlükəsizliyi Günü" kimi təsis edilib. Bu təşəbbüs qida təhlükəsizliyinin yalnız lokal deyil, həm də qlobal miqyasda prioritet məsələ olduğunu nümayiş etdirir və elmi-praktik yanaşmaların əhəmiyyətini bir daha ön plana çıxarır.
Veysəloğlu Şirkətlər Qrupu olaraq biz də bu qlobal çağırışa dəstək vermək və qida təhlükəsizliyi sahəsində ictimai maarifləndirməni gücləndirmək məqsədilə 2025-ci ilin iyun ayını şirkət daxilində "Qida Təhlükəsizliyi Ayı" kimi elan edirik.
Bu təşəbbüs çərçivəsində bir sıra maarifləndirici və tərəfdaşlıq yönümlü tədbirlərin həyata keçirilməsi planlaşdırılır:
Qida təhlükəsizliyi üzrə ixtisaslaşan ali təhsil müəssisələrinin tələbələri üçün infoturlarının təşkili. Bu infoturlar Veysəloğlu Şirkətlər Qrupuna daxil olan əsas infrastruktur obyektlərinə – Ulduz Şokolad Fabrikinə, Məhəmmədi qəsəbəsində yerləşən Logistika Mərkəzinə və mikrobioloji laboratoriyaya yönəldiləcək. Eyni zamanda, ali təhsil müəssisələrinin laboratoriyalarına da ziyarətlər təşkil olunacaq. Məqsəd istehsal, saxlama və nəzarət proseslərini, həmçinin elmi-tədqiqat mühitini yerində tanıtmaqdır;
Keyfiyyət Assosiasiyası ilə birgə təlim və seminarların keçirilməsi;
Kütləvi informasiya vasitələrində maarifləndirici materialların yayımı;
Sahə üzrə ekspertlərin iştirakı ilə elmi-praktik konfransların təşkili.
Qida təhlükəsizliyi insanların sağlam həyat tərzinin qorunması, ictimai rifahın gücləndirilməsi və davamlı sosial-iqtisadi inkişaf baxımından strateji əhəmiyyət daşıyan sahələrdəndir. Veysəloğlu Şirkətlər Qrupu olaraq daim bu məsuliyyətin fərqindəyik və bu yöndə maarifləndirmənin artırılması, eləcə də dövlət, özəl və vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın inkişafına töhfə verməkdə maraqlıyıq.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu
İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?