Ayılar haradadır? - Dövlət qurumundan açıqlama
Bioloji Müxtəlifliyin Qorunması Xidməti Azərbaycanda qəfəsdə saxlanılan Benji və Balu adlı ayıların Böyük Britaniyaya aparılması xəbərinə münasibət bildirib.
Qurumun rəsmisi Arzu Babayeva "Qafqazinfo"ya açıqlamasında məsələyə belə aydınlıq gətirib:
"Adıçəkilən ayılar hazırda Altıağac Milli Parkının nəzdində fəaliyyət göstərən Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzindədir və ölkədən köçürülməyiblər. Hazırda onların reabilitasiya prosesi davam edir".
Onun sözlərinə görə, bir neçə il öncə təbiətdən köməksiz vəziyyətdə tapılan yeni doğulmuş iki ayı balası Vəhşi Təbiətin Bərpası və Reabilitasiya Mərkəzinə yerləşdirilərək orada xüsusi qayğı və nəzarət altında saxlanılır:
"Avropada vəhşi heyvanların təbii instinktlərinin bərpası üzrə ixtisaslaşmış vəhşi heyvan sığınacağı tərəfindən bu ayıların təbii instinktlərinin təkmilləşdirilməsi üçün xaricə göndərilməsi istiqamətində danışıqlar aparılır".
Qeyd edək ki, ayıların Böyük Britaniyaya aparılması xəbərini "Wildheart Animal Sanctuary" adlı heyvan müdafiə təşkilatı yayıb. Bildirilib ki, onlar Azərbaycanda bir restoranda dar qəfəsdə səfalət içində yaşayıblar. Aclıqdan və ciddi xəsarətlərdən əziyyət çəkən bu ayılar müştəriləri cəlb etmək üçün orada saxlanılıbmış. O da qeyd olunub ki, Avropanın bütün yükdaşımaları üzrə aparıcı aviaşirkəti "Cargolux" bu prosesə sponsorluq etməyə razılıq verib və ayılar Azərbaycandan Britaniyanın Uayt adasına göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
"Milyonçu qardaşlar"ın sərvəti özlərinə qaldı - Hökm oxundu
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Paytaxtın bu rayonunda 52 bina söküləcək: Kompensasiya məbləği açıqlandı
Koxalski "Qarabağ"dan ayrılma səbəbini açıqladı
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
Messi cərimə zərbəsindən 75-ci qolunu vurub tarixdə ikinci yerə yüksəldi
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Bakıda ətin qiyməti 19 manat oldu
İtaliyanın altında müəmmalı proses: Yer qabığı içəridən "açılır"
Bakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?