Dava çağırışına gedən polis qrupuna it hücumu: 2 polis yaralandı
Türkiyənin Bartın şəhərində dava ilə bağlı çağırış alan motosikletli polis əməkdaşları hadisə yerinə gedərkən it hücumuna məruz qalıb. Hadisə nəticəsində motosiklet aşıb və iki polis əməkdaşı xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, məlumata görə, Bartının Kanlırmak küçəsində motosikletli yunus polis qrupları davaya dair edilən çağırış üzrə hadisə yerinə hərəkət ediblər. Bu zaman küçədən keçən avtomobillərə hücum edən bir it, polis əməkdaşlarının olduğu motosikletə doğru atılıb.
Sürücünün manevr etməsi nəticəsində motosiklet aşıb və üzərində olan polis əməkdaşları Ü.Ö. və F.Ç. müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Hadisə yerinə dərhal çox sayda polis, yanğınsöndürən və təcili yardım qrupları cəlb edilib. Yaralı polislərə ilkin tibbi yardım həm onların həmkarları, həm də təcili tibbi yardım əməkdaşları tərəfindən göstərilib.
Sonra yaralılar Bartın Dövlət Xəstəxanasına aparılaraq müalicəyə götürülüblər. Onların vəziyyətinin yaxşı olduğu bildirilib. Bartın Polis İdarəsinin rəisi Ünsal Hayal da xəstəxanaya gələrək yaralı əməkdaşları ziyarət edib.
Polis qruplarına hücum edən itin sahibli olduğu müəyyən edilib və adı açıqlanmayan sahibinə qarşı hüquqi tədbirlər başladılıb.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 1296 Tarix: 29 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabunçu bazarının qarşısında ağır qəza, ölən var
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, sentyabrın 13-ü E.Bəhramzadə "Mercedes E-Class" markalı avtomobillə Sabunçu bazarının qarşısında 1966-cı il təvəllüdlü Hüseynova Leyli Salam qızını vurub. Qadın Sabunçu Tibb Mərkəzinə çatdırıls
14 sentyabrAğdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb
Ağdamda kəhriz quyusundan kişi meyiti tapılıb. "Report"a istinadən xəbər verir ki, meyit rayonun Şelli kəndi ərazisindəki kəhriz quyularından birində aşkarlanıb. Araşdırmalar zamanı meyitin Bərdə rayon sakini Müşfiq Aqil oğlu Hacıyevə məxsus olması müəyyənləşib. Əldə edilən məlumata görə, M.Hacıye
20 sentyabrSumqayıtda bədbəxt hadisə: Sürət qatarı iki uşaq atasını vuraraq öldürdü
Sürət qatarı 38 yaşlı kişini vuraraq öldürüb. Bədbəxt hadisə Sumqayıtda baş verib. "Xəzər" TV-yə istinadla xəbər verir ki, məlumata görə, 38 yaşlı Ruslan Məmmədxanov dəmiryol xəttini keçmək istəyərkən qatar onu vurub. O, aldığı xəsarətlərdən hadisə yerindəcə ölüb. Qonşular deyirlər ki, Rusla
21 sentyabrŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq
Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər
19 sentyabrBakıda partlayış: Yeni ailə həyatı quran gənclər xəsarət aldılar
Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində fərdi yaşayış evində partlayış baş verib. xəbər verir ki, hadisə nəticəsində 2001-ci il təvəllüdlü Soltan Əflatun oğlu Rəhimov və onun həyat yoldaşı, 2006-cı il təvəllüdlü Məhrəngiz Seymur qızı Məmmədova xəsarət alıblar. İlkin məlumata görə, partlayış evi
22 sentyabrGənc oğlanın meyiti evin girişində tapıldı - Bakıda
Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb. -ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir. Araşdırma aparılır
13 sentyabr