Bakıda gələcək üçün ən perspektivli ərazilər AÇIQLANDI
Son illərdə Bakıda sürətli urbanizasiya prosesi şəhərin əmlak bazarında ciddi dəyişikliklərə səbəb olub.
BAKU.WS-in məlumatına görə, yeni yollar, məktəblər, parklar və xüsusilə də metro stansiyalarının tikintisi müəyyən əraziləri daha da cəlbedici edib.
Bəzi bölgələrdə isə tikinti və infrastrukturun gecikməsi həmin əraziləri investisiya üçün riskli edir. Beləliklə, "Bakıda ev almaq üçün ən perspektivli və ən perspektivsiz ərazilər hansılardır?" sualı aktuallıq qazanır.
Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, Bakının az hissəsində tikinti işləri gedəcək:
"Bakını şəhər olaraq ərazisi ilə müqayisə aparsaq. Moskvadan çox az geri qalır. Amma şəhərsalma Bakının çox balaca bir hissəsində gedir. Bakının 12 rayonunu götürsək, demək olar onların altısı boşdur. Qalan altısının isə mərkəzə yaxın hissələri çox yüklənib.
Perspektiv baxımdan Bayılı xüsusi qeyd edə bilərəm. Buna oxşar çox nümunələr gətirmək olar. Heç kim düşünmürdü ki, Ağ Şəhər layihəsi olacaq və orada evlərin qiyməti belə bahalaşacaq.
Bakının ən perspektivli əraziləri sökülüb yenidən inşa ediləcək yerlərdir. Bu, təqribən 45 hektarlıq əraziləri əhatə edəcək. Yasamalda Şərifzadə küçəsi, "Qara Qarayev" metro stansiyasının arxa tərəfindəki əraziləri xüsusi qeyd etmək istərdim.
Digər tərəfdən yeni tikiləcək metro stansiyaların yerləşdiyi əraziləri də vurğulamaq olar. Yeni salınacaq metrostansiayaların yerləşdiyi ərazilər bəlli olduğu üçün artıq həmin ərazilərdə tikinti başlamamış, qiymətlərin bahalaşması da başlayıb. Eyni zamanda "Papanin" adlanan ərazini də qeyd edə bilərik. "8 Noyabr" metro stansiyasının yerləşdiyi bu əraziyə də maraq böyükdür".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7940 Tarix: 29 may 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
"Bakının Sabunçu, Binəqədi və Suraxanı rayonlarında 150-dək bina söküləcək". Bu fikirləri -a açıqlamasında Qiymətləndiricilər Cəmiyyəti İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, binaların bir neçəsində söküntü işlərinə start verilib:. "Digər hissəsində isə inventarlaşma iş
23 sentyabrƏfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilən 20 nəfərin sırasında olan yeganə qadın məhbus Pakistan vətəndaşı Sabir Sonia azadlığa buraxılıb. -ın məlumatıma görə, Sonia Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il azadlıqdan məhrum edilmişdi. O, 7 il 6 ay cəzadan sonra əfv edilib. S.Sonia quldurluqd
23 sentyabrSabah 34 dərəcə isti olacaq
Azərbaycanda sentyabrın 23-də havanın yağmursuz keçəcəyi, 34 dərəcə isti olacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərd
22 sentyabrEvdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB
"Ev şəraitində hazırlanaraq bazara çıxarılacaq qidalara sertifikat tələbi yoxdur. Sertifikatı olmayanların cəzalandırılması ilə bağlı yazılan xəbərlər, şərhlər də həqiqəti əks etdirmir". xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllə
23 sentyabrDərman qəbulundan sonra ağır allergik reaksiya verdi
Dərman qəbulundan sonra ağır allergik reaksiya ilə xəstəxanaya aparılan qadın həyata qaytarılıb. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Respublika Klinik Xəstəxanası məlumat yayıb. Bildirilib ki, avqustun 2-də ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasının Anesteziologiya, Reanimasiy
23 sentyabrVahid məktəbli formasında dəyişiklik: yeni qaydalar nəyi dəyişəcək?
Azərbaycanda məktəbli forması ilə bağlı yanaşmaların yenilənməsi təhsil mühitində diqqət çəkən məsələlərdən biridir. Vahid forma yalnız şagirdlərin geyim tərzinin müəyyənləşdirilməsi deyil, məktəbdə nizam-intizamın, bərabərlik prinsipinin, səliqəli görünüşün və vahid məktəb mədəniyyətinin formalaşdırılmas
22 sentyabr