Azərbaycan ilk dəfə UN-Habitat İcraiyyə Şurasına üzv seçilib
Keniyanın paytaxtı Nayrobidə keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Məskunlaşma Assambleyasının ikinci davam sessiyası çərçivəsində keçirilən seçkilərin nəticəsinə əsasən, Azərbaycan ilk dəfə olaraq UN-Habitat İcraiyyə Şurasına üzv seçilib.
Bu barədə "Report"a Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, mayın 29-30-da BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat Assambleyasının İkinci Sessiyası öz işini başa çatdırıb. Sessiyada ölkəmizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, Ümumdünya Şəhərsalma Forumu (WUF13) üzrə milli koordinator Anar Quliyev təmsil edib.
Belə ki, 2025–2029-cu illəri əhatə edəcək üzvlük ölkəmizə urbanizasiya sahəsində beynəlxalq qərarların qəbulunda, dayanıqlı və inklüziv şəhər mühitinin formalaşdırılmasında daha qərarverici rol oynamasına imkan verəcək.
Sessiyada, həmçinin 2026-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu – WUF13-ün mövzusu və tarixi rəsmi olaraq təsdiq edilib. Tərəfdaş ölkələrlə əməkdaşlığın genişləndirilməsi və WUF13-də fəal iştiraka dəstək göstərilməsi məsələləri müzakirə olunub ki, bu da Azərbaycanın qlobal şəhərsalma proseslərində mövqeyinin möhkəmlənməsinə dəstək göstərəcək.
Assambleya çərçivəsində 2026–2029-cu illəri əhatə edən yeni Strateji Plan və "İnsanyönümlü ağıllı şəhərlər" üzrə beynəlxalq təlimat da təsdiqlənib. Sənəd UN-Habitat-ın gələcək fəaliyyət istiqamətlərini, dayanıqlı şəhərsalma sahəsində qlobal çağırışlara cavab vermək üçün konkret hədəflər və yeni prioritetləri müəyyən edir.
Azərbaycan nümayəndə heyəti "Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılması üçün çoxsəviyyəli idarəetmə" və "Şəhər İqlimi və Ətraf Mühit üzrə Brifinq – 2025 və sonrakı illər", "Hər kəs üçün layiqli mənzil" mövzularında keçirilən tədbirlərdə də fəal iştirak edib.
A. Quliyev şəhərlərin artan rolunu, COP29-un qlobal iqlim gündəmindəki əhəmiyyətini və Bakı Davamlılıq Koalisiyasının təşəbbüslərinin beynəlxalq müstəvidə yüksək qiymətləndirildiyini vurğulayıb.
Səfər zamanı Komitə sədri UN-Habitat-ın icraçı direktoru Anaklaudiya Rosbax, İtaliya, Çin, Malayziya, Özbəkistan və Keniya nümayəndələri ilə görüşərək dayanıqlı şəhərsalma, "ağıllı" şəhər modelləri, ekoloji transformasiya və rəqəmsal idarəetmə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib, tərəfdaş ölkələri WUF13-də fəal iştiraka dəvət edib.
Sessiya çərçivəsində təşkil olunmuş Azərbaycan stendində isə WUF13-ün əsas planları, müasir şəhərsalma yanaşmaları və ölkəmizin təşəbbüsləri təqdim olunub.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bakıda maraqlı toy karvanı - Video
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
Çaylar quruyur, şirin su ehtiyatları tükənir: Səbəb nədir? - AÇIQLAMA
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Qadın duşda gizli kamera aşkarladı: idman salonunda araşdırma başladı
Tacir Şahmalıoğlu əməliyyat olundu
Alim Qasımovla Üzeyir Mehdizadənin duetini lağa qoydular