Bəzi ölkələr AEBA-nın hesabatından sui-istifadə edərsə, İran tədbir görəcək
İran tərəfi Tehranın nüvə fəaliyyəti ilə bağlı Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) hesabatından bir sıra ölkələrin sui-istifadə etməsi halında tədbirlər görəcək.
"Report" xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin teleqram kanalında məlumat yayılıb.
"Əgər bir sıra ölkələr İranın AEBA ilə əməkdaşlığından, agentliyin təftiş fəaliyyətinə etibarlı yanaşmasından, yaxud agentliyin Rəhbərlər Şurasının iclasındakı hazırkı hesabatdan sui-istifadə etmək niyyətində olsalar, İran öz qanuni hüquq və maraqlarını qorumaq üçün bu cür yanaşmaya cavab olaraq müvafiq tədbirlər görəcək. Bunun nəticələri və məsuliyyəti bu dövlətlər tərəfindən öz üzərinə götürüləcək", - bəyanatda bildirilir.
İran həmçinin Fransa, Böyük Britaniya, Almaniya və ABŞ-ni İranın nüvə proqramı ilə bağlı razılığa gəlmək səylərində səmimilikdən məhrum olmaqda ittiham edib.
"Baş direktorun Rafael Qrossinin hazırkı hesabatında yer alan iddialar son onilliklər ərzində bir neçə elan edilməmiş fəaliyyət və yerlərə dair iddialara əsaslanır. Bu, İranın bəyan olunmamış nüvə obyektləri və ya fəaliyyətlərinin olmadığını dəfələrlə bəyan etməsinə baxmayaraq. Eyni zamanda İran AEBA-ya daxil olmaq üçün bütün lazımi şərtləri təmin etmək üçün AEBA ilə əməkdaşlıq edib", - nazirlik bildirib.
Bundan əvvəl AEBA İranın 60 %-ə qədər zənginləşdirilmiş uranın hasilatını sürətləndirdiyi barədə məlumat vermiş və İranın beynəlxalq agentliklə əməkdaşlığını qeyri-qənaətbəxş adlandırmışdı.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 754 Tarix: 01 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu ölkə Fransanın məşhur telekanalının yayımını dayandırdı
Qvineya Fransa dövlət telekanalı olan "France 24"ün ölkə ərazisində yayımına tamamilə qadağa qoyub. Qərbi Afrika ölkəsinin rəhbərliyi kanalı tabesizlikdə və Prezident Mamadi Dumbuyanın ünvanına təhqiramiz hesab edilən ifadələr işlətməkdə təqsirləndirib. xəbər verir ki, bu barədə məlumatı Duba
20 sentyabrRusiya Kiyev, Dnepr və Ukraynanın digər şəhərlərinə zərbələr endirib
Rusiya ordusu Ukrayna şəhərlərinə raket və pilotsuz təyyarələrlə zərbələr endirib. xəbər verir ki, Ukrayna paytaxtının meri Vitali Kliçkonun sözlərinə görə, Kiyevin Dnepropetrovsk rayonundakı beşmərtəbəli yaşayış binasına zərbə endirilib. Binanın birinci mərtəbəsi qismən dağılıb, zirzəmidə isə yanğı
22 sentyabrVuçiç: Avropanı ciddi iqtisadi problemlər gözləyir
Avropanı karbohidrogenlərin və yanacağın dünya bazarındakı qiymətlərinin artması səbəbindən ciddi iqtisadi problemlər gözləyir. "Report"un Balkan bürosu xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynanın Bukovel şəhərində keçirilən "Karpat təşəbbüsü" görüşündə çıxı
20 sentyabrAdanada 5,0 bal gücündə zəlzələ baş verib
Türkiyənin Adana əyalətində 5 bal gücündə zəlzələ baş verib. xəbər verir ki, Türkiyənin Fəlakət və Təcili Yardım İdarəsinin (AFAD) saytında dərc olunmuş məlumatlara görə, zəlzələnin episentri Sayambaylı bölgəsində olub. Zəlzələnin episentri 7 kilometr dərinlikdə yerləşib. Adana valiliyi hazırda heç bi
21 sentyabrRusiyadan enerji alan ölkələrə 100%-dək rüsum: Tramp qanunu imzaladı
ABŞ administrasiyasının rəhbəri Donald Tramp Konqres tərəfindən qəbul edilmiş, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb. xəbər verir ki, bu barədə Ağ Evin saytında yerləşdirilən bəyanatda bildirilib. Bəyanatda qeyd edilib ki, sentyabrın 18-də Amerika lider
20 sentyabrYerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Sentyabrın 24-də Günəş səthində əmələ gələn tac dəliyinin planetimizə təsiri nəticəsində maqnit qasırğasının baş verəcəyi proqnozlaşdırılır. xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu və Günəş-Yer Fizikası İnstitutunun günəş astronomiyası laboratoriyasından məluma
22 sentyabrSərxoş qadın ərini oxlovla döyüb öldürdü
Rusiyada sərxoş qadın mübahisə zamanı ərini oxlovla döyərək öldürüb. yerli mediaya istinadla bildirir ki, hadisə Amur vilayətinin Dalnevostoçnoye kəndində baş verib. Məlumata görə, cütlük evdə spirtli içki qəbul edib, daha sonra aralarında mübahisə yaranıb. Mübahisə zamanı kişi 41 yaşlı qadını döyü
20 sentyabr