NASA və Harvard "qurban" seçildi – Tramp nəyi dəyişmək istəyir?

NASA və Harvard "qurban" seçildi – Tramp nəyi dəyişmək istəyir?Donald Tramp qalmaqallı, sensasion və müzakirələrə yol açan qərarları ilə təəccübləndirməkdə davam edir. "Daxildən güclü olaq" konsepsiyası ilə çıxış edən Tramp hesab edir ki, qlobal miqyasda siyasi və hərbi iştirakın məhdudlaşdırılması ölkənin sənaye potensialını gücləndirəcək, iqtisadiyyatı şaxələndirəcək və daxili bazarın inkişafına geniş imkanlar yaradacaq. Bu strategiyanın əsas tərkib hissəsi kimi ölkə daxilində işsizlərin sayının azaldılması, xüsusilə də milyonlarla insanın əmək bazarına inteqrasiyası prioritet elan edilib. Lakin bu, uğurlu olacaqmı? Bəziləri hesab edir ki, məlum yanaşma ABŞ-nin dünyadakı liderlik mövqeyinin zəifləməsinə səbəb ola bilər. Tramp tərəfdarları isə hesab edirlər ki, əksinə, bu siyasət mövcud zəiflikləri aradan qaldıracaq, ölkəni yenidən dünyanın aparıcı supergücünə çevirəcək.

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

130 minə yaxın dövlət işçisi ixtisar olunub

Yeri gəlmişkən, Trampın ABŞ prezidenti kürsüsünə əyləşməsindən dörd aydan artıq vaxt keçir və bu müddətdə ən maraq doğuran qərarlardan biri şübhəsiz ki, müxtəlif dövlət qurumlarında aparılan ixtisarlarla bağlıdır. Yanvardan bəri ölkədə 130 minə yaxın dövlət işçisi işdən çıxarılıb. Məlumata görə, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib, lakin ən çox ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) zərər çəkib. Eyni zamanda, Təhsil Nazirliyi işçilərinin 51%-ni ixtisar edib, 12 regional idarədən yeddisini bağlayıb. Bu ixtisarların nəticələri artıq amerikalılar tərəfindən hiss olunur və hökumətin təhsil, səhiyyə və ictimai təhlükəsizlik sahələrində öz vətəndaşlarının maraqlarını təmin etmək qabiliyyətini sual altına qoyur. Maraqlıdır ki, Tramp bu addımlarını bürokratiya ilə mübarizə adı altında həyata keçirir. "Bu ixtisarlar nəyə hesablanıb?" sualına verilən cavablar müxtəlifdir. Bəziləri bu qənaətdədirlər ki, bu, dövlət büdcəsinə qənaət etmək üçündür. Digərləri hesab edirlər ki, bu, daha çox əvvəlki komandaya bağlı olan şəxslərin uzaqlaşdırılmasına yönəlib.

Hədəfdə kəşfiyyat orqanları da var

İş o yerə çatıb ki, ixtisarlar Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və ölkədəki digər kəşfiyyat orqanlarını da əhatə etməyə başlayıb. Bildirilir ki, bu sistemdə təxminən 1 200 nəfər ixtisar ediləcək. Ümumilikdə, MKİ-də təxminən 22 min nəfər çalışır. ABŞ administrasiyası kəşfiyyatçıların sayının azaldılması ilə bağlı planları barədə artıq Konqresi məlumatlandırıb. Prosesin bir neçə il ərzində baş tutması planlaşdırılır.

Artıq qanunvericilər Trampı bu addımları ilə əlaqədar sərt tənqid etməyə başlayıblar. Senatın Xüsusi Kəşfiyyat Komitəsində yüksəksəviyyəli demokrat Mark Uorner Tramp administrasiyasının hazırladığı planları tənqid edib. Qanunverici bildirib ki, atılan addımlar ölkənin təhlükəsizliyini zəiflədəcək.

Tramp administrasiyası NASA-nın 2026-cı il büdcəsinin təxminən dörddə birini də ixtisar etmək niyyətindədir. Xərclərə qənaət planı Beynəlxalq Kosmik Stansiyada ekipajın sayının və aparılan tədqiqatların həcminin azaldılmasını nəzərdə tutur. Trampın büdcə təşəbbüsünə əsasən, NASA-nın xərclərinin ümumilikdə 508 milyon dollar azaldılması təklif edilir.

80 illik ənənəyə son qoyulur

Dövlət aparatında təmizləmələr də davam etdir. Onun son qərarlarından biri prezident yanında xarici siyasət və təhlükəsizlik sahəsində nazirlik və qurumların fəaliyyətinin əlaqələndirilməsinə cavabdeh olan məsləhətçi orqan - Milli Təhlükəsizlik Şurasının (MTŞ) 350 əməkdaşının təxminən yarısını inzibati məzuniyyətə göndərməsi olub. 1947-ci ildən mövcud olan MTŞ-nin rolunun əhəmiyyətli dərəcədə azaldılması planlaşdırılır. ABŞ prezidenti onu keçmişin qalığı və "dərin dövlətin" nümayəndəliyi hesab edir, siyasi kursuna kifayət qədər loyal olmamaqda günahlandırır. Qeyd edək ki, MTŞ 1947-ci ildə prezident Harri Trumenin administrasiyası zamanında Milli Təhlükəsizlik Aktına uyğun olaraq yaradılmışdı. Şura Prezident Administrasiyasının mühüm hissəsinə çevrilərək, ölkənin qarşısında duran məsələlərin həllinə kompleks yanaşmanı təmin edirdi. MTŞ xarici siyasətin hazırlanması və əlaqələndirilməsində, milli təhlükəsizlik məsələləri üzrə tövsiyələrdə, böhran vəziyyətlərinə reaksiyada və xaricdəki mühüm əməliyyatların əlaqələndirilməsində əsas orqan idi. Şura faktiki olaraq, federal hökumətin bütün diplomatik, hərbi və iqtisadi alətlərini vahid sistemdə birləşdirir. Con Kennedinin prezidentliyi dövründə MTŞ Karib böhranının aradan qaldırılmasında həlledici rol oynamışdı. MTŞ-nin işinə ənənəvi olaraq Pentaqon, Dövlət Departamenti, kəşfiyyat xidmətləri də daxil olmaqla, müxtəlif departament və agentliklər cəlb olunur.

Harvard Universitetinin də pulu kəsilir

Ən maraqlı gediş isə Tramp administrasiyasının Harvard Universitetinin federal maliyyələşdirilməsinin 60 milyon dollar məbləğində azaldılmasını bəyan etməsidir. ABŞ Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin "X" sosial şəbəkəsindəki məlumatında deyilir ki, qurum "ali təhsil sahəsində vətəndaş hüquqlarının qorunması üçün addımlar atıb". Fələstini dəstəkləyən nümayişləri ilə tanınan universitetlərdən biri olan Harvard antisemit əhval-ruhiyyədə və irqi ayrı-seçkilik problemini həll edə bilməməkdə günahlandırılır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 631   Tarix: 01 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Rusiya Müdafiə Nazirliyi: Ukraynanın 500-dən çox hücumunu dəf etmişik

Ötən gecə Ukrayna "Flamingo" qanadlı raketlərinin, HIMARS reaktiv yaylım atəş sistemlərinin və uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə Rusiya ərazisinə kombinə edilmiş zərbə endirməyə cəhd edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məluma

5 iyul
.

Çoxlarının bilmədiyi tarixi fakt: Selsi şkalasının bugünkü formasını əslində kim yaradıb?

Dünyada milyardlarla insan hər gün Selsi temperatur şkalasından istifadə etsə də, onun bugünkü formasının müəllifinin əslində Anders Selsi olmadığını çox az adam bilir. Qaynarinfo xəbər verir ki, müasir Selsi şkalası ilk yaradıldığı variantdan xeyli fərqlənir və onun bugünkü formasının yaranmasında isveçl

7 iyul
.

Tusk: Kiyev Varşava ilə münasibətlərin bərpası üçün ilk addımı atmalıdır

Kiyev Varşava ilə münasibətləri bərpa etmək üçün ilk addımı atmalıdır. "Report" Polşa mediasına istinadən xəbər verir ki, bunu Polşanın Baş naziri Donald Tusk bugünkü mətbuat konfransında deyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin ölkənin Silahlı Qüvvələrinin bölmələrindən birinə "UP

5 iyul
.

Hindistanın cənubunda qayıq qəzasında altı balıqçı itkin düşüb

Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatının Vizak sahillərində qayığın aşması nəticəsində altı balıqçı itkin düşüb. "Report" xəbər verir ki, bu barədə "Press Trust of India" məlumat yayıb. Qayıqda olan yeddi balıqçı iyulun 1-də balıq ovuna çıxıb. Ehtimal olunur ki, qayıq fırtın

5 iyul
.

İsrail BƏƏ-də "Dəmir qübbə" yerləşdirdiyini təsdiqlədi

İsrail İranla münaqişənin əvvəlində Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Dəmir qübbə" hava hücumundan müdafiə (HHM) sistemini yerləşdirib. xəbər verir ki, bunu İsrailin nəqliyyat və yollarda təhlükəsizlik naziri Miri Reqev "Qaley SAXAL" hərbi radiosuna müsahibəsində təsdiqləyib. "BƏ

5 iyul
.

Estoniya Baş nazirinin reytinqi tarixi minimuma çatıb

Estoniyanın Baş naziri Kristen Mixalın reytinqi iyunda 4 %-ə düşüb ki, bu da ölkədəki ən aşağı göstəricilərdən biridir. "Report" xəbər verir ki, bu, "Delfi"nin sifarişi ilə "Turu-uuringute AS" şirkətinin keçirdiyi sorğunun nəticələrində öz əksini tapıb. Mixala dəstəyin əvvəlk

5 iyul
.

Konqoda Eboladan ölənlərin sayı 500-ə yaxınlaşır

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriya şəraitində təsdiqlənmiş ölüm hallarının sayı artaraq 492-yə çatıb. TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyi gündəlik bülletenində məlumat yayıb. Ötən sutka ərzində daha 1

5 iyul
.

Tramp ŞİKAYƏTLƏNDİ: işinin çoxluğu üzməyə və kitab oxumağa mane olur

ABŞ prezidenti Donald Tramp bildirib ki, sıx iş qrafiki Ağ ev ərazisində üzgüçülük və qolf oynamaq da daxil olmaqla, asudə vaxtının qalmasına səbəb olur. "Uzun müddətdir çimərlik geyimi geyinmirəm - çox məşğulam", - -ın xarici mediaya istinadən məlumatına görə, o qeyd edib. Tramp oxumağa vaxt

5 iyul
.

İranın sərt nəzarət tədbirlərinə görə Hörmüzdən keçən gəmilərin sayı kəskin şəkildə azalıb

İranın bu marşrut üzərində nəzarəti sərtləşdirməsi səbəbindən bazar günü Oman sahilləri boyunca Hörmüz boğazından keçən gəmilərin sayı minimuma enib. "Report" xəbər verir ki, bu barədə "Bloomberg"in məqaləsində deyilir. Daha əvvəl agentlik qeyd etmişdi ki, cümə günündən şənbə günün

5 iyul