17 yaşlı tiktok fenomeni evində qətlə yetirildi

17 yaşlı tiktok fenomeni evində qətlə yetirildiPakistanda 1 milyondan çox izləyicisi olan 17 yaşlı TikTok fenomeni Sana Yousaf, ona dəfələrlə yaxınlaşmağa çalışan şəxs tərəfindən evində qətlə yetirilib. Polis, 22 yaşlı şübhəlini saxlayıb.

Sonxeber.az xəbər verir ki, hadisə, Sana Yousaf-ın 17-ci doğum gününü qeyd etməsindən cəmi bir neçə gün sonra, bazar ertəsi axşamı baş verib. İslamabaddakı evində öldürülən gənc influencer sonuncu paylaşımında doğum gününü qeyd edirdi.

TikTok-da 800 min, bütün sosial şəbəkələrdə isə 1 milyondan çox izləyicisi olan Yousaf, makiyaj məsləhətləri, rəqs videoları və gözəllik məhsullarının təqdimatını edirdi. Polis rəsmilərinin məlumatına görə, 22 yaşlı şübhəli Yousaf-ın təkliflərini rədd etməsini həzm edə bilməyərək onu evində güllələyib.

İslamabad Polis Müdiri Syed Ali Nasir Rizvi hadisəni "dəfələrlə rədd edilmənin nəticəsi" kimi qiymətləndirib: "Gənc adam ona təkrar-təkrar yaxınlaşmağa çalışırdı. Bu, dəhşətli və soyuqqanlı qətl idi," – deyə Rizvi bildirib.

Şübhəlinin saatlarla qızın evinin qarşısında gəzdiyi və daha sonra içəri girərək Yousaf-ı öldürdüyü qeyd olunur. Sana Yousaf-ın ölüm xəbərindən sonra son videosunun altına minlərlə "Huzur içində yat" və "Sana üçün ədalət" şərhləri yazılıb. İzləyiciləri gənc influencer-in faciəvi ölümünə dərin üzüntü ifadə ediblər.

Pakistan İnsan Haqları Komissiyasının məlumatına görə, ölkədə qadınlara qarşı şiddət geniş yayılıb və evlilik təklifini rədd edən qadınlara hücumlar tez-tez baş verir.


Sonxeber.az
Telegramda izləyin
Hadisə   Baxılıb: 3091   Tarix: 04 iyun 2025  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Həyat yoldaşı tərəfindən öldürülən qadının son paylaşımı ürək ağrıtdı

Türkiyənin Hatay vilayətinin Payas rayonunda boşanma mərhələsində olduğu həyat yoldaşı tərəfindən ov tüfəngi ilə öldürülən 47 yaşlı Emine Çilin hadisədən təxminən 2 saat əvvəl sosial media hesabında etdiyi paylaşımlar diqqət çəkib. xarici mediaya istinadla xəbər verir ki, hadisə sentyabrın 20-də axşa

21 sentyabr
.

Ağdərədə atlı minaya düşüb, xəsarət alıb

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb. Hadisə nəticəsində Tərtər rayon sakin

11 sentyabr
.

Yük maşını aşdı, toyuqlar yola dağıldı - Video

Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Ağsu rayonundan keçən hissəsində "İsuzu" markalı yük avtomobili aşıb. "Qafqazinfo" xəbər verir ki, marketlər şəbəkəsi üçün toyuq məhsulları və digər malları daşıyan yük maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza nəticəsində avtomobi

16 sentyabr
.

Arvadını 11 yaşlı qızının gözü qarşısında küçədə 17 bıçaq zərbəsi ilə öldürənə hökm oxundu

Sumqayıtda arvadını küçənin ortasında öldürməkdə ittiham olunan Habil Bağırovun məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub. Habil məhkəmədə özünü təqsirli bilib, arvadı Aygünü öldürdüyün

19 sentyabr
.

İtkin düşən 6 yaşlı uşaq görün necə tapıldı - VİDEO

Türkiyənin Antalya şəhərinin Serik rayonunda evlərinin yaxınlığında oynayarkən itkin düşən 6 yaşlı Bünyamin Çitçi 9 saat davam edən axtarışlardan sonra evlərinin yanındakı anbarda, taxta altlıqların üzərinə sərilmiş örtüklərin arasında yatmış vəziyyətdə tapılıb. xarici mediaya istinadla xəbər verir ki

15 sentyabr
.

ŞİDDƏTLİ YAĞIŞLAR GƏLİR... - Təhlükəli xəbərdarlıq

Qlobal temperaturun yüksəlməsi Yer atmosferindəki su buxarının miqdarını da artırır. Alimlərin fikrincə, atmosferdə rütubətin çoxalması yalnız daha isti hava ilə nəticələnmir, eyni zamanda leysan yağışları, güclü fırtınalar, tropik siklonlar və istilik dalğaları ilə bağlı riskləri də yüksəldə bilər

19 sentyabr
.

Yumurtanı səhər, yoxsa axşam yemək daha faydalıdır?

Yumurta zülal mənbələrindən biri hesab olunur. Buna görə də ondan səhər yeməyində, arıqlama pəhrizlərində və məşqdən sonra tez-tez istifadə edilir. Lakin yumurtanın hansı vaxtda yeyilməsi insanın qarşısına qoyduğu məqsəddən asılı olaraq fərqli nəticə verə bilər. xarici mediaya istinadən xəbər verir ki

13 sentyabr
.

Marketdəki uşaq yeməklərinə gizlicə zəhər yerləşdirdi, 5 körpə xəstəxanalıq oldu - VİDEO

İsrailin Qüds şəhərində körpələr üçün nəzərdə tutulan meyvə pürelərinə sakitləşdirici və anestezik təsirə malik maddələr yeritdiyi iddia olunan şəxs saxlanılıb. xarici mediaya istinadla xəbər verir ki, İsrail polisi iyun ayında bəzi uşaqların zəhərlənmə əlamətləri ilə xəstəxanaya çatdırılmasından sonr

10 sentyabr
.

Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO

Abşeron rayonunun Novxanı qəsəbəsində qanunsuz tikinti və çimərlik ərazisinin zəbt edilməsi ilə bağlı iddialar gündəmə gəlib. Redaksiyamıza daxil olan məlumata görə, Novxanı yolunda dənizkənarı ərazidə tikinti işlərinə hazırlıq aparıldığı və çimərlik hissəsinin hasarlanaraq zəbt edildiyi iddia olunur

20 sentyabr