Yorğunsunuzsa, alça yeyin
Günəşin öz şüalarını göstərdiyi və təbiətin canlanmağa başladığı yaz fəsli insanlar üzərində tam əks təsir yaradır. Havadakı elektrik yükünün və bununla əlaqəli olan müsbət-mənfi yüklü ionların kəskin artıması sinir sisteminə təsir edərək stresə və dolayısı ilə yaz yorğunluğuna gətirib çıxarır.
Axşam.az xəbər verir ki, qidalanmaya diqqət edərək yorğunluğun qarşısını almaq mümkündür. Əgər siz də halsızlıqdan əziyyət çəkirsinizsə, bu məhsullardan istifadə edin.
1. Enginar
C vitamini, fol turşusu, fosfor və maqnezium kimi minerallarla zəngin olan enginar eyni zamanda antioksidant qaynağıdır. Cəmi 56 kalori olan bu tərəvəz artıq çəki ilə mübarizədə də ən yaxşı yardımçıdır.
2. Çiyələk
Çiyələyə qırmızı rəng verən antosiyan maddəsi güclü antioksidant hesab edilir. İmmuniteti artırır, yorğunluğu aradan qaldırır. Gündə 12 ədəd çiyələk C vitamini ehtiyacınızın tamamını qarşılayır.
3. Pərpətöyün
Tərkibindəki A vitamini, sink, forfor, maqnezium və kalsium kimi vitaminlərlə zəngin bu bitki "super qida" ünvanını alıb. Qeyd edək ki, pərpətöyündə yüksək miqdarda omeqa-3 yaş turşusu var. Bu da zehni inkişaf üçün vacib maddədir.
4. Ananas
Ananas şişkinliyin atılmasında xüsusi rol oynayır. Bu da bədəni əlavə çəkidən azad etdiyi üçün yorğunluğun qarşısını alır. Tərkibində bromelayn olan bu meyvə immunitet dostu hesab edilir. Günlük 2 dilim ananas sizi gün boyu enerjili hiss etdirəcək. Artıq qəbul edilməsi bəzi allergik reaksiyalara səbəb ola bilər.
5. Alça
Turşməzə dadı ilə böyükdən kiçiyə hərkəsin sevimlisi olan alça lif qaynağıdır. Bu da qəbizliyin qarşısının alınmasında, bədəndən toksinlərin atılmasında mühüm rol oynayır. A və C vitaminləri ilə zəngindir. İştahsızlığın qarşısını alır.
6. Çuğundur
Çuğundurun həm kökü, həm də yarpaqları vitamin və mineral qaynağıdır. Kökü yüksək dərəcədə antioksidan xüsusiyyətinə malikdir. İmmuniteti artırır, qan azlığında faydalıdır. Tərkibindəki K vitamini isə qanın laxtalanmasında mühüm rol oynayır.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İdman zalına getmədən sağlamlığı yaxşılaşdıran 3 gündəlik vərdiş
Sağlamlığı qorumaq və özünü daha yaxşı hiss etmək üçün mürəkkəb üsullara ehtiyac yoxdur. Alimlər gündəlik həyata asanlıqla daxil edilə bilən üç sadə vərdişin ümumi sağlamlığa və psixoloji vəziyyətə müsbət təsir göstərdiyini bildiriblər. Qaynarinfo xəbər verir ki, "Science Focus" nəşrinin yazdığın
12 oktyabrDiabet xəstələri bal yeyərkən ehtiyatlı olmalıdır: Səbəbləri açıqlandı
Bal uzun illərdir sağlamlıq üçün faydalı xüsusiyyətlərinə görə yüksək qiymətləndirilir. Lakin şəkərli diabetdən əziyyət çəkən insanlar bu məhsulu qəbul edərkən xüsusilə ehtiyatlı olmalıdırlar. Bunun səbəbi balın tərkibində qanda qlükozanın səviyyəsinə təsir edən sadə şəkərlərin çox olmasıdır. Qaynarinf
13 oktyabrValideynlərin yol verdiyi təhlükəli səhv: Uşaqların sağlamlığı risk altındadır
Uşaqların sağlamlığını qorumaq üçün valideynlərin gündəlik həyatda yol verdiyi bəzi ehtiyatsızlıqlar ciddi təhlükələr yarada bilər. Xüsusilə, həkim məsləhəti olmadan dərman verilməsi, preparatların yaşa və çəkiyə uyğun olmayan dozada istifadəsi, eləcə də dərman və məişət kimyəvi vasitələrinin uşaqları
23 oktyabrSağlam ürək üçün yumurtanı belə bişirmək lazımdır
"Ürək sağlamlığı üçün yumurtanı bişirməyin ən faydalı üsulu onu suda qaynatmaqdır". "Qafqazinfo" xəbər verir ki, bu barədə kardioloq Kreyq Basman açıqlamasında bildirib. Mütəxəssis izah edib ki, yumurta tamamilə suda bişirildikdə "pis" xolesterinin səviyyəsini qaldıran əlav
7 oktyabrGecə altı saatdan az yatanları ciddi təhlükə gözləyir
Müntəzəm yuxu çatışmazlığı ürək-damar sisteminə, maddələr mübadiləsinə, beyin fəaliyyətinə və immun sisteminə mənfi təsir göstərə bilər. xəbər verir ki, bunu rusiyalı nevroloq Anna Suşa -ya açıqlamasında bildirib. Onun sözlərinə görə, yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur. "Davaml
30 oktyabrHansı su daha faydalıdır: Soyuq, yoxsa otaq temperaturunda?
Bəziləri buzlu su içməyi xoşlayır, digərləri isə limon dilimi əlavə edilmiş ilıq suyun daha faydalı olduğuna inanır. Bəs suyun temperaturu həqiqətən əhəmiyyətlidirmi?. Qaynarinfo xəbər verir ki, bu barədə "Verywell Health" yazıb. Magistr dərəcəsi olan qeydiyyatdan keçmiş diyetoloq-nutritionis
6 oktyabrHepatitlə bağlı diqqətçəkən statistika: Ötən illə müqayisədə azalma var
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda viruslu hepatit diaqnozu ilə 62 nəfər qeydiyyata alınıb. 2025-ci ilin eyni dövründə bu göstərici 109 nəfər olub. Bu barədə Trend-in sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsindən məlumat verilib. Qeyd edilib ki, hesabat dövründə hepatit A diaqnoz
24 oktyabrİstirahət günləri gec oyananları hansı təhlükə gözləyir?
Həftəsonu adi günlərlə müqayisədə bir neçə saat gec oyanmaq artıq çəki, depressiya və əhval dəyişiklikləri riskini artıra bilər. xəbər verir ki, bu barədə terapevt Cina Zarella "Yahoo" nəşrinə açıqlamasında bildirib. Həkimin sözlərinə görə, yuxu rejiminin pozulmasının qarşısını almaq üçün şənb
13 oktyabrHansı yaşda ət yemək ömrü uzadır? - Elmi araşdırma
Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməklə əlaqəli ola bilər. xəbər verir ki, çinli mütəxəssislərin apardığı araşdırmanı
18 oktyabr