Hikmət Hacıyev: "Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur"
"Xəzər dənizi ayırıcı deyil, birləşdirici faktordur".
Sonxeber.az "Report"a istinadla xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "GLOBSEC 2025" forumunda "Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Həyat Xətti" mövzusunda keçirilən paneldə danışıb.
O, Azərbaycanın Orta Dəhlizlə bağlı baxışından və onu necə gördüyündən söz açaraq bildirib ki, hər şeydən əvvəl yol Azərbaycan üçün bir mədəniyyət və sivilizasiya anlamındadır:
"Azərbaycan tarixən qədim İpək Yolunda yerləşib və sivilizasiyaların dialoquna töhfə verib. İkinci komponent coğrafiyadır. Biz Şərq-Qərb və həmçinin Şimal-Cənub yollarının kəsişməsində yerləşirik. Lakin Azərbaycan müstəqillik əldə etdikdə başa düşdük ki, bu iki komponent vacib olsa da, kifayət deyil.
Biz coğrafiyamızı və tarixi təcrübəmizi yeni imkanlara çevirməli idik, həmçinin Azərbaycanın dünya okeanına çıxışı olmayan ölkə olduğunu nəzərə alaraq, bunu quru bağlantılarına çevirməyə çalışdıq. Bununla da Azərbaycanın əlaqələndirici xətlərinin qurulmasına və Şərq-Qərb dəhlizinin yaradılmasına başlanıldı".
H.Hacıyev vurğulayıb ki, Azərbaycan bu prosesə beş və ya altı mühüm parametrə əsaslanaraq başlayıb:
"Bu marşrut bizim üçün sadəcə, yükü A nöqtəsindən B nöqtəsinə çatdırmaq imkanı deyil. İlk olaraq biz enerji əlaqələndiriciliyinə və enerji dəhlizinin yaradılmasına başladıq. Bu, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Supsa idi ki, Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirdi.
İkinci komponent avtomobil yolları və quru marşrutlarıdır. Biz üzərimizə düşəni etdik - avtomobil yollarımızı və magistrallarımızı qurduq. Lakin bəllidir ki, avtomobil yolları ilə magistrallarının olması kifayət deyil - qonşu ölkələrlə də əlaqə qurulumalıdır.
Üçüncü komponent isə dəniz marşrutu haqqındadır. Bu yolla biz Xəzər dənizini Mərkəzi Asiyadakı tərəfdaşlarla birləşdirdik, Xəzər dənizinin ayırıcı deyil, birləşdirici faktor olduğunu önə çəkdik. Bunun nəticəsində biz əvvəl üç, indi isə dörd - Xəzər, Qara, Aralıq və Adriatik dənizləri ilə əlaqə qururuq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 642 Tarix: 14 iyun 2025
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bu İnstitut ləğv edilir - Baş nazirdən qərar
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir. xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarda qeyd olunub ki, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqlar
21 sentyabrVahid məktəbli forması: bərabərlik, nizam-intizam və vahid məktəb mühiti
Məktəb yalnız biliklərin verildiyi məkan deyil. Məktəb həm də uşağın sosial münasibətlər qurduğu, kollektiv davranış qaydalarını öyrəndiyi, məsuliyyət və intizam hissinin formalaşdığı mühüm sosial mühitdir. Bu baxımdan məktəbdə yaradılan ümumi atmosfer, o cümlədən şagirdlərin geyim mədəniyyəti təhsi
22 sentyabrVeysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək
Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına və Qarabağ Universitetinin təhsil potensialının gücləndirilməsinə dəstək məqsədilə yeni tərəfdaşlığa başlayıb. Bu çərçivədə Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) , Təhsilin İnkişafı Fondu (TİF) və Qarabağ Dirçəliş Fondunun (QDF) iştirakı ilə Qarabağd
21 sentyabrBulvarın bir hissəsinə giriş-çıxış məhdudlaşdırılır
"Formula-1" Azərbaycan Qran-prisi ilə əlaqədar 22 sentyabr saat 16:00-dan etibarən Dənizkənarı Milli Parkın Azneft meydanından Dəniz Vağzalına qədər olan hissəsinə giriş-çıxış məhdudlaşdırılır. xəbər verir ki, Dənizkənarı Bulvar İdarəsi məlumat yayıb. Belə ki, Milli Parkın Ağ Şəhər bulvarı
22 sentyabr"Kristal Estetik" klinikası və direktoru cərimələndi
"Kristal Estetik" klinikasında həyata keçirilmiş gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması barədə daxil olmuş müraciət əsasında rayon prokurorluğunda araşdırma aparılıb. Qaynarinfo xəbər verir ki, araşdırma zamanı "Kristal Estetik"
22 sentyabrMəktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Məktəbli forması ilə bağlı yeni yanaşma təhsil gündəminin diqqət çəkən mövzularından birinə çevrilib. Söhbət sadəcə şagirdlərin hansı geyimdə məktəbə gəlməsindən getmir. Vahid məktəbli forması məktəb mühitində nizam-intizamın, bərabərliyin, səliqənin və ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımında
22 sentyabrMərkəzi Nəbatat Bağında konsert təşkil edilib
Mərkəzi Nəbatat Bağında həftə sonu açıq havada ənənəvi olaraq musiqili program təşkil edilib. Mərkəzi Nəbatat Bağından verilən məlumata görə proqramda Azərbaycana həsr olunmuş mahnılar, milli və müasir musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar təqdim edilib. Açıq havada, Mərkəzi Nəbata
21 sentyabr